Xocalıya həsr edilmiş tədbir

Xocalıya həsr  edilmiş tədbirFevralın 19-da şəhər 3 saylı körpələr evi-uşaq bağçasında maraqlı bir tədbir keçirilmişdir. Burada rayon uşaq bağçaları arasında şeir müsabiqəsi təşkil edilmişdir. Tədbirdə rayonun on bağçası iştirak etmişdir. Xocalı faciəsinə həsr edilmiş bu tədbirə hər bağçadan iki nəfər uşaq qatılmışdır. Tədbirdə Vətənə, Xocalıya, şəhidlərə həsr edilmiş şeirlər səsləndirilmişdir. Münsiflər heyəti körpələrin çıxışlarını yekunlaşdırmaqda çətinliklərlə rastlaşdılar. Hiss olunurdu ki, körpələr bu tədbirə çox gözəl hazırlaşmışdılar. Məhz buna görə də münsiflər heyəti ən yaxşılarını seçməkdə çətinlik çəkdilər.
Tədbir yekunlaşdı və qaliblər seçildi. Bu tədbirdə qaliblərə yerlər ayrılmamış, ümumi komanda halında fərqlənənlərə mükafatlar – qiymətli hədiyyələr və Diplomlar təqdim edilmişdir. İsmayıllı kənd körpələr evi-uşaq bağçası, Sumağallı, Təzəkənd və Talıstan uşaq bağçalarının komandaları RTŞ-nin diplomlarına layiq bilinmişlər. Burada hədiyyəsiz qalan olmadı, iştirakçıların hamısına hədiyyələr təqdim olunmuşdur. Ümumilikdə götürüldükdə, bütün bağçaların komandaları bu tədbirə yaxşı hazırlaşmışdılar. Bu işdə tərbiyəçilərin əməyini xüsusi qeyd etmək lazımdır.
Gülnar Mikayılova,
Ailə və Uşaqlara Dəstək Mərkəzinin işçisi

Şərh Yaz