Gecikmiş qisas

Firuzə Çiçək

(əvvəli ötəm sayımızda)
Hissiyyatına gü¬və¬nirdi. İndi qarşısında oturan insanların üzlərinə baxanda ona elə gəldi ki, aralarında 1000 illik uçurum var, sanki başqa zamandan gəlib buraya…
Heç kəsin dinmədiyini görüb özü dilləndi:
-Atam hanı?
Qısa sükutdan sonra siqaret tüstülədən Abovyan kinayə¬qa¬rı¬şıq istehzayla dedi:
-Sən ki bilməlisən. Atan hesabat verməyi xoşlamır.
Bilmədi Sergeyə elə gəldi, ya doğrudan belə oldu… Amma Abovyan cavabı xüsusi vurğu ilə dedi. Sergeyin qaşları dü¬yünləndi. Ürəyinə şübhələr dolmağa başladı. Yox, deyəsən, bu gün polislərlə olan əhvalatdan xəbərdardılar. Ona görə belə dav¬ranırlar. Yoxsa ki? Yox, başqa nə ola bilər axı?
Abovyan Hakopun ən çox etibar etdiyi yeganə adam idi. Qəddar, za¬lım, gözü doymayan və olduqca şəxsiyyətsiz biri idi. Atasının “sağ əli” olmasına baxmayaraq, Sergey həmişə ona nifrət edir¬di. Olduqca acıdil biri olan Abovyan uşaqlıqdan Sergeylə soyuq, kobud dav¬ranırdı.
Zoya mətbəxə keçdi və işarə ilə qızlarını arxasınca çağırdı. Ser¬geylə Nataşanın baxışları hələ indi toqquşdu. Nədənsə qız mə¬yus görünürdü elə bil. Ya bəlkə ona belə gəldi…
Daha heç nə demədi. Uzanıb, dincəlmək istədi. Otağa keçmək üçün ayağa qalxdı. Lakin Abovyanın ki-na¬yəli səsi onu dayanmağa məcbur etdi:
-Gəzintin necə keçdi, hm?
Sergey geri dönmədən qapıya sarı addımladı:
-Hesabat verməyi xoşlamıram!…
Abovyan dişini qıcadı:
-Hakopa da?
Əli qapının dəstəyində, dönüb sərt baxdı:
-O atamdır!
Abovyan istehza ilə güldü:
-Həə, deyirəm də… Atasıdır…
Sergey bu dəfə hirsini cilovlaya bilmədi. Sürətlə qayıdıb Abovyanın yaxasından tu¬tması ilə ayağa qaldırması bir anda oldu:
-Nə demək istəyirsən? Yaman söz atırsan sən. De, kişi kimi de nə istədiyini?
Abovyan onu qamarlayan güclü əllərdən canını çətinliklə qur¬tardı. O da döyüşçü olmuşdu. Ermənistanda xüsusi təyinatlı dəstədə xidmət et¬miş¬di. İndi də bir kəşfiyyatçı kimi fiziki cəhətdən də hər şeyə tamamilə hazır¬lıqlı idi.
Özünə güvənərək, bütün acığını çıxmağa fürsət tapdığı üçün se¬vindi. Sergeyi kənara itələyib, üstünə hücum çəkdi. Hətta onları ayır¬maq istəyən digər üç erməni, Zoya, qızları da Abovyanın qə¬zəb¬dən göyərmiş sifətini görüb bir anlıq dayandılar.
Abovyan otağın mərkəzindəki stolu kənara aşırdı, stulları da təpiklə itələyib özü¬nə meydan yaratdı. Onun kin dolu gözlərinə baxanda Ser¬gey bircə onu anladı ki, Abovyan bu qarşılaşmanı çoxdan gözlə¬yir-miş.
Sergey özünü ələ almağa çalışaraq barmağını yellədi:
-Atamı məyus eləmək istəmirəm. Biz tapşırıq dalınca gəl¬mişik. Yox, əgər dava istəyirsənsə qayıdanda istəsən səninlə duelə də çıxaram. Ağıllı ol!
Əgər bu sözü dedisə, demək son xəbərdarlıqdır. Sergey bu söz¬dən sonrakı səhvlərə əsla güzəştə getmirdi. Elə indi də ona yum¬ruq atan Abovyanın zərbəsindən yayınaraq sakit, amma çox zəhmli dedi:
-Abovyan, ağıllı ol!
Amma sözünü bitirməmiş, növbəti yumruq ağzının üstünə endirildi.
Zoya narahatlıqla yalvarmağa başladı:
-Abovyan, canım mənim, sakit ol, Hakop gəlib həll edər.
-Cəhənnəm ol, …!
Sergey onun əl çəkmək istəmədiyini görüb, döyüş vəziyyətinə keçdi. Abovyan ona təkrar hü¬cum çəkdi. Əlbəyaxa oldular. Abovyanın çoxillik təcrübəsinə, ona dayaq olan rus peşəkarlarının vaxtilə onu lazımınca ha¬zırlamasına baxmayaraq, yenə bu türk oğluyla bacar¬ma¬ya¬ca¬ğı¬nı hiss edirdi. Gəncin zərbələri çox qüvvətli idi.
Sergey cəld hərəkətlə ona yumruq atan Abovyanın sağ əlindən tutub, dirsəyi ilə sinəsindən möhkəm vurdu. Zərbəyə dözməyən Abovyan xı¬rıl¬dayıb gerilədi və divara dəydi.
Bu dəfə Zoya hiddətlə Sergeyin üstünə atılıb ona sillə vu¬ra¬raq söyməyə başladı. Amma Abovyanın gözləri daha da qız¬mış¬dı. Artıq həyata keçirməli olduqları əməliyyatın sonunu belə düşünmədən, həmişə üstündə gəzdirdiyi bıçağı açdı.
Bayaqdan bəri gərginlikdən nə edəcəyini bilməyən Nataşa bu dəfə özünü araya atdı:
-Abovyan, bəsdir! Dəli olmusan?
Abovyan hiddətlə çığırdı:
-Sən rədd ol kənara!
Nataşa inadla onu qarşısını kəsdi:
-Bəsdirin! Özünə gəl Abovyan!
Bərk hirslənmiş Sergey kəskin səslə əmr etdi:
-Nataşa, qarışma!
Abovyan inadla qarşısını kəsən Nataşanın qolundan tutub kənara itələdi.
Sergey onu saxlamaq üçün atılsa da gec oldu, Nataşa yerə aşmış masaya dəydi. Sergeyin yayınmağından istifadə edən Abovyan bıçaqla onun üstünə atıldı. Sergey zərbədən qaçıb, cəld hə¬rə¬kət¬lə Abovyanın bıçaq olan əlindən tutdu, dirsəyini onun qo¬lu¬na keçirib, elə fəndlə burdu ki, ağrıdan bağıran Abovyanın fər¬ya¬dına qulaq asıb buraxmasaydı, biləyini sındıracaqdı. Yerə dü¬şən bıçağa doğru əyilən Abovyanın yaxasından tutaraq, üzünə kəllə ilə möhkəm zərbə vurdu. Elə bu vaxt Hakop özünü içəri atdı. Er¬mənicə çox pis söyüş söyərək, Sergeyə bütün gücü ilə sillə vurdu. Sonra zərbədən burnundan qan açılan Abovyanın üstünə bağırdı:
-Nə fikirləşirsən, hə? Bilmirsən ki, bu əməliyyata görə Sər¬kis¬yana başımızla cavabdehik? Bilmirsən ki, səhv olsa kü¬lü¬müzü göyə sovurarlar? Axmağın biri! Gizli müşavirətdə son sözünü şəx¬sən özümüzə demişdi. Siz də burada səs-küy salıb, qonşuların diq¬qə¬tini çəkirsiniz. Görüm sizi …!
Zoya isə dil-boğaza qoymadan elə hey bütün günahın Ser¬gey¬də olduğunu deyirdi. Hakop yumruğunu düyünləyib Ser¬geyə tərəf gəldi. Amma sakitliklə gözlərinə baxan Sergeyə ça¬tan¬da fikrə getdi… Əlbəttə, Hakop ən vacib məqamda, terrora lap az qal¬mış ən kiçik ehtiyatsızlıqdan belə çəkinirdi. Son məqamda Ser¬geyi şübhələndirmək, qəzəbləndirmək istəmirdi. Baxışları Sergeyin mə¬na¬lı baxışları ilə toqquşanda özünü itirən kimi oldu:
-Rədd ol gözümün qabağından!
Hakop arxaya dönəndə Nataşanın alnındakı sıyrığı görüb, yumruğunu qapıya vurdu:
-Nolub burda, hə? Canınızdan bezmisiniz, nədir? Yoxsa ki, Sərkisyanı tanımırsınız? Bilmirsiniz ki, hamımızın tale¬yi bu əməliyyatdan asılıdır? Kiçik bir səhv olsa, bu işin üstü açılsa, sifarişçinin kimlər olduğu bilinsə heç birimiz sa¬la¬mat qayıtmayacağıq! – boğazı qıcıqlandığı üçün xırıltılı öskürdü. – Baxın, axırıncı dəfə deyirəm, bu bizim yeganə şans¬ımızdır. İki yol var: ya dinc olub, əməliyyatı qüsursuz qur-tarıb sağ qayıtmaq… ya da qayıtmamaq! Özünüz seçin…
Qarşısındakı Movsesi yolundan itələyib, mətbəxə keçdi:
-Zoya! Mən acam…
* * *
Yorulmuşdu. Yenə iki gün davamlı olaraq çıxıb şəhəri gəzmişdi.
Bu şəhərə, bu insanlara, bu dilə, bu ləhcəyə gizlincə pərəstişi yaranmışdı artıq, bunu hiss edirdi. Şəhərə ilk gəldiyi gündən nifrəti ərimişdi elə bil. Buradakı insanların kübarlığı, bir-birilərinə məhəbbəti, mər¬həməti, birliyi… Onu doğrudan da valeh etmişdi.
Vətəni Ermənistanda müna¬si¬bət, ünsiyyət belə deyildi. Hamı öz hayındadır orada. Bura isə tam fərqli. Və dərk edirdi ki, burada çox şey – sayılmayacaq qədər çox şey indiyədək gördüklərindən qat-qat yaxşıdır. Eləcə də insanları. Hakopun təsvir etdiyi vəhşi¬lik¬lə¬ri edəcək kimi yırtıcı deyillər…
Sergeyin hələ 16-17 yaşı olanda, əsirlikdən qayıtmış bir ermənini çox sor¬¬ğu-suala tutmuşdu. Sərhəddə dəyişdirilib vətəninə qayıdan erməni əsir isə danışmışdı ki, orada onu incitməyiblər. Amma te¬¬le¬vi¬zi¬ya kanallarına, qəzetlərə verdiyi məlumatlarda azərbaycanlıların adından olmazın əza¬b¬lar qu¬raşdırmışdı. Özünkülərə danışdıqlarından tam fərq¬li olaraq…
O, Sergeyə danışmışdı ki, “orada əsirlərə nə işgəncə verir, nə də ac, susuz saxlayırdılar”.
Həmin erməni vaxtilə Xocalıda yaşamış, amma sonradan başqa ermənilərlə birlikdə rus ordusuna qoşu-la¬raq, qonşuluqda yaşadığı insanları qırmağa qol atanlardan idi. Danışırdı ki, “Məni ayrı kamerada saxla¬yır¬dı¬lar. İndiyədək heç bir işgəncə ilə rastlaşmamışam. Am¬ma bir dəfə yeni gələn gənc zabit Xocalı qırğınında iştirak etdiyimi biləndə, silahını yerə atdı, məni təkbətək döyüşə ça¬ğırdı. Elə hirslənmişdi ki, qanuna qarşı çıxmışdı. Dedi ki, “Kim qalib gəlsə qeyri-şərtsiz o birinin başını kəsəcək. Görək üz-üzə, kişi kimi döyüşdə hünəriniz nədir?”
Onun gözlərinə baxanda qorxdum. Halsızlığımı bəhanə gəti¬rib yayındım. Kinli-kinli gülüb üzümə tüpürdü. “Sizin kimi qor¬xaq, arxadan vuran olsaydıq, əsirliyindən istifadə edərdik. Amma biz erməni deyilik!…” deyib getdi. Onda and iç¬dim ki, əsirlikdən qayıdan kimi o sözlərin əvəzini çıxacam, bü¬tün heyifimi çıxacam sizin əsirlərdən!…
Bu söhbəti eşidəndə Sergeyin 16-17 yaşı olsa da, heyran qal¬¬¬¬¬mışdı heç vaxt görmədiyi, tanımadığı o gənc zabitə. Ürəyinin gizlin bir guşəsində hör¬mə¬ti yaranmışdı. O vaxtdan həmişə bütün Azəri, türk oğul¬la¬rını heç vaxt görmədiyi həmin gənc zabitə bənzədirdi…
* * *
Bu gün Bakıda qaldığı, gəldiyi günlə birlikdə üç gün olacaqdı. Üç günə tanıdığı bu şəhər ona çox şey anlatmışdı. Yox, bu tamam başqa bir sehir idi. O lap uşaqlıqdan elə bil bu şirin ləh¬cənin, musiqili dilin, mehriban insanların içində olmuş¬du. Hər dəfə bu səsləri eşidəndə elə bil beyni qarışırdı, dərin¬dən, lap dərindən hansısa xatirələr canlanmaq istəyirdi, amma can¬lana bilmirdi. Çox dərində idi, çox…
Axı azərbaycanlı əsirlər Ermənistanda var idi, onların da da¬nı¬¬şığını eşitmişdi. Amma şirin, şən deyildi. Həsrətli, qüssəli, sı¬xı¬¬cı idi bu səslər. Gözlərinə isə heç baxmaq istə¬mir¬di onların…
Dünən parkda kimisə gözləyən gənc qadın. Skamyada əyləşib yola ötəri baxaraq, körpəsinə layla deyən ana! Ser¬gey hələ də anlaya bilmirdi ki, niyə o laylanı eşidəndə do¬nub qaldı, içində nəsə qırıldı elə bil… Qeyri-ixtiyari gözləri dol¬du. Nə idi bu? Bəlkə bu qadın ovsunçu idi, Sergeyi ovsunlamaq üçün bu sirli nəğməni oxuyurdu. Gözlərinin dolduğunu hiss edib, özünü itirdi. Bəlkə heç düşmən ölkəsi deyil, hansısa bir xə¬yallar, möcüzələr ölkəsinə, sehirli diyara düşmüşdü? Axı bu¬ra¬da hər şey, az qala hər şey onu sehirləyir, öz təsirinə salırdı. Elə bu layla kimi… Bəs bu hisslər nə idi? İllərdir içində donub qalmış nə isə əriyirdi həmin anda…
Heykəl kimi dayanıb gənc qadına və onun qucağında sakitcə mürgüləyən məsum körpəyə baxırdı, amma fikri yenə qarış¬mış¬dı. Yenə o dərindəki xatirələr, səslər canlanmaq istəyirdi. Am¬ma sahildəki ləpələr kimi, geriyə – öz dərinliyinə çəkilirdi…
Kiminsə diqqətlə ona baxdığını hiss edən qadın təəccüblü baxan qəşəng gözlərini Sergeyə dikəndə, o da üzünü döndərib sakitcə getməyə başlamışdı. Amma o sehirli musiqidən – layladan heç uzaqlaşmaq istəməmişdi. Hətta körpəyə həsəd apar¬mışdı da.
Sabahkı gün isə… Bu gözəl şəhərin sakinlərinə iki ən qaynar yerdə dəhşətli bir terror planı hazırlanmışdı. Bu birbaşa Er¬mənistandakı hakim dairələrin və prezidentin rəhbərliyi altında olan əməliyyat idi. Deməli, sabah utanacaq bu yaraşıqlı şəhərdən. Onun gözəl¬li¬yinə vurulub, gəzib, dincəlib, sonra da xəyanət edəcəkdi…
Xəyanət edəcəkdi… Axı bu tanış kəlmədir. Əlbəttə, tanışdır. Bura gələn gün¬dən telekanallarda, radiolarda, müxtəlif yerlərdə ermənilər haqqın¬da deyilirdi bu söz. Hələ axşam Xocalıdan qaçqın düşən bir qa¬dının danışdıqları qanını qaraltmışdı. Necə də ağrıyla, nif¬rət¬lə danışırdı: “Erməni qonşularımızla mehriban, gəliş-gedişli idik. Süf¬rəmizdə çörək kəsib, qapımızda yallanırdılar. Xeyir-şəri¬miz¬də bir-birimizə əl tuturduq. Amma bu kafirlər, Allahın lənə¬ti¬nə gəlmişlər üzünə güldüyü, qardaş dediklərinin qanını tö-küb, namusuna toxundular. Heç vaxt, heç vaxt bağışlamayacağıq onları. Unutqanlığımız başımıza bəla açdı. Ermənilər tarix boyu qorxaq olub, xain olub, oğru olub. Verdik ehtiyatımızı əldən. Amma qalmayacaq bu qan yerdə, Vallah qalmayacaq!”
Sergey çox şeyi dərk edirdi. Ən əsası isə, bu qırğının, düşmənçiliyin səbəbkarı ermənilərin olduğunu. Bütün bu ittihamlardan utanıb, danmaq is¬təsə də, ardıcıl görüntülənən faktlar qarşısında söz tapmırdı…
Qapının döyülməsi onu fikirdən ayırdı. Başının al¬tın¬dakı balıncı əli ilə qaydaya saldı:
-Gəl!
Nataşa ehmalca qapını açıb içəri keçdi, ardınca örtüb içəridən cəftəni bağladı.
Sergey sakitliklə onun hərəkətlərini izləyirdi. Hiss edirdi ki, Nataşa elə-belə gəlməyib. Sözlü adama oxşayırdı. Elə ona görə ləng hərəkətlə çarpayının yanındakı stulda əyləşdi:
-Necəsən?
Sergey başını tərpədib, mızıldandı:
-Yaxşı…
Nataşa yerində qurcuxdu. Sergeyin onun alnının sarıqlı yeri¬nə baxdığını görəndə, qeyri-iradi əlini saçına aparıb, saçını alnı¬na yaymağa çalışdı. Bu jestin Sergeyin nəzərindən qaç¬ma¬dı¬ğını görüb xəfifcə gülümsündü və özünü itirən kimi oldu. Bu hə¬rəkət nəsə onu fərqli göstərdi. Sergey bu yaşadək əhatə¬sin¬də olduğu erməni, rus qızlarından Nataşanı məhz bununla fərq¬lən¬dirirdi. Sergey buna bənzəyən hərəkətlə hələ şəhərə gəldiyi ilk gündə, avtobusda əyləşən qəşəng qıza diqqətlə baxarkən rast¬laşmışdı. Həmin qız da üzərindəki yad nəzərləri hiss edərək xəfifcə qı¬zarıb, özünü itirmişdi.
Əslində Nataşanın başqa erməni qızlarından fərq¬lən¬diyini çoxdan duymuşdu. Düzdür, davranışında, danışığında, açıq-saçıq hərəkətlərində onlar kimi idi. Amma xarici görünüşdə və bəzi azacıq sezilən xarakterlərdə azərbaycanlı olan ata¬sı¬na çəkmişdi.
Həm də hərdən bəzi kiçik, amma fərqli jestləri olurdu ki, Ser¬geyin xoşuna gəlirdi. Erməni qızı olsa da, atası azərbaycanlı, türk ol¬muş¬du. Hər nə də olsa, qanında türk qanının qarışığı var idi. Və bəzi hallarda özünü göstərirdi…
* * *
Sakitcə dayanıb Sergeyə baxırdı. Sonra ehtiyatlanırmış kimi qa¬pıya tərəf qulaq verdi, qalxıb Sergeyin çarpayısına ya¬xınlaşdı. Çarpayının ayaq tərəfində əyləşib, barmaqlarını oy¬nat¬dı:
-Sergey, səninlə olduqca vacib söhbətim var. Çox vacibdir.
Sergey onun üzündəki ifadənin ciddiliyini sezdi. Qalxıb yerinin içində oturdu, təmkinlə qızın təlaşlı gözlərinə baxdı:
-Nə söhbət?
Nataşa yalvarışqarışıq xahişlə dilləndi:
-Yox, burada yox. Burada danışa bilmərik. Mən sənə çox şey da¬nışmalıyam. Amma burada yox.
Sergey mühüm nəyinsə baş verdiyini hiss edirdi. Artıq özü də narahat olmağa başlamışdı:
-Bəs harda?
Nataşa ayağa qalxıb, əllərini yellədi:
-Mən bilmirəm. Parkda, kafedə, hər harda. Bircə bu¬nu kimsə bilməməlidir. Heç kim! Başa düşürsən?
Sergey ayağa qalxıb stulun başına keçirdiyi gödəkçəsini geyindi:
-Onda elə bu dəqiqə gedək.
Nataşa onun qolundan tutub özünə tərəf döndərdi:
Qulaq as, mən hər şeyi yoluna qoyub gəlincə sən sənədləri də götür hazır ol!
-Nə sənədlər? – təəccüblə qaşlarını çatdı.
-Dediklərimi elə, hər şey hazır olsun. Bütün sənədlərini, pulunu götür. İnan, peşman olmayacaqsan. Gecikmək olmaz!
Sergey çətinə düşmüşdü. Bu nə demək idi? Abovyanın tə¬lə¬si, yoxsa Hakopun sınağı? Hər nə, mütləq yoxlamalıyam.
Nataşanı yola saldı:
-Yaxşı get, mən hazır gözləyəcəm.
Nataşa özünü ələ alıb, tələsik otaqdan çıxdı.
Ermənilər yenə müzakirə üçün anbara doluş¬muş¬dular. Nataşa qapını açıb rütubət qoxusu verən anbara keç¬di. Keçib düz Hakopun yanında əyləşdi. Hakop əlini qızın kürəyində gəzdirdi:
-Hə, Nataşıçka, sabahkı şənliyə hazırsan?
Nataşa gülərək göz vurdu:
-Bəs necə?! Sabah yenə yüzlərlə türk qırılacaq. Sergeyin “ölüm düyməsini” elə ləzzətlə sıxacam ki… Qoy bu partlayış şənlik fişəngimizi əvəz eləsin.
Abovyan qızı süzüb mənalı tərzdə qımışdı:
-Zoya, əcəb qızın var amma. Türk qanına susamış gözəl…
Hakop əlindəki alışqanı şaqqıldadaraq qıza baxdı:
-Onunla işlər qaydasındadır?
Nataşa güldü:
-Hər şey əladır! Onu inandırmışam. Lazım olandan da artıq.
Hakop onu sıxdı:
-Afərin! Gedəndə səni də aparacam Ermənistana. Sərkisyan səni mükafatsız qoymaz.
Zoya nazlanmaq istədisə də, olduqca yöndəmsiz göründü:
-Bəs mən, əzizim?
-Narahat olma, Zoyacan, yaddan çıxmarsan!
Nataşa yerindən qalxdı:
-Hə, vaxtıdır. İndi yəqin Sergey məni gözləyir. Onu tama¬m¬ilə inandırmalıyıq özümüzə.
Hakop ciddiləşdi:
-Nataşa, şübhə yaradacaq heç nəyə yol verməyin!
-Arxayın ol! – qapını bərk örtüb evə sarı qaçdı.
Sergey ha¬zır idi:
-Gedək?!
Nataşa onun qoluna girdi:
-Gedək!
-Atama dedin?
Nataşa bir an duruxdu:
-Dedim…
Sergey şübhəli nəzərlə onu süzdü:
-Nə olub? Daha çıxmışıq qapıdan.
Nataşa geriyə boylanıb, yenidən döndü:
-Qoy bir az da gedək. Amma söz ver, məni axıra kimi din¬lə¬yəcəksən!
Sergey ona diqqətlə baxıb:
-Söz verirəm! -dedi.

Onlar Azərbaycanca danışırdılar. Havanın soyuq olmasına bax¬mayaraq, nə qar, nə də yağış vardı. Ətraf quru idi. Yalnız soyuq külək onların çılpaq üzlərini və əllərini qarsıdırdı.
Sergeylə Nataşa heç nəyə əhəmiyyət vermədən oturacaqda əy¬ləşdilər. Ətrafda adam yox idi. Sergey səbirsizliklə üzünü turşutdu:
– Hə Nataşa, qurtar görək. Nə olub?
Nataşa çox həyəcanlı idi. Yanında əyləşən çox sevdiyi, əslində isə düşməni olan bu adamın onun danışacaqlarını necə qar¬şılayacağını bilmirdi. Amma başqa variant yox idi. O, bu qərarı ve¬rincə gözünə yuxu getməmişdi. Hər şeyi qoymuşdu gözünün önünə. Hər şeyi. Reallıq bu idi ki, Sergey illərlə xəyalında canlandırdığı idealı idi. O, bu idealı həmişə gözləmişdi. İnanırdı ki, arzularındakı xəyali sevgilisi bir gün mütləq qarşısına çıxacaq. Onu bezdiyi bu həyatdan qurtaracaq. Çıxdı da qarşısına… Amma elə hə¬min gün də bildi ki, bu idealı, ömür boyu gözlədiyi “ağ atlı şahzadəsi” – düş¬mənidir…
Nataşa əsl sevgini çox gözləmişdi. Milliyyətindən asılı olma¬ya¬raq dünyada bütün qızların gözlədiyi kimi… 26 yaşı tamam ol¬muşdu bu il. O da ailə qurmaq, sevib-sevilmək, övlad sahibi olmaq istəyirdi. Am¬ma özü istəmədən bu gizli mübarizəyə qoşulmalı olmuşdu. Heç vaxt da istəməyəcəkdi.
Doğulandan Azərbaycanda, Bakıda yaşamışdı. Buranın mü¬hi¬tinə, həyatına, insanlarına alışmışdı. Azərbaycanlılardan heç bir pis¬lik görməmişdi, əksinə vaxtilə kimlərəsə özü pislik etmişdi…
Atası azər¬baycanlı idi. Atasını olduqca çox istəyirdi, atası da onu. Hə¬mi¬şə maraqlı oyuncaqlar, gəlinciklər alırdı istəkli Nataşasına. O işdən qayıdan kimi balaca qızcığaz qaçıb dizlərinin üstü¬nə çıxır, “şeytanlıq” edir, özünü istədirdi. Adını da Lalə qoyubmuş. Atası ölən¬dən sonra isə, Zoya adlarını rus adına dəyişmiş, Lalənin də adını Na¬taşa qoymuşdu.
Əvvəllər hər şey başqa cür idi. Atası onu bağrına basıb, nazını çəkirdi. Anasının qohumu adıyla peyda olan Abovyandan sonra isə ailə xoşbəxtlikləri kölgələnməyə başladı. Nataşanın beş yaşı olanda, Bakıya köç¬müş Abovyan tez-tez evlərinin sevimli qonağına çevrildi. Nataşa ata¬sının bu qonaqdan qətiyyən xoşlanmadığını da bilirdi. Həmişə onu görəndə qanı qaralır, qaş-qabağını tökürdü. Getdikcə evlə¬rin¬də tez-tez dava, söz-söhbət yaranmağa başladı. Ardınca da atası içkiyə qurşandı. Həyat¬ları daha dözülməz olmuşdu. Bir dəfə isə atası evə sərxoş halda gə¬ləndə Zoya ilə Abovyanın açıq-saçıq davranışlarını görüb əməl¬li dalaş¬mışdı. Onda Zoya Nataşanı otağa salıb, qapını vur¬muş¬du. Amma Abovyanla atasının dalaşdığı, zərbə səsləri, bo¬ğuq qış¬qır¬tı¬lar onun yaddaşından hələ də silinməmişdi. Bu hadisədən sonra atası bir həftə xəstə yatdı. Tez-tez qusurdu… O, beləcə vəfat etdi. Ar¬dın¬ca da məlum oldu ki, Zoya hamilə imiş. Lakin Nataşa Abovyan tərəfindən bacısına qarşı olan xüsusi diqqətin səbəbini çox il¬lər sonra anladı…
Lakin illər keçsə də, Nataşa ürəyinin dərinliyində atasının ölü¬münü nə Abovyana, nə də anasına bağışlamışdı. Abovyana isə Hakopa bəslədiyindən daha artıq nifrət edirdi. Hətta dəfələrlə ana¬sından onlarla əlaqəsini kəsməsini istəmişdi. Zoya isə qəti eti¬raz etmişdi.
Nataşa iki qonşu millət arasındakı bu düşmənçiliyin əsla tərəfdarı deyildi. Bu hadisələrin içində olduğundan, çox yaxşı bilirdi ki, yerində dinc durmayan ermənilərdir. Ona görə sona¬dək burada qalmaq istəyirdi. Ya da getməli olsa yalnız Rusiya¬ya. Başqa heç hara, xüsusilə də Ermənistana əsla getmək istəmirdi.
Sergeyin Hakopun oğlu deyil, türk olması, üstəlik sevdiyi bu oğ¬lanın ölümünün planlaşdırılması onu çıxılmaz vəziyyətə sal¬mış¬dı. Hər nə olsa da, anası erməni idi və erməni olsa belə onun anası idi. Bunu dəyişmək mümkün deyildi. Nataşa onun qızı idi, təbii ki, o da qızını çox istə¬yirdi. Bir balaca fərqlə, kiçik qızını daha çox… Amma Nataşa birdəfəlik uzaqlaşmaq is¬təyirdi bu işlərdən. Xoşbəxt deyildi. Xoşbəxt olmaq is¬tə¬¬yirdi amma. Bir də ki, xəyalındakı şəxslə də qarşılaşmışdı artıq. Lakin onun öldürüləcəyini eşidəndə çox sarsılmışdı. Xeyli düşünmüşdü bu iki-üç gün ərzində və qərarını vermişdi…
Özünkülərə yalan satmışdı, aldatmışdı. Demişdi ki, Sergeyin güvənini artırmaq üçün, sakitləşdirmək üçün bu gün onunla vaxt keçirmək istəyir. Erməni artistliyi ilə aldatmışdı. İndi bircə iş qalmışdı, hər şeyi Sergeyə danışmaq, onu birlikdə qaçıb getməyə inandır¬maq. Bir müddət haradasa daldalanarlar, sonra da çıxıb birlikdə xaricə ge¬dərlər. Qalan şeylər isə onu maraqlandırmır. Qoy buradakılar necə istəyirlər, elə də hərəkət etsinlər. Yetər ki, Sergeylə uzaqlarda xoşbəxt ailə həyatı qursun…

* * *
Üzünə dikilmiş sual dolu baxışlara cavab olaraq, Sergeyin buz kimi soyuq və codlaşmış kobud əllərindən tutdu:
– Sergey, qulaq as, sənə deyəcəklərimdən heyrətlənsən də mə¬¬nə axıra kimi qulaq as. Nə istəsən deyərsən, amma axırda, əvvəl mən danışacam!
Sergey tamam karıxdı:
– Yaxşı, başla!
Nataşa yerində ona tərəf bir az da yaxınlaşdı, Sergeyin əlini sıxıb, qaşlarını çatdı:
– Biz burdan qaçmalıyıq, mümkün qədər tez! Onlar səni öl¬dür¬məyi planlaşdırıblar. Sabah sən ölməlisən Sergey, qaçaq bur¬dan!
Sergey doğrudan da çox heyrətləndi, cəld ayağa qalxıb heyrətlə gözləri yaşarmış qızı süzdü:
– Nə danışdığını bilirsən? Məni niyə öldürsünlər ki?
Nataşa təşvişlə ətrafa baxıb, onu əyləşdirmək üçün gödək¬çə¬si¬nin ətəyindən dartdı:
– Qışqırma! Otur, otur Sergey. Söz vermişdin. Otur, bizi iz¬lə¬yə bilərlər.
Nataşanın vəziyyətidən hər şeyin ciddi olduğunu anlasa da, yenə eşitdiklərinə inanmaq istəmirdi. Hələ də bunun sınaq ol¬du¬ğunu düşünürdü. Bununla belə qızın yanında əyləşdi. Qarşısındakı qızı sınayırmış kimi – hər şeyi doğru danış! – deyib, dodaq¬la¬rı¬nı kipləşdirdi.
Nataşa soyuqdan göyərmiş və qabıqlanmış boyasız dodaq¬la¬rı¬nı isladıb, udqundu:
– Eşidəcəklərinə hazır ol! And olsun ki, hər şeyi doğru deyəcəm! Mənə inanmağın üçün nə edim axı? Təkcə onu deyə bilərəm ki, əgər Hakop bunları danışdığımı bilsə, məni əsla sağ buraxmaz. Ən dəhşətli əzabla öldürər. Başqa necə inandırım axı? Yenə inanmırsan? – yalvarış dolu baxışlarını onun üzünə dikdi.
Sergey sakit tonda əmr etdi:
– Danış hər şeyi!
– Sən türksən, Sergey, azərbaycanlısan! Özün də Sergey yox, İsmayılsan!
Yox, nə qədər təmkinli olsa da, bu Sergeyi doğrudan lərzəyə gətirdi. İnansa da, inanmasa da, artıq ona elə bir sirr açılmışdı ki, düzgün eşitmədiyini zənn etdi. Qulaqlarına inanmadığı üçün təkrar soruşdu:
– Nə dedin?
(Ardı var)

Şərh Yaz