Yüksəlişimiz el ağsaqqalının, müdrik rəhbərin adı ilə bağlıdır

Yüksəlişimiz el ağsaqqalının, müdrik rəhbərin adı ilə bağlıdır“El atası” mahnısı övladların ürəyinə yatdığı kimi, ağsaqqalların da çox xoşuna gəlir. Heydər Əliyevin şərəfli adına həsr olunan bu mahnı dünyanın nadir şəxsiyyətinin gözəl keyfiyyətini ifadə etməklə yanaşı, varisliyə və el ağsaqqallarına hörməti ülviləşdirir.
İsmayıllı rayonunun dar günündə də, xoşbəxt anlarında da qayğısını əsirgəməyən Heydər Əliyev bizim ağsaqqalların ağsaqqalı olmuşdur. Ona görə də hər bir məclisimizdə onun göstərişləri, tövsiyə və məsləhətləri, müdrik kəlamları hamının diqqət mərkəzində olur.Yüksəlişimiz el ağsaqqalının, müdrik rəhbərin adı ilə bağlıdır “El atası” mahnısı övladların ürəyinə yatdığı kimi, ağsaqqalların da çox xoşuna gəlir. Heydər Əliyevin şərəfli adına həsr olunan bu mahnı dünyanın nadir şəxsiyyətinin gözəl keyfiyyətini ifadə etməklə yanaşı, varisliyə və el ağsaqqallarına hörməti ülviləşdirir.
İsmayıllı rayonunun dar günündə də, xoşbəxt anlarında da qayğısını əsirgəməyən Heydər Əliyev bizim ağsaqqalların ağsaqqalı olmuşdur. Ona görə də hər bir məclisimizdə onun göstərişləri, tövsiyə və məsləhətləri, müdrik kəlamları hamının diqqət mərkəzində olur.
Vəsiyyətləri həyatımızı nurlandırır. Respublikamızın dilbər guşələrindən biri olan İsmayıllı rayonu füsunkar təbiəti, sadə və zəhmətsevər insanları ilə həmişə fərqlənmişdir. Bunu ulu öndərimiz çox gözəl bilirdi. Bilirdi ki, rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olduğu üçün son illər, xüsusilə, bu sahələr üzrə yüksək nailiyyətlər qazanılmışdır. Rusiyanın ayrı-ayrı bölgələrindən cins mallar gətirildi. Quşçuluğu inkişaf etdirmək üçün 50 min başlıq yumurta istehsal edən fabrik tikilib istifadəyə verildi. Bundan başqa, qısa müddət ərzində üzüm bağlarının sahəsi 4-5 il ərzində artırılaraq, dövlətə 60 min ton yüksək şəkərlilikdə məhsul satıldı. Xəlilli, Hacıhətəmli, Kürdmaşı, Ruşan, Qalınçaq, Quşencə, Keyvəndi, Təzəkənd kəndlərində üzüm emalı zavodları, Qalınçaqda, Talıstanda və rayon mərkəzində şirə emalı zavodları tikilərək istifadəyə verildi. Rayon əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün taxıl istehsalı 60 min tona çatdırıldı və yeni dəyirmanlar tikildi.
Yaşlı adamlar, ağsaqqallar cənab Heydər Əliyev kimi müdrik ataya işarəylə böyük Nizaminin sözlərini cavanlara xatırladırlar:
Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz.
Ulu öndərin tapşırığına əsasən rayon əhalisinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə rayon mərkəzində və kəndlərdə orta məktəb binaları, xəstəxanalar, kitabxanalar, mədəniyyət evləri tikilərək istifadəyə verildi.
Yuxarıda göstərdiyim obyektlərin inşası məqsədilə rayonda səkkiz tikinti idarəsi yaradıldı və dörd asfalt bişirən zavod tikildi.
Bakı-Laqodexi yolunun İsmayıllı ərazisindən keçməsi və Girdiman çayının üstündə nəhəng körpünün salınması, İsmayıllı Lahıc yolunda Girdiman çayının üstündə ikinci körpünün salınması bütün ismayıllıların güzəranının yaxşılaşmasına səbəb oldu.
Ümummilli liderin respublikaya rəhbərlik etdiyi illər ərzində rayonumuz bütün sahələr üzrə heç nə ilə fərqlənməyən, geridə qalmış bir rayondan inkişaf etmiş, abad bir diyara çevrilmişdi. H.Əliyevin hər dəfə rayonumuza gəlişi, onun uzaqgörən siyasəti, ağsaqqal məsləhətləri, tapşırıqları bütün sahələr üzrə inkişafa təkan vermişdir.
Heydər Əliyev İsmayıllıya ilk dəfə 1981-ci ilin yayında gəlmişdi. O böyük insan müşavirəyə başlamazdan öncə rayonun ağsaqqalları, ziyalıları və kənd təsərrüfatı işçiləri ilə görüşdü, onların rayon haqqındakı təklif və məsləhətlərini dinlədikdən sonra müşavirə başladı.
Respublikada olan vəziyyəti dərindən təhlil etdi, İvanovka kəndinin timsalında bütün respublikada görüləcək işlər üçün tapşırıqlar verdi. O, rayonumuzun inkişafı üçün də dəyərli fikirlərini bildirdi, tikinti-abadlıq işlərinin, yol çəkilişinin, üzümçülüyün, taxılçılığın, maldarlığın, quşçuluğun, bağçılığın və tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqətin daha da artırılmasını tələb etdi.
Bu tədbirdən sonra rayonun rəhbərliyi xüsusi proqram hazırladı və işə başladı. Belə ki, bütün qoyun saxlanılan qışlaqlara su çəkildi, mədəni tipli qoyun yataqları və çoban evləri tikilməklə bütün yataqlara elektrik xətti çəkildi və yollar təmir olundu, qoyunların cins tərkibinin və məhsuldarlığının yaxşılaşdırılması üçün elmi əsasda tədbirlər görüldü.
Maldarlığı inkişaf etdirmək üçün mədəni tipli mexanikləşdirilmiş komplekslər tikilərək istifadəyə verildi. Görülmüş işlərə görə rayon ağsaqqalları və ziyalıları ümummilli liderimizə həmişə öz minnətdarlığını bildirmiş, onun tərəfində olmuş, yeritdiyi daxili və xarici siyasəti dəstəkləmişlər. Uzun illər təsərrüfat rəhbəri olduğum üçün bu məsələlərdən ətraflı danışaram.
Müdrik ağsaqqalın daha bir tarixi tövsiyəsini xatırlamağın yeridir: “Torpağı xüsusi mülkiyyətə verməkdə bizim əsas məqsədimiz torpaqdan istifadənin səmərəliliyini, torpağın məhsuldarlığını artırmaqdır. Torpaq şəxsi mülkiyyətdə olanda həmin torpağın sahibi onu göz bəbəyi kimi qoruyacaqdır. Ancaq məsələ təkcə onun qorunmasında deyildir. Gərək torpağın sahibinə bütün şərait yaradılsın ki, o, bu torpaqdan səmərəli istifadə edə bilsin”…
Burada mənin yadıma başqa bir dədəmizin – Dədəm Qorqudun kəlamı düşür: “Torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, yox, torpağı qorumursansa, əkib-becərməyə dəyməz”. Rayonumuzun camaatı isə torpağımızı həm əkib-becərir, həm də göz bəbəyi kimi qoruyur. Elə bunun nəticəsidir ki, torpaq varını bizdən əsirgəmir.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar torpağın və əmlakın sahiblərinə paylanması onların həyat tərzinin daha da yaxşılaşmasına səbəb olmuşdur.
Dahi rəhbərin İsmayıllıya ikinci səfəri 1981-ci il dekabr ayının 5-də olmuşdur. O baş vermiş zəlzələnin əhaliyə vurduğu ziyanın nəticələri ilə yerində tanış olmuş, elə həmin gün rayon ağsaqqallarının və ziyalılarının toplantısını çağırtdırmış, təbii fəlakət nəticəsində dəymiş ziyanın qısa müddətdə aradan qaldırılması üçün rayon rəhbərliyinə lazımi göstərişlər vermişdir. Görülmüş işlərin nəticəsində ziyan dəymiş bütün obyektlərin fəaliyyəti bərpa edilmişdir.
Millət atasının İsmayıllıya üçüncü gəlişi 2002-ci ilin noyabr ayının 8-də Şəki şəhərində yeni tikilmiş Olimpiya İdman Kompleksinin açılışına gedərkən yolüstü olmuşdur. O qısa vaxt ərzində də olsa, İsmayıllıda ayaq saxlamış, rayon ictimaiyyəti ilə görüşüb söhbət etmiş, İsmayıllı və ismayıllılar haqqında xoş sözlər demiş, rayon əhalisinin dolanışıq tərzi, aparılan islahatların nəticələri ilə maraqlanmış və bundan sonra da əhalinin rifahının yüksəldilməsi ilə əlaqədar rayon ictimaiyyəti ilə dəyərli söhbətlər etmişdir. Odur ki, biz ismayıllılar respublikamızda əmin-amanlıq və siyasi sabitlik yaratdığı, dövlətimizi möhkəmlədib dünyada tanıtdığı, xalqın güzəranını yaxşılaşdırdığı, cəbhə bölgəsində tökülən qanlara son qoyduğu, dünyaya Azərbaycan adlı bir məmləkətin varlığını sübut etdiyi üçün ümummilli liderimiz Heydər Əliyevi qəlbən sevir, ona rəhmət diləyirik. Milli taleyimizi etibar etdiyi cənab Prezident İlham Əliyevə fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Ağsaqqallar öndə olmaqla bütün Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin yanında vahid mövqedədir, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi yolunda əsil mübarizə yolundadır. Biz Heydər Əliyev yolunun yorulmaz yolçularıyıq.
İnqilab Həsənov,
İsmayıllı rayon Ağsaqqallar şurasının sədri

Şərh Yaz