Unudulmaz xatirələr

Unudulmaz xatirələrAprel ayının 16-da Heydər Əliyev Mərkəzində Ümummilli liderin 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirin məzmun və mahiyyəti Azərbaycan xalqının ümummilli liderinin İsmayıllıya səfərləri zamanı onunla görüşən, ünsiyyətdə olan insanlarla “Heydər Əliyev İdarəetmə Məktəbi”nin dinləyicilərinin görüşünü təşkil etməkdən ibarət olmuşdur.
Görüşü rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açmışdır. Ümummilli liderlə səfərləri zamanı onunla görüşən soydaşlarımız – tarix müəllimi Unudulmaz xatirələrXalid Mürşüdov, şəhər sakini Pərişan Mahmudova, dövlət qulluğu veteranı Unudulmaz xatirələrGözəl Osmanova və Unudulmaz xatirələrİlyas Abdullayev, Xəlilli kəndində üzümçülük briqadiri işləmiş Əlvan Qurbanov, Kürdmaşı kənd orta məktəbinin kimya müəllimi, 1981-ci ildə kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş Unudulmaz xatirələrSənubər Zeynalova, Ağsuda gənc üzümçülər briqadiri olmuş (indi İsmayıllı şəhər sakinidir) Unudulmaz xatirələrZemfira Zeynalova və başqaları unudulmaz görüşlərdən xoş xatirələrini danışmışlar.
Səmimi şəraitdə keçən məşğələni “Heydər Əliyev İdarəetmə Məktəbi”nin icraçı direktoru Fərman Bəşirov yekunlaşdırmış, dəyərli xatirələrini tədbir iştirakçılarına çatdıranlara təşəkkür etmişdir.
Monitorda ötən günlərdən xəbər verən, xoş hisslər yaradan fotoşəkillər nümayiş etdirilmişdir. Çıxışlar və slaydlar iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz