Oxucularla ilk görüş

Oxucularla ilk görüşHəmyerlimiz Daşdəmir Zülfüqarovun “Şeirlər, təmsillər və kəlamlar” adlı kitabı çapdan çıxmışdır. Bu, müəllifin ilk kitabıdır. Kitaba onun müxtəlif illərdə qələmə aldığı şeirlər daxil edilmişdir. D.Zülfüqarov orta təhsillidir. 45 ildir ki, bədii yaradıcılıqla məşğuldur.
D.Zülfüqarov 1936-cı ildə rayonumuzun Buynuz kəndində anadan olmuşdur. Onun şeirləri Zaqatala, Balakəndə çıxan rayon qəzetlərində, “Kənd həyatı”, “Təşviqatçı”, “Kirpi”, “Molla Nəsrəddin”, “Tək səbir”, “Cik-Cik”, eləcə də digər qəzet və jurnallarda çap olunub. Bir qoşması Bakıda çıxan “Zarafat” qəzetində keçirilən satirik şeir müsabiqəsinin qalibi olub. Yeddi şeiri İsmayıllı yazarlarının “Dağ çiçəkləri” adlı (2009) ədəbi toplusuna daxil edilmişdir.
D.Zülfüqarova yeni yaradıcılıq uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz