Bu tədbir başlanğıc hesab edilməlidir

Bu tədbir başlanğıc hesab edilməlidirAprelin 12-də rayonun Diyallı kəndində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Fondu ilə İsmayıllı rayon İcra Hakimiyyəti birgə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir. 200 nəfər iş adamı, sahibkar burada iştirak etmişdir.
Tədbirdən əvvəl İsmayıllıda Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına maliyyələşdirilmiş “İsmayıllı Quşçuluq” ASC-nin damazlıq yumurta istehsalı müəssisəsinə və sahibkar Ədalət Məmmədova məxsus üzümçülük təsərrüfatına baxış keçirilmişdir. Sonra Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Müasir soyuducu anbar, heyvandarlıq kompleksi, quşçuluq, bağçılıq, üzümçülük və arıçılıq yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı oldu.
Rayon İcra Hakimiyyətinin Başçısı, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov müasir iqtisadi idarəetmə elminə əsaslanan giriş sözü ilə tədbiri açdı.
İİN-nın Sahibkarlığın İnkişafı Siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Dağlıq Şirvan Regional Bölməsinin müdiri Azər Qasımov müxtəlif mövzularda məruzə etdilər.
Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.
Tədbiri yekunlaşdıran RİH-nin başçısı Mirdaməd Sadıqov bugünkü kredit yarmarkasını rayona investisiya axınının başlanğıcı hesab etdi və bildirdi ki, sahibkarlar fəallaşmalı, yeni iqtisadi idarəetmə üsullarına yiyələnməli, düşünülmüş qaydada kredit götürüb iş qurmalıdırlar. Rayonun sosial-iqtisadi inkişafının sürətlənməsi üçün regional investisiya mərkəzi olmalıdır. Kənd rayonları arasında ilk olaraq elektron idarəetməyə keçəcəyik. “ASAN” xidmət də fəaliyyət göstərəcək. İnformatik və elmi tutumlu sahələr yaradılacaq və inkişaf etdiriləcək. Azərbaycan dövləti bir zamanlar kredit, yardım alırdı. İndi özü donor ölkəyə çevrilmişdir. Buna əsaslanıb bir daha bildirirəm ki, bütün istiqamətlərdə rayonumuz sürətlə inkişaf edəcək, xüsusilə aqrar sahə elmi əsasda, dövlət dəstəyi və güzəştli kreditlərlə yüksələcək.
Bu tədbir başlanğıc hesab edilməlidirTədbirin sonunda İsmayıllıda fəaliyyət göstərən 38 nəfər sahibkara 450 min manat kredit verildi. Bu da 100-dən çox iş yerinin yaradılmasına imkan verəcəkdir.
Biznes-layihələrin hazırlanması və təqdim olunması barədə verilən düşünülmüş elmi və təcrübi məsləhətləri razılıqla qəbul edən iş adamları bugünkü tədbirin həqiqətən bir başlanğıc olduğunu gördülər, yəqin etdilər.
Paşa Məmmədov

Şərh Yaz