“Novruz – 2013”

Mart ayının 15-də İsmayıllı rayonunun Uştalqışlaq kəndində “Novruz – 2013” adlı bayram tədbiri keçirildi. Tədbiri məktəbin direktoru Yuriy Novruzov açdı. O, müəllim və şagirdləri təbrik etdi. Sonra Dövlət himni səsləndirildi. Tədbirin aparıcıları bu sətirlərin müəllifi, məktəbin tarix müəllimi Firuzə Əhmədova və VII sinif şagirdi Elnur Əlirzayev idi. Öncə XI sinif şagirdi İlkan Əlirzayev at üstündə meydana daxil olaraq, bayram tonqalını yandırdı. Tonqalın alov dilləri hərarət və şöləsi ətrafa yayıldı. Uşaqlar hazırladıqları səhnəciklərlə tədbirə xüsusi gözəllik qatdılar. Aliyə və Tünzalənin ifasında “Nazeləmə” rəqsi çox gözəl ifa. VII sinif şagirdlərinin “Qobustan” rəqsi hamıda xoş təəssürat yaratdı. Qızların rəqs müşaiyəti ilə tədbiri səməni gətirildi. Uşaqlar “Haxışta” oyununu çox gözəl ifa etdilər. Yaza aid bayatılar, atalar sözləri, tapmacalar səsləndirildi. Təşkil olunan kiçik viktorinalar tədbirə daha da canlandırdı. Viktorinanın qalibləri hədiyyələrlə mükafatlandırıldı. Tədbir “Yallı” ilə tamamlandı. Tədbir boyu hamı bir-birini təbrik etdi və gələn illərinin uğurlu olmasını arzuladı.
Firuzə Əhmədova

Şərh Yaz