Gecikmiş qisas

Firuzə Çiçək

(əvvəli ötən saylarımızda)

***
Zoya Azərbaycana çoxdan köçmüşdü. Bir müddət atasının iş yerində sədrin katibəsi vəzifəsinə işə düzəlir. Bir neçə aydan sonra isə sədr ona evlənmək təklif edir… Hələ bundan əvvəl Zoya Er¬mənistanda iki dəfə ərdə olmuşdu. Birinci əri ilə yola get¬məyib tez ayrılmışdılar. Ayrılandan bir həftə sonra başqasına qo-şulub getmişdi. Özündən 10-15 yaş kiçik olan bu adamla 2 il yaşamışdı. Dünyaya gətirdiyi oğlunu da ərinin üstünə atıb qayıtmışdı.Firuzə Çiçək

(əvvəli ötən saylarımızda)

***
Zoya Azərbaycana çoxdan köçmüşdü. Bir müddət atasının iş yerində sədrin katibəsi vəzifəsinə işə düzəlir. Bir neçə aydan sonra isə sədr ona evlənmək təklif edir… Hələ bundan əvvəl Zoya Er¬mənistanda iki dəfə ərdə olmuşdu. Birinci əri ilə yola get¬məyib tez ayrılmışdılar. Ayrılandan bir həftə sonra başqasına qo-şulub getmişdi. Özündən 10-15 yaş kiçik olan bu adamla 2 il yaşamışdı. Dünyaya gətirdiyi oğlunu da ərinin üstünə atıb qayıtmışdı.
Bakıya gələndən sonra isə, yenə özündən 5-6 yaş kiçik olan sədrini yoldan çıxarmışdı… Onunla evləndikdən bir il sonra Nataşa dünyaya gəl¬miş¬di. Əri qızını həddindən artıq çox istəyirdi. Əvvəllər yaxşı yaşayırdılar. Amma bir neçə il ərzində Zoya əri¬nin işlərini elə qatdı ki, əyər-əskiklik yarandı, vəzifəsindən sui-istifadədə ittihamlandırıldı. Bəxti gətirmişdi ki, onu yal¬nız cərimələyib işdən çıxarmaqla rahat buraxmışdılar. Sonra birtə¬hər başqa yüngül işə düzəlsə də, getdikcə həyatı daha da ağır¬laşdı. Çünki, bu vaxtlar Zoyanın hələ Ermənistanda olarkən ta¬nıdığı Abovyan Azərbaycana gəlir. Zoyanın qohumu adı ilə. İlk vaxtlar əri onun gəlişini normal qəbul edirdisə də, az sonra bu aramsız gə¬lişlər onda xoşluq yaratmadı. Şübhələr, davalar… Zoya isə bu müd¬¬dət ərzində Ermənistanla əlaqə qurmuşdu. Elə Abovyanla da…
Nəhayət, Abovyan Zoyanın ərini onun həyatından birdəfəlik sildi.
Zoya ermənilərin bir çoxunun köçüb getdiyi vaxtda belə çıxıb get¬məmişdi. Çünki, onun gələcək planlar üçün burada qalması əmr idi… Rus soyadına keçdikdən sonra Gənclikdəki ünvanını dəyişə¬rək Əhmədlidə həyət evinə köçmüşdü. Və elə bu günədək ora¬da yaşayırdı.
Amma xəbərləri belə yox idi ki, indi onun yaşadığı məhəllədə MTN əmək¬daşları artıq hər küncdə, hər bucaqda pusqu qurmuşdular.
Əməliyyatın rəhbəri adamlarına güvənsə də, yenə əsəbindən özü¬nə gələ bilmir, heç bir uğursuzluqla qarşılaşmamaq üçün tez-tez bütün postlarla əlaqə saxlayır, ard-arda xəbərdarlıq edirdi. Bu onun fəaliyyəti dövründə ən uğurlu işlərindən biri olacaqdı. İşlədiyi müddət ərzində yalnız vətəninə xidmət haqqında düşünsə də, indi bununla yanaşı qazanacağı uğura görə onu nələr gözlədiyini düşünəndə sevincqarışıq həyəcan keçirirdi. Bu həyəcan tam fərqli bir həyəcan idi. Qalibiyyət, qisas, baş ucalığı, xilaskarlıq, işinə diqqətlə yanaşmaq, məsuliyyətinə görə təltif olunmaq, qarışıq idi, çox qarışıq. Və ən əsası, bu yola qədəm qoyarkən içdiyi and. Vətəninə görə lazım gələrsə hər şeydən vaz keçmək…
Gah oturub qızın onlara xəbər verməsini gözləyir, gah da yer¬ləşdikləri evdə var-gəl edərək, siqareti siqaretə calayır, səbirli olmağa çalışırdı.
Yox, ermənilər ağ etmişdilər daha. Axı necə olmuşdu ki, bu ilanlar sürünüb keçə bilmişdilər buraya? Hələ də qəbul etmək istəmirdi bunu. Onlar nə qədər tələ qursalar da, lap yüz il hazırlaşsalar da, yenə bununla özlərinə haqq qazandırmırdı. Həmişə onların belə iyrənc cəhdlərinin üstünü açmışdılar. Bəs indi necə diqqətsizlik ediblər axı?! Oğlan necə dedi? Hə, dedi ki, bu əməliyyatın rəhbəri birbaşa prezidentdir – Serj Sər¬kis¬yan! Başqa cür ola da bilməzdi. Bu qorxaq həmişə arxadan zərbə vurur. Çaqqal kimi yaralı şirə xəlvət yaxınlaşmaq onların qa¬nındadır. Heç nə bildirməsə də, oğlana ürəyi acımışdı. Düz¬dür, hələ dəqiq araşdıracaq həqiqəti. Amma onun özü haqqında danış¬dıq¬ları düzdürsə, yəni doğruya daha çox bənzəyir, o zaman sözsüz ki, təsvirolunmaz əzab çəkir o da. Ailəsini qıran, yurdunu viran qoyan, nəs¬lini kəsən adamları illərcə ailə kimi sevmək, onlar üçün oyun¬cağa çevrilmək… Fikirləşmək belə dözülməzdir.
Həyəcandan və qəzəbdən üzü bulud kimi tutulmuş Sergeyə tə¬rəf baxdı. Oğlanı yenə nəzərində qiymətləndirdi. Çox möh¬kəm, qüvvətli görünüşü var. Qayış kimi elastikdir bədəni, hərəkətləri. Baxışları qurd baxışına ox¬şayır. Özü də qəfəsə salınmış yaralı aslana. Amma onun ya¬ra¬sı daha dərin, daha sağalmazdı. Çünki, bu yara ürəyin¬də¬dir. Bütün ömrü boyu izi qalacaq yara… Hər kəsə, hər şeyə necə qızğın ol¬duğu baxışlarından sezilirdi.
Komandir əsəbi addımlarla stola yaxınlaşıb sönmək üzrə olan siqaretini külqabına basdı. Oğlana yenə ötəri nəzər salıb təəssüflə başını buladı, fikrə getdi.
Bu rəzil ermənilər oğrudur ki, oğru! Hər şeyi oğur¬la¬dı¬lar, doymadılar, torpağı oğurladılar, yenə doymadılar. Mənfurluğun son həddinə çatdılar artıq. Uşağı oğurlayıb, erməni kimi böyü¬düb, öz millətinə, xalqına qarşı qətliama göndərmək?! İnsan qanı yox imiş bunlarda. Bunu elə yalnız erməni edə bilərdi. Hə, əl¬bəttə, axı çaqqal heç vaxt aslanla təkbətək döyüşə çıxa bilmir.
Ona görə as¬lan üstünə aslan göndərməyi planlaşdırıblar bunlar. Amma çox yanılıblar. Torpaq çək¬di qoynuna öz oğlunu.
Sergeyin telefonu yenidən səsləndi. Hamı susdu. O, ətrafa nəzər salmadan telefonu açdı:
– Hə, Nataşa.
– Burdadılar, Sergey, hamı burdadır.
Sergey başı ilə otaqdakılara işarə verdi.
– Oldu Nataşa, diqqətli ol!
Nataşa kövrəldi:
– Sergey, anamgilə heç nə olmayacaq, düzdü?
Sergey susdu və tutqun halda dedi:
– Hər şey qanunla olacaq…
Bu an xəttin o başında xışıltı eşidildi və kimsə bərkdən içini çəkdi. Telefonu qapadılar. Sergey həyəcanla:
– Nataşa! Nataşa!!!
Ardınca qışqırdı:
– Tez olun, xəbər tutublar.
Komandir çölə atıldı:
– Lənət şeytana!
Ratsiya ilə bütün pusqulara xəbər verildi. İndi ev tamamilə mü¬hasirədə idi. Bir-birinə hücum işarəsi verib, içəri atıldılar.
Sergeyə silah veril¬mə¬mişdi, amma buna məhəl qoymayıb, komandirin əmrinə qu¬laq asmadan evə sarı qaçdı.
Erməni terrorçularında silah var idisə də, görünür qəfil hücuma ha¬zır deyildilər. Çünki, atışma çox qısa çəkdi.
Sergey Na¬taşanın otağına tərəf qaçdı. Orada heç kəs yox idi.
– Nataşa! Hardasan? – qışqırıb dəli kimi otaqlara hücum çəkməyə başladı. Mətbəxə keçəndə birdən əti ürpəndi. Onu üşütmə tutdu. Döşəmə büsbütün qan içində idi. Gör¬düyü mənzərə möhkəm olmasına baxmayaraq, onu çox sar¬sıtdı. İndiyə kimi çox vəhşilik görmüşdü Ermənistanda olarkən. Amma belə sarsılma¬mışdı.
Nataşanın başı bədənindən tamamilə üzdürülüb küncə atıl¬mışdı. İri mətbəx bıçağı isə düz ürəyinə saplanmışdı.
İçəri girən MTN əməkdaşlarından biri gördüyündən ani şaşırdı. Sergeyin göz¬¬lərinə baxdısa da, gözünü tez çəkdi. Sergey sərxoş kimi onu itə¬lə¬yib həyətə qaçdı.
Əməliyyatçılar Zoyanı, kiçik qızını, digər iki kişini, Yeremyan və Movsesi də ələ keçirmişdilər.
Komandir əsəbi halda vurnuxan Sergeyi saxladı:
– İki nəfər çatışmır.
Sergey başını buladı:
– Biri ölüb…
– Yox, qızı saymıram. Hakop bunlardan hansıdır?
Sergey sıraya baxdı. Dodağını gəmirdi:
– Lənətə gəlsin, Abovyan da yoxdur. – deyib anbara tərəf qaç¬dı.
Komandir qışqırdı:
– Oranı yoxlamışıq.
Zoya isə dil-boğaza qoymadan çığır-bağır salmışdı:
– Səni görüm lənətə gələsən, türk balası. Ürəyimə dammışdı elə. Sən ki azərbaycanlısan, bizdən olmayacaqdın heç vaxt! Qı¬zı¬mı sən öldürdün, qan qusasan! Qırılasınız hamınızı. Necə ki qırı¬rıq…
Komandir tamam hövsələdən çıxdı:
– Onu burdan rədd eləyin. Ətrafı, çölü, qonşuları diqqətlə ax¬tarın! Bunları da gətirin maşına, özüm dindirəcəm.
Sergey anbarın qapısını araladı. Bu dəfə həmişəki rütubətli qoxu fərqli hiss – elə kədərli abu-hava yaratdı ki, ürəyi sıxıldı, boğazı göynədi. Əmin idi ki, bur¬da¬dılar. Bura həyətdən başqa haradansa gizli qapı olduğunu eşit¬mişdi Nataşadan… Amma dərinə getməmişdi. Əlini aşağı uza¬dıb işığı yandırmaq istədi. İşıq yanmadı. Axşam düşdüyü üçün hava alatoranlıq idi, am¬ma buna baxmayaraq qapını açıq qoydu ki, içəri az da olsa işıq¬lansın. Anbara daxil oldu:
– Hakop! Abovyan! Bilirəm, burdasınız, çıxın üzə!
Səsinin kobud tonundan sonra içəridə sükut yarandı. Sergey bir az da irəlilədi. Zəif bir hənirti duydu, amma nə qədər diqqət kə¬silsə də yenə sükutdan başqa heç nə eşitmədi. Artıq əmin idi ki, burada kimsə var. Özü də az həyəcan keçirmirdi. İyirmi il ata¬sı bildiyi adamla bu gün düşmən kimi qarşılaşmalı idi və iki¬sindən biri bir daha qarşılaşmamaq üçün öləcəkdi….
O, anbarın baş tərəfinə getdikcə, ətraf daha da qaranlıqlaşırdı. Anbarın bir tə¬rəfində çoxlu yeşik yığılmışdı. Bir köhnə soyuducu, tele¬vi¬zor vardı. Sol tərəfdə isə uzun taxtalar qalaqlanmışdı. Qoxusundan şam ağacı olduğu bilinirdi.
Sergey dayandı:
-Bilirəm, burdasınız. Hakop, çölə çıx, “əziz atam”! Bütün bu illərin cavabını ve¬rə¬cək¬sən! Başqa yolun yoxdur. Silahsızam. Onsuz da ha¬mını bura töksəm bir anda çıxmalı olacaqsan. Amma öz xo¬şunla çıx! Abovyan, sən də burdasan.
Yenə sükut yarandı. Sergey bir az da qabağa getdi:
– Hakop, geri qaytarılan erməni əsir yadındadır? Azərbaycanlı zabitin təkbətək döyüşə ça¬ğır¬dığı əsir. Onda o qorxmuşdu zabitdən. Amma mən ikinizi çağırıram, Hakop, özüm də silahsızam. Bacarsanız öldürün. Axırıncı dəfə…
Bu an arxa tərəfdən xışıltı eşidib dönəndə, çiyninə ağır zərbə endi. Bıçaq sol çiyninə bat¬mışdı… Amma özünü itirmədi. Ən təsirli fəndindən istifadə edib, qə¬fil onun qolunu burdu. Bıçağı əlindən salan Hakop kürəyini Ser¬geyə çevirib, gözlənilməz zərbə ilə onun mədəsindən vurdu. Ser¬gey zərbədən yıxılsa da, Hakopun bıçağı götürmək üçün uza¬nan əlini tapdalamağa fürsət tapdı. Barmaqlarının xırçıltısı ilə bə-rabər başını qaldıran kimi, Sergey dirsək fəndi ilə onun pey¬sə¬ri¬nə vurdu. Artıq bu zərbə Hakopu gicəlləndirdi. Gözləri qaral¬dı.
Sergey sol çiynindəki yaranı unudaraq, Hakopa özü¬nə gəlməyə imkan vermədi, boğazından yapışıb qaldırdı:
– Sən əzab verməkdən həzz alırdın. Qan tökməkdən doy¬mur¬¬dun, erməni! Bu illərdə ata deyib, oyuncağına çevrildim. Ləz¬zətlə güldün mənə, döydün, təhqir etdin, istifadə etdin. Xalqımın qadını¬na, kişisinə, uşağına gözümün qabağında vəhşilik, təcavüz et¬din. Anamı sən öldürdün, alçaq? Atamı sən öldürdün? Cavab ver, murdar!
Hakop nəfəsi təngiyərək zarıdı:
– Teryan, mən sənə atalıq eləmişəm, sən mənim öz oğlumsan.
Sergey bu sözləri eşidəndə barmaqlarını daha da bərk sıxdı:
– Teryan, yox! Sergey yox, Hakop! İsmayıl, türk, Azəri! Daha tülkülük nömrələrin burda keçməz, Hakop! Onsuz da ölə¬cək¬sən! Sənin mənə qoyduğun kimi mən də sənə iki yol qo¬yu¬ram: ya rahat ölüm, ya da bütün öz təxəyyülünün məhsulu olan əzablarla ölməyin… Ölümünü özün seç!
Hakop boğazını onun əlindən qurtarmağa çalışdı:
– Teryan, bəsdir! Onlar səni də öldürmək istəyirdilər. Yazı¬ğım gəldi, götürdüm səni, böyütdüm. – Sergeyin dinmədiyini gö¬rüb ağlamsındı. – Teryan, məni sən öldür. Qoy atanın qanına bat¬sın əlin, amma onlara vermə.
Bir az susub, gözlərini ona diqqətlə baxan Sergeyin üzünə dikdi. Yenə ağlam¬sın¬dı:
– Kaş ki, səni bura gətirməzdim, ata ilə oğulun arasına girdi¬lər.
MTN-nin əməkdaşlarından biri içəri girdi:
– Tuta bildin onu?! Bəs o biri hanı?
Sergey Hakopun gözlərindən gözlərini çəkmədən:
– Abovyan aradan çıxıb, komandirə xəbər verin, hələ çox uzaqlaşa bilməz! – sərt dilləndi.
Hakop başını buladı:
– Hamısı o alçaq Abovyanın işidir. Sənin ailəni də o öldürüb, səni də əlindən mən aldım, inan mənə, oğlum.
Sergey qaşlarını düyünlədi:
– Neylək, Hakop, sən 2-ci ölümü seçdin. – deyib onu sürü¬yə¬rək çölə aparmaq istədi.
Hakop Sergeyi belə görməmişdi heç vaxt. Atıq başa düşürdü ki, çı¬xış yolu yoxdur. Onun inadcıllığına bələd idi. Dedisə, dediyini mütləq edəcək.
– Teryan, dayan, hamısını danışaram, dayan.
Sergey onu divara sıxdı:
Hakop, anbarda danışdıqlarının hamısını Nataşadan eşit¬miş¬əm. Amma öz dilindən eşitmək istəyirəm. Danış hər şeyi! – qış¬qırdı.
Hakop yalvarmağa başladı:
– Teryan, bağışla məni. Hə, atanı Abovyan öldürüb, mən yox. Amma anan özü öldürdü özünü.
Sergey dişlərini qıcayıb susur¬du.
Hakop zarımağa başladı:
– Oğlum, burax məni gedim. Heç adımı da eşitməyəcəksən. Bu¬rax məni, axı atalıq eləmişəm sənə.
Sergey kinayəli gülümsədi:
– Tülkü, indi də üçüncü varianta əl atırsan? Hakop, iki sualıma ca¬vab ver! Nataşanı kim öldürüb və Abovyan hara qaçıb? Üçə¬dək sayıram. Bir… iki….
Hakop kəkələdi:
– Abovyan! O öldürüb. Danışanda eşidib. İzləyirdi onu… Əvvəldən şübhələnmişdi.
Hir¬sin¬dən gözləri qan çanağına dönmüş Sergey qəfil onu qa¬bağa çəkib, yenə kəllə ilə möhkəm vurdu. Hakopun bağırtısı an¬barda əks-səda verdi. Burnundan axan qan sifətinə, ağzına yayılıb, Sergeyin də əlini buladı.
Sergey üzünü turşutdu:
– Tfu… Hanı Abovyan?
Hakop bu dəfə ağladı:
– Teryan, bilmirəm, bilmirəm!
Sergey onun boğazını daha bərk sıxıb qışqırdı:
– Mən Teryan deyiləm! Bu sənin uydurduğun addır. Mən türkəm! Mən azərbaycanlıyam! Adım da İsmayıl… Xatırladın? Düşdü yadına?
Boğulmaq üzrə olan Hakop onun barmaqları arasından canını qurtarmaq üçün çarpışaraq, xırıldadı:
– Hə, İsmayıl, boğuluram. Burax!
– Xatırladın???
– Xatırladım, yadımdadı.
Sergey onu buraxmayıb, bərəlmiş gözlərinə nifrətlə baxdı:
-Mən türkəm, Hakop, türk! Mənə türk de! Türk de! – ağır yumruğunu qana boyamış sifətinə ard-arda endirdi.
MTN əməkdaşları içəri doluşdular.
Komandir onsuz da gərgin idi, Sergeyi görüb:
– Oğlan, neynirsən? Aparın onları! – deyə qışqırdı.
Sergey Hakopu divardan ayıraraq, gözlənilmədən cəld hə¬rəkətlə onun boynunu burdu. Bunu elə çevikliklə etdi ki, Hakopu onun əlindən almaq istəyən əməkdaşlar da çaşıb qaldılar. Kəskin xırçıltının ardınca Hakopun can¬sız bədəni döşəməyə sərildi. Sergey yerə tüpürdü:
– Sevin ki, belə asan öldün.
Onun üstünə atılsalar da gec idi. Komandir qolları qan¬dal¬la¬nan Sergeyə bağırırdı:
– Qəhrəmanlığını başqa vaxt göstərərdin də. Sən əsas şahidi, əsas sübutu məhv elədin. Hər şeyi danışdıracaqdım ona. Buna görə verməli olduğun cavab böyükdür. – üzünü adamlarına tutdu. – Aparın!
Sergey onu aparmalarını gözləməyib, özü qarşıya keçərək irəlilədi. Qapıya çatıb dayandı. Geriyə boylanıb Hakopun yerə sərilmiş cəsədinə baxdı və hirsli-hirsli ətrafı nəzərdən keçirən ko¬man¬dirə tərəf döndü. Təmkinli və ciddi səslə dilləndi:
– Nə cəza çəkəcəyimin fərqi yoxdu. Qisasımın əsasını aldım. Bir xahişim var. Daha düzü, tələbim. Azadlığa çıxanda məni ön cəb¬həyə göndərin… – dönüb sakitcə çıxdı.
Komandir qəzəbli olsa da, rəğbətlə bu qəribə gəncin çıxdığı qapıya tərəf baxdı:
İnşallah!!!

Şərh Yaz