Dostluq inkişaf edəcək

3 ildir ki, Latviya Respublikasının Amata bələdiyyəsi ilə İsmayıllı bələdiyyəsi arasında dostluq münasibətləri yaranmış və bu münasibətlər işgüzar xarakter almışdır. Dəfələrlə İsmayıllı bələdiyyəsinin nümayəndə heyəti Latviyada, qardaş bələdiyyənin nümayəndələri isə rayonumuzda olmuşlar. Bu ilin yayında qonaqlarımız 3 günlük işgüzar səfərlə rayonumuza gəlmişdi Bu görüş hər iki tərəf üçün əhəmiyyəıtli olmuşdur.
Hər il Latviya Respublikası öz müstəqilliyini noyabr ayının 18-də “Latviyanın Milli Günü” kimi təntənəli şəkildə qeyd edir. Bu il həmin tədbirə rayonumuzun nümayəndə heyəti də dəvət almışdı . Dəvət böyük məmnuniyyətlə qəbul olunmuş, İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov başda olmaqla 5 nəfərlik nümayəndə heyəti həmin bayram tədbirlərində iştirak etmişdir.
Dostluq inkişaf edəcəkDostluq inkişaf edəcək3 ildir ki, Latviya Respublikasının Amata bələdiyyəsi ilə İsmayıllı bələdiyyəsi arasında dostluq münasibətləri yaranmış və bu münasibətlər işgüzar xarakter almışdır. Dəfələrlə İsmayıllı bələdiyyəsinin nümayəndə heyəti Latviyada, qardaş bələdiyyənin nümayəndələri isə rayonumuzda olmuşlar. Bu ilin yayında qonaqlarımız 3 günlük işgüzar səfərlə rayonumuza gəlmişdi Bu görüş hər iki tərəf üçün əhəmiyyəıtli olmuşdur.
Hər il Latviya Respublikası öz müstəqilliyini noyabr ayının 18-də “Latviyanın Milli Günü” kimi təntənəli şəkildə qeyd edir. Bu il həmin tədbirə rayonumuzun nümayəndə heyəti də dəvət almışdı . Dəvət böyük məmnuniyyətlə qəbul olunmuş, İsmayıllı bələdiyyəsinin sədri Fəqan Məmmədov başda olmaqla 5 nəfərlik nümayəndə heyəti həmin bayram tədbirlərində iştirak etmişdir.
Dostluq inkişaf edəcək
Nümayəndə heyətimiz Latviyanın Cesis şəhərində bir neçə bələdiyyənin iş təcrübəsi ilə tanışlıqdan sonra Riqa şəhərinin gəzməli yerlərində olmuşdur.
İsmayıllı bələdiyyəsinin sədri F.Məmmədov dostlara aparılmış hədiyyələri Amata Diyar Şurasının sədri Elita Eqlitə təqdim etmişdir. Hər iki tərəf bu dostluğun inkişaf edəcəyinə, bələdiyyə hüdudlarında yaşayanlar üçün əhəmiyyətli olacağına ümidvar olduğunu bildirmişdir.Dostluq inkişaf edəcək
“İsmayıllı xəbərləri”

Şərh Yaz