Yaxşı oxumağa dəvət

Yaxşı oxumağa dəvətŞəhid Aqil Məmmədovun adını daşıyan Diyallı kənd tam orta məktəbində fevral ayının 5-də məktəbin məzunu olan və hazırda respublikanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilmişdir. Tədbirdə məktəbin pedaqoji kollektivi və VI-XI sinif şagirdləri iştirak etmişlər.
Tədbiri məktəbin direktoru Şəmsiyyə Əhmədova açmış, məzunlara təhsil ocağının son göstəriciləri və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir.
Sonra məzunlardan Orxan və Mehman Şəmiyevlər, Şəhriyar, Günel və Mehriban Topulovlar, Mehman Qəniyev və Aynur İsmayılova məktəbin şagirdlərini yaxşı oxumağa dəvət etmiş, təhsil aldıqları məktəblər, imtahanların nəticələri, öz gələcək arzuları barədə danışmışlar.Yaxşı oxumağa dəvət
Görüşdə iştirak edən müəllimlərdən Hacıbaba Qasımov, Sitarə İsmayılova, Gültəkin Abışova və Şövkət İsmayılova məzunlardan ünvanlarına eşitdikləri minnətdarlığa görə təşəkkür etmiş, məktəblilərə və tələbələrə təhsildə uğur və nailiyyətlər arzulamışlar.
Sevda Məmmədova,
məktəbin uşaq təşkilatı rəhbəri

Şərh Yaz