Yubiley ərəfəsində ağac əkdik

Yubiley ərəfəsində ağac əkdikBir neçə gün əvvəl İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində fəaliyyət göstərən ekologiya və təbii sərvətlər qrupunun müəllim və şagird heyəti birgə yığıncaq keçirib. Tədbir iştirakçıları gördükləri işləri sərgiləyiblər. Sərgilənən işlər içərisində maraqlıları bioloji sərvətlər olub.
Rayonumuzun bu sərvətlərlə zənginliyi göz qabağındadır. Yalnız bölgəmizdə olan 35-dən çox təbii dərman bitkisi və 10-dan çox yabanı, bal tədarükündə önəmli olan bitkilər xüsusi ilə diqqəti cəlb edir. Şagirdlər bu qərara gəldilər ki, hər il ulu öndər Heydər Əliyevin yubileyi ərəfəsində “Hərəyə bir ağac əkək” kompaniyasına qoşulub ekologiya parkında ağaclar əksinlər. Nəzərə aldıq ki, çiçək açan ağaclar əkmək daha əhəmiyyətli olar. Bu xeyirxah işimiz rayonumuzda arıçılığın inkişafına fayda verə bilər. Yubiley ərəfəsində ağac əkdik
Biz Heydər Əliyevin 90 illik yubiley ərəfəsində xeyli cökə ağacı əkdik. Gələn ilə akasiya ağacını əkməyi planlaşdırdıq. Kənd məktəblərindəki yaşıdlarımızı da bu təşəbbüsə qoşulmağa çağırırıq. Hər şagird bir ağac əksə, onu qulluq edib yetişdirsə, həm qırılmış meşələri bərpa edər, həm də torpaqların erroziyaya uğramasının qarşısını almış olarıq.
Könül Əmirli,
1 saylı tam orta məktəbin IX C sinif şagirdi

Şərh Yaz