Bioloji təbabət

Bioloji təbabət orqanizmə zərər vurmadan xəstəni müalicə edir
Bu gün təbabətin sürətlə inkişaf etməsinə baxmayaraq, insanların çoxu xroniki xəstəliklərdən əziyyət çəkir və hazırkı təbabət həmin xəstəlikləri müalicə etməkdə acizdir. Statistikaya görə əgər XX əsrin əvvəllərində xəstəliklərin 50 faizi uzunmüddətli idisə, indi bu rəqəm 90 faizə çatıb. Əgər əvəllər uzun müddət davam edən xəstəliklər, yəni xroniki xəstəliklər nəticəsində əhali ölümü 45 faiz təşkil edirdisə, hazırda bu rəqəm 80 faizə qalxıb. Belə bir vəziyyətdə ölkəmizdə 10 ildən artıqdır ki, tətbiq olunan bioloji təbabətlə müalicənin insanlara faydasını, onun kimyəvi preparatlarla müalicə üsulundan hansı üstünlüyünün olduğunu öyrənmək üçün Bioloji Təbabət Klinikasının (BTK) təsisçisi və baş direktoru Elxan Yaqubova müraciət etdik. Bioloji təbabət
Elxan müəllim, bioloji təbabətin kimyəvi dərmanlarla müalicədən fərqi nədir? Son zamanlar insanlar nəyə görə bioloji təbabətlə müalicə olunmağa üstünlük verirlər?
-Bir çox insan maddələr mübadiləsi, sinir sistemi, immun sistemi, eləcə də hamımızı çox narahat edən xərçəng xəstəliyindən əziyyət çəkir. Düzdür, indi dünyada istənilən xəstəliyə qarşı dərman preparatları mövcüddur. Lakin, əksəriyyəti kimyəvi tərkibli olan bu preparatlar xəstəliyin yalnız əlamətlərini yüngülləşdirir, onun törəmə səbəblərini aradan qaldıra bilmir. Kimyəvi dərmanlarla müalicə zamanı xəstəliyin əlamətləri müvəqqəti olaraq aradan qaldırılır və müalicə əvəzinə xəstəlik gizli hala keçirilir. Xəstəlik gizli surətdə inkişaf edərək elə bir həddə çatır ki, sonra onun qarşısını almaq mümkün olmur. Bununla yanaşı, kimyəvi dərmanların zərərli təsiri nəticəsində sağlam orqan və toxumalar da zədələnir.
İnsan orqanizmi əksər problemlərin aradan qaldırılmasında kifayət qədər imkana malikdir. Bunu edə bilməməsi hansısa səbəbin və maneənin olduğunu göstərir. Bu səbəb və maneələrə homotoksin adı verilmişdir. Burada homo–insan, toksin isə zəhər olub, başqa sözlə insan zəhəri deməkdir. Çünki, onlar yalnız insan orqanizminə qarşı zərərlidir. Bu homotoksinlərə kimyəvi və ya sintetik dərman preparatları, ətraf mühitin zərərli amilləri, o cümlədən stress, zərərli qida məhsulları, virus, bakteriya, zərərli vərdişlər və başqaları aiddir. Sübut olunub ki, homotoksinlər orqanizmə daxil olduqdan sonra orqanların fəaliyyətini pozur. Ona görə də bu maneələrin (homotoksinlərin) tezliklə aradan qaldırılması vacibdir. Bunun üçün orqanizmə özünübərpa və müdafiə gücünü qaytarmaq kifayətdir. Məhz bu, bioloji təbabətin əsas məqsədi və məramıdır. Bioloji təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa etməklə, xəstəliyin səbəbinin aradan qaldırılmasına yönəldilən müalicə metodudur. Bioloji təbabət digər müalicə metodlarından fərqli olaraq xəstəliyi deyil, xəstəni müalicə edir. Müalicədə yalnız təbii tərkibli dərman preparatlarından istifadə olunur. Müalicə zamanı digər orqan və toxumalar zədələnmir.
Azərbaycanda bioloji təbabət necə inkişaf etdirilir? Həkimlərə və xəstələrə məsləhətiniz nədir?
-İnsan orqanizminin zərərli maddələrlə mübarizəsi nəticəsində xəstəliklərin ağrı, hərarətin yüksəlməsi, qusma, ürəkdöyünmə, tərləmə, ağız suyu ifrazının, göz yaşı ifrazının, sidik ifrazının artması kimi müxtəlif əlamətləri meydana çıxır. Buradan belə nəticə çıxartmaq olar ki, xəstəlik–insan orqanizminin zəhərli maddələrə qarşı apardığı mübarizəsinin təzahürüdür. Bioloji təbabət orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir müalicə metodudur.
Bioloji təbabət-terapiyanın xüsusi istiqamətidir və insanın biosistemlərini optimallaşdırmağa, ona kömək etməyə yönəlmiş diaqnostika və müalicə metodudur. Orqanizmin təbii xüsusiyyətləri olan özünü tənzimləmə, regenerasiya, adaptasiya və özünü sağaltma ilə birlikdə harmonik təsir göstərir. Bioloji təbabət orqanizmin özünü tənzimləmə sistemlərinin və imkanlarının mobilizasiyanı təmin edir. Hər bir həkim müalicədə bioloji təbabət metodlarından istifadə etdikdə əmin ola bilər ki, tibbin əsas prinsipinə – “zərər vurma”dan riayət olunacaqdır. O da adi farmokoloji terapiya kimi öz spesifik təsir mexanizminə əsaslanır və onların elmi sübutuna malikdir. Eyni zamanda, bioloji təbabət və adi kimyəvi-farmokoloji təbabət arasında prinsipial fərq vardır. Əgər adi terapiyada ola bilsin ki, müxtəlif pasiyentlərə uyğun gələ bilən xəstəliyin ümumi modeli istifadə olunursa, bioloji təbabət konkret pasiyentin individual xüsusiyətlərinə əsaslanır.
-Bəzi ölkələrdə xroniki xəstəliklərin müalicəsində üstünlüyü məhz bioloji təbabətə verirlər. Bəs Azərbaycanda necədi?
-Son on illiklərdə bioloji təbabət dünyada geniş yayılıb və bu, statistik rəqəmlərdə də özünü göstərir. Rəyi soruşulanların 89 faizi hesab edir ki, bioloji təbabət adi təbabətə məqsədəuyğun əlavədir. Rəy bildirənlərin 61 faizi isə bunun adi təbabətdən daha yaxşı olduğunu hesab edir. Hazırda bioloji təbabət dünyanın 60-a yaxın ölkəsində tətbiq olunur. Bu müalicə metodu Almaniyada 1936, Rusiyada 1993, Ukraynada 1995, Gürcüstanda 1996, Azərbaycanda isə 2001-ci ildən tətbiq edilir. Əsası 2009-cu ildə qoyulan və çox qısa zamanda əhatə dairəsinə görə təkcə Azərbaycanda deyil, yaxın xarici ölkələrdə də tanınan BTK-sı ölkəmizdə yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparmaq sahəsində ixtisaslaşıb. Bioloji təbabətdə kimyəvi dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edilmir. Bioloji təbabətdə istifadə olunan preparatlar Almaniyanın əczaçılıq zavodlarında xüsusi texnologiyalar əsasında hazırlanır və nəinki kəskin, həm də xroniki xəstəliklərin müalicəsində istifadə olunur. Klinikada çalışan müxtəlif ixtisaslı həkimlər hər il Almaniyada keçirilən Beynəlxalq Homotoksikologiya kurslarında iştirak edirlər. Eyni zamanda Almaniyadan mütəxəssislər də Azərbaycana gələrək yerli həkimlər qarşısında elmi sessiyalar və treninqlər təşkil edir, mühazirələr oxuyur, xəstələrin qəbulunu həyata keçirirək müalicəsini aparırlar.
Bioloji təbabət
-Deyirlər ki, bioloji təbabət insan orqanizminə zərər vurmadan xəstəliyi yox, xəstəni müalicə edir. Bunu necə izah edə bilərsiniz?
-Bioloji təbabət təbii preparatların çox kiçik dozalarından istifadə etməklə və orqanizmin özünübərpa gücünü artırmaqla xəstəliklərin səbəbi olan homotoksinləri orqanizmdən kənarlaşdırır, onların orqanizmdə törətdikləri dəyişiklikləri aradan qaldırır. Bioloji təbabətdə tərkibində bitki və heyvan mənşəli komponentlər, göbələklər, təbii minerallar, katalizatorlar, canlı və zəiflədilmiş mikroorqanizmlər, insan orqanizmində gedən kimyəvi reaksiyaların aralıq məhsulları olan dərman preparatlarından istifadə olunur. Bioloji təbabətə homotoksikologiya (HeeL), izopatiya (Sanum terapiya), mikrobioloji terapiya (Symbiopharm), orqanterapiya (Regenerezen) bölmələri daxildir. Bioloji təbabətdə təbii preparatlarla yanaşı homeosiniatriya, manual terapiya, akupunktura, autohemoterapiya, mezoterapiya, hidrokolonterapiya, ozonoterapiya, lazeroterapiya, SPA-terapiya, fizioterapiya kimi müxtəlif bioloji müalicə üsullarından da istifadə olunur. Həmin bu müalicə üsulları 2009-cu ildən başlayaraq Bakıda fəaliyyət göstərən BTK-da tətbiq edilir. Klinikanın ən müasir tibbi avadanlıqlarla təchiz olunan laboratoriyası müayinələrin düzgün və dolğun aparılmasına zəmanət verir.
-Necə oldu ki, klinikanın bölgələrdə də filiallarını açmağa başladınız? Göyçaydakı klinikanın bölgə insanlarına faydasını necə qiymətləndirirsiniz? Orada hansı müasir tibbi avadanlıqlar quraşdırılıb?
-Bu il iyunun 14-də Göyçay şəhərində fəaliyyətə başlayan BTK-da yerli sakinlərə və ərtaf rayonlardan olan vətəndaşlara bioloji üsullarla müalicə olunmaq üçün əlverişli şərait yaradılıb. Müasir tibbi avadanlıqlarla təchiz olunmuş klinika Göyçay, Ağdaş, Qəbələ, İsmayıllı, Oğuz, Kürdəmir, Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağsu və Şamaxıdan gələn xəstələrin yüksək səviyyədə müayinəsini və müalicəsini təmin edir. Klinikanın laborotoriyasında quraşdırılan ABŞ-ın AXSYM-ABOTT aparatı cəmi 15-45 dəqiqə ərzində müxtəlif xəstəliklərlə bağlı aparılan analizlərin nəticələrini və hepatitlərin dəqiq differensiasiyasını təqdim edir. ABŞ-dan gətirilən CELL-DYN 3700-24, yəni 24 parametrli hematoloji analizator aparatı optik və impedans metodları ilə ağ qan hüceyrələrini hesablayır. Amerika istehsalı olan Architect C 8000 biokimyəvi analizator təcili müayinələr və yüksək səviyyədə dəqiq nəticələr verməklə bir saat ərzində 1200 test hazırlayır. Klinikanın rentgen və funksional diaqnostika şöbələrində quraşdırılan İtaliyanın Stephani X Sedecal, ABŞ-ın USM-Skaner Logik S6, General Elektrik-4D aparatları müayinə müddətini 60 faizə qədər qısaldır, təkrar müayinə ehtimalını 50 faizə qədər azaldır, 4D funksiyasına malik olduğundan nəinki 3 ölçülü təsvir əldə edilir, həmçinin, təsvir istənilən bucaq altında fırladıla bilir. Nəticədə, digər diaqnostik aparatlarla müəyyən edilməyən patoloji prosesləri LOGİQ S6 vasitəsilə aşkarlamaq mümkün olur. DUPLEX aparatı ilə damar mənfəzi və onların daralma dərəcəsi, damarı əhatə edən toxumalarda patoloji dəyişikliklər aşkar olunur. İnversiya rejimi ilə adi ultrasəs müayinələrindən çoxsaylı bitişik kistaları qeyri-requlyar maye yığılmalarını aşkarlamaq mümkündür.
Almaniyanın EİCH COLON HYDRO aparatıları vasitəsilə bağırsağın təmizlənməsi və massajı, oksigenlə müalicəsi və dərman preparatlarının infuziyası həyata keçirilir.
İkienerjili rentgenoloji densitometr aparatı olan ABŞ-ın Lunar Prodigy Primo vasitəsilə osteoporoz, sümüyün mineral sıxlığının təyini, piy və digər toxumaların kütləsinin təyini, kalsiumun miqdarının təyini, sümük sınıqları və meydana çıxma riski, onurğa deformasiyaları və onurga sınıqlarının diaqnostikası həyata keçirilir. Bu aparatla onurğa, bazu, bud və bədənin digər bu kimi hissələrinin hər birinin müayinəsi 1,5 saniyəyə həyata keçirilir. Yaponiyadan gətirilən Videoendoskop Olympus CV-150 aparatı selikli qişanın ən zərif strukturlarının müayinəsində mükəmməl təsvir, daha dəqiq və detallaşdırılmış təsvirin alınması üçün struktur güclənmə, iri planda müşahidə üçün elektron böyütmə, DV-interfeys vasitəsi ilə rəqəmsal təsvirin ötürülməsi, müxtəlif kompleks diaqnostik və terapevtik prosedurların keçirilməsi üçün endoskopların geniş diapazonlarının uyğunluğu xüsusiyyətlərinə malikdir. Klinikanın fizioterapiya şöbəsindəki Almaniyanın OZONOSON Alfa aparatı ilə qanın reoloji xassələrini, oksigenlə təchizatını və mikrosirkulyasiyanı yaxşılaşdırmaq imkanına malikdir. POLİMAQ 01 aparatı ürək-damar, sinir, bronx-ağciyər, xroniki xəstəliklərin maqnitoterapiyasında istifadə olunur. TONZİLLOR-MM ultrasəs aparatından qulaq-burun boğaz xəstəliklərinin konservativ və cərrahi müalicəsi zamanı istifadə edilir.
-Son vaxtlar klinikada insanların ən çox gözlədiyi hansı yeniliklər tətbiq olunub?
-Bu yaxınlarda BTK-sında AFGEN Genetik Laboratoriyası quraşdırılmışdır. Klinika Türkiyənin EGE Universitetinin professoru Afiq Bərdəli ilə əməkdaşlıq edir. Dünya genetik elmində tanınmış alim olan professor Afiq Bərdəli bir çox xəstəliyin genini kəşf edib və “Bərdəli geni” olaraq patentləyib. O, özü ilə Azərbaycana gətirdiyi peşəkar heyətlə BTK-da genetik diaqnozun, müalicənin yeni və ən son üsullarını tətbiq edir.
Professor Afiq Bərdəlinin Azərbaycana gətirdiyi möcüzəvi texnologiya sayılan və insanın genetik şifrəsini oxuyan DNT sekans cihazı vasitəsilə bütün xromosom xəstəlikləri, sonsuzluq, talassemiya, qızdırma, irsi qan xəstəlikləri, ürək qan-damar,
revmatologiya, onkologiya, nefrologiya, nevrologiya, ginekologiya, metabolik, endokrin uşaq xəstəliklərinin genetik diaqnostikası həyata keçirilir. Bu cihazın vasitəsilə 6000-dən çox xəstəliyin doğumdan öncə, doğumdan sonra və nigahdan əvvəl diaqnozu qoyulur. Həmçinin, professor Afiq Bərdəli BTK-da hər ayın bir həftəsi ərzində bütün xəstələrə genetik konsultasiya verir.
Artıq BTK-da hormonal asılılıq, psoriaz, artroz, bronxial astma, miqren, qırmızı qurdeşənəyi, trofik yara, qeyri-spesifik xoralı kolit, uşaqlıq mioması və digər xroniki xəstəliklər də uğurla müalicə olunur.
Bioloji təbabət-Klinikanın həkimləri necə təkmilləşdirilir, onlar müasir bioloji təbabətlə müalicə sahəsindəki yenilikləri, müasir aparatlarla müayinələr aparmağı necə öyrənirlər?
-Bu ilin iyununda Göyçayda fəaliyyətə başlayan BTK-sı ətrafdakı 12 rayonun sakinlərinə xidmət göstərir. Klinikada Bakı və Almaniyada təcrübə keçmiş 32 tibb işçisi çalışır. Klinikada Almaniyada təşkil olunmuş Beynəlxalq Homotoksikologiya Kurslarını bitirən yüksək kvalifikasiyalı həkimlər fəaliyyət göstərir. Terapevt, nevropatoloq, kardioloq, endokrinoloq, allerqoloq, LOR həkim, pediatr, ginekoloq, dermatoloq, oftalmoloq, cərrah, stomatoloq, kosmetoloq xəstələrin müalicəsi zamanı təbii üsullardan və Almaniyada istehsal olunan tərkibində bitki və heyvan mənşəli komponentlər olan dərman preparatlarından istifadə edirlər. Klinikanın həkimləri alman mütəxəssisləri ilə sıx iş birliyi şəraitində çalışırlar. 2009-cu ildən Bakıda fəaliyyətə başlayan və müasir alman texnologiyaları, bioloji-təbii üsullar və dərman preparatları ilə müxtəlif ağır xəstəliklərin müalicəsini həyata keçirən BTK-sı bu ildən regionlarda da filiallarını açmağa başlayıb. Yaxın vaxtlarda Gəncə, Lənkəran və Qubada da bu klinikanın bölgə filialları açılacaqdır. Göyçayda fəaliyyət göstərən BTK-na ötən 5 ayda 1500-dən çox xəstə müraciət edərək şəfa tapıb. Klinika tez-tez aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə aksiyası keçirir. Bu günədək 100-dən çox uşaq üçün pulsuz müayinələr təşkil edilib. Digər xeyriyyə aksiyası zamanı aztəminatlı ailələrdən 32 uşağı sünnət edilmişdir. Tibbi əməliyyatlar Bakı və Göyçayda çalışan həkim-cərrahlar tərəfindən aparılıb. Yaxın günlərdə klinikada yenə də uşaqların sünnət aksiyasının keçirilməsi nəzərdə tutulur. Bölgənin ilk özəl tibb müəssisəsi olan Göyçay BTK-sı qısa vaxt ərzində insanların inandığı və etibar etdiyi səhiyyə ocağına çevrilib.
-Oxuculara təqdim etmək üçün dəqiq ünvanlarınızı bilmək istərdik.
-Böyük məmnuniyyətlə:
Paytaxtda – Bakı şəhəri, Cavadxan küçəsi, 24 (M.Əcəmi metro stansiyasının yaxınlığında). Tel/Fax: (012) (070) (055) (050) 430-89-89; Göyçay filialında – Göyçay şəhəri, M.Muradov küçəsi, 12, Tel: (020 274) 70-80 və ya 70- 90: Fax: (020 274) 4-70-80. Mob: (055) (070) 259-70-90 www.biolojitababat.az
-Elxan müəllim, müsahibəyə görə təşəkkür edir, işinizdə uğurlar arzulayırıq.
Şahnəzər Bəşirov
Şəkilaltı yazı:
Elxan Yaqubov, Bioloji Təbabət Klinikasının təsisçisi və baş direktoru

Şərh Yaz