Fəxr edirik

Fəxr edirik
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin VI “a” sinif şagirdi Valid Çələbiyev dərs əlaçısıdır. Sinif nümayəndəsi olan Valid rayonda, məktəbdə keçirilən bilik yarışlarında da mütəmadi iştirak edir və hər dəfədə öz biliyi ilə xüsusi fərqlənir. Valid dərslərinin çoxluğuna baxmayaraq, vaxtını düzgün bölərək musiqi məktəbinin qarmon şöbəsində də təhsil alır. Məsuliyyətli, çalışqan, maraq dairəsinin geniş olması onun uğurudur. Valid bu günlərdə daha bir uğur qazanıb – Ağdaş Özəl Türk Liseyinin keçirdiyi zonalararası sınaq yarışında rayon üzrə birinci yer tutaraq diplomla təltif olunmuşdur.
Fəxrimiz Validi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz