Seminar keçirildi

Bu günlərdə şəhər 1 nömrəli tam orta məktəbində rayonun ümumtəhsil məktəb kitabxanaçılarının növbəti seminarı keçirilmişdir. Seminarda rayon Təhsil Şöbəsinin metodisti S.İsmayılov seminarı açaraq cari dərs ilində məktəb kitabxanalarının keçirdikləri mədəni-kütləvi tədbirlər haqqında ayrı-ayrı işçilərin hesabatlarını dinləmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar məktəblərdə görülmüş işlər barədə kitabxanaçıların məlumatları dinlənilmişdir. Seminarda vurğulandı ki, bütün məktəb kitabxanaları ümummilli lider H.Əliyevin və akademik Z.Əliyevanın yubileyləri ilə əlaqədar silsilə tədbirləri davam etdirsinlər. Bununla əlaqədar bülletenlərin, divar qəzetlərinin buraxılmasını təşkil etsinlər.
Seminarda məktəb kitabxanaçılarına tapşırıldı ki, 2012-2013-cü tədris ilindəki fəaliyyətlərinə dair RTŞ-ya məlumat versinlər.
Günel Bağırova,
Talış kənd ümumi orta məktəbinin kitabxanaçısı

Şərh Yaz