Təşəkkür məktubu

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova
Hörmətli Mirdaməd müəllim!

Azərbaycan xalqının mədəni irsinin parlaq nümunəsi olan Novruz bayramı UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmişdir. Artıq dördüncü ildir ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq Novruz bayramı böyük təntənə ilə qeyd olunur.
2013-cü il 19 mart tarixində Qız qalası ətrafından başlayaraq Dənizkənarı Milli Park boyu davam edən bayram şənliyində İsmayıllı milli adət-ənənələri, mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları, əl işləri ilə təmsil edilmişdir. Mütəşəkkil təşkilatı səviyyədə keçirilən tədbir ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirin hazırlıq prosesində iştirak edən İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri A.Abbasovun işi xüsusi qeyd olunmalıdır.
Bunun üçün Sizə və tədbirin hazırlıq prosesində iştirak edən əməkdaşlarınıza dərin təşəkkürümüzü bildiririk.
Təşəkkür məktubuHörmətlə:
Əbülfəs Qarayev
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri

Şərh Yaz