Xaricdə təhsil almanın üstünlükləri

Cəmiyyətin tərəqqisinin vacib amillərindən olan elm və mədəniyyətin, xalqın potensial inkişafının formalaşması onun təhsil sistemi ilə nizamlanır.
Azərbaycan qədim sivilizasiya, mədəniyyət ocağı kimi, tarixin lap qədim qatlarından özünün təhsil sistemini formalaşdırmışdır. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının içindən çıxan alimlər, mütəfəkkirlər, digər görkəmli şəxsiyyətlər öz həyat və fəaliyyətləri ilə bunu dəfələrlə sübut etmişlər.
Tarix göstərir ki, keçmişdə də maariflənmənin, savadlanmanın formalarından biri xaricdə təhsil almaq olmuşdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyev gənclərimizin xaricdə təhsil almalarına yüksək qiymət verdi və buna şərait yaratdı. Digər sahələr kimi, əsası Ulu öndər tərəfindən qoyulan bu siyasət də prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevindirici haldlr ki, xaricdə təhsil alan gənclərimiz yüksək ixtisas, bacarıq, elm sahibləri kimi bu gün doğma vətənimizə xidmət etmələrindən şərəf duyurlar.
Gənclərimiz yaxşı bilirlər ki, xaricdə təhsil alma təkcə savadlanmaya deyil, həm də ölkələr və xalqlar arasında əməkdaşlığa, mədəni əlaqələrin möhkəmlənməsinə, Azərbaycan diasporasının işini canlandırmaqdan ibarətdir. Odur ki, qarşıya qoyulmuş məqsədə doğru daha inamlı addımlar atmaqda xaricdə təhsil alan gənc fəallıq nümayiş etdirməlidir.
Həmyerlim Raquf Salmanovla birgə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllıdakı Dövlət Yanğından Mühafizə Hissəsinin heyətində yanğınsöndürən çavuş kimi çalışırıq. Çalışdığımız təşkilatın rəhbərliyinə xaricdə təhsil almaq istəyimizi bildirdik bu müsbət dəyərləndirildi. Hazırda hər ikimiz Ukrayna Mülki Müdafiə Akademiyasının müdavimləriyik. Gənclərə göstərilən diqqət və qayğıya əməli işlə cavab verəcəyimizə tam əminik. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Xaricdə aldığımız təhsil hesabına Vətənə və xalqa daha səviyyəli xidmət göstərmək gələcəyin zabiti kimi, istənilən sahədə bu gün bizə bəslənilən ümidləri doğrultmağa səy göstərəcəyik.
Yeri gəlmişkən, xaricdə təhsil almağımıza şərait yaradan dövlətimizə, çalışdığımız qurumun əməkdaşlarına minnətdarlığımızı bildiririk.
Xaricdə təhsil almanın üstünlükləriRamil Adilzadə,
FHN DYMX-nin İsmayıllı DYMH-nin çavuşu

Şərh Yaz