İsmayıllı Regional Debat Mərkəzi

İsmayıllı Regional Debat MərkəziNoyabr ayının 10-da Gəncər Mərkəzində İsmayıllı Regional Debat Mərkəzinin açılışı olmuşdur. Tədbirdə Şamaxı, Qobustan, Ağsu rayonlarının və rayonumuzun fəal gəncləri iştirak etmişlər. GII-nin əməkdaşı Ş.Əhmədov iştirakçıları salamlamış, onları İsmayıllı Regional Debat Mərkəzinin açılması münasibətilə təbrik etmişdir. O, fəaliyyətə başlayacaq Mərkəzin gənclərimizin natiqlik qabiliyyətinin inkişafında, intellektual səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağını bildirmişdir.
Çıxış üçün söz alan Debat Proqramının koordinatoru Tural Abdullazadə, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Ş.Hüseynov iştirakçılara uğurlar arzulamış, debatın natiqlik qabiliyyəti ilə yanaşı məntiqi təfəkkürün inkişafına da təsir göstərəcəyini bildirmişlər. Mərkəzin açılışından sonra iştirakçılarla debat təlimi keçirilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz