Zona yarışları başlanmışdır

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Respublika Bədən Tərbiyəsi Mərkəzi kütləvi idman tədbirlərinin təqvim planına əsasən Respublika ümumtəhsil, ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VII Spartakiadasını keçirməyə başlamışdır. Spartakiada zona mərhələləri üzrə keçirilir. Spartakiadanın proqramına idmanın həndbol, basketbol, voleybol, futbol, stolüstü və digər növləri (ümumilikdə 8 növ) daxildir. Onu da qeyd edək ki, iştirakçıların yaş qrupu 1996-1998-ci il təvəllüdlüdür.
Zona yarışında iştirak edən İvanovkanın qızlardan ibarət həndbolçu komandası I yeri tutmuşdur. Talıstan məktəbinin oğlanları da həmin yarışda I olmuşlar. Hər iki komanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Respublika Bədən Tərbiyəsi İdman Mərkəzinin diplomuna layiq görülmüşdür.
İlham Vahabov,
RTŞ-nın metodisti

Şərh Yaz