Sumqayıtlılar birinci oldular

Sumqayıtlılar birinci oldularBir neçə gün əvvəl İsmayıllı Olimpiya-İdman Kompleksinin zalında idman məktəblərinin V respublika oyunlarının proqramına daxil edilən voleybol üzrə oğlanlar arasında final yarışı keçirilmişdir.
Yarışda Bakı-1, Bakı-2, Sumqayıt şəhər, Şəki, Cəlilabad, Masallı, Oğuz və Balakən rayon komandaları iştirak etmişlər.
Maraqlı mübarizə şəraitində keçən yarışda Sumqayıt komandası birinci olmuşdur. Şəki voleybolçuları ikinci, Masallı komandası üçüncü yeri tutmuşdur.Sumqayıtlılar birinci oldular
10 nəfərdən artıq hakim və məşqçinin rəhbərliyi altında keçən yarımfinal və final yarışmasında 96 nəfər gənc bacarığını sınamış, 300-dən artıq izləyici iştirak etmişdir.
Namiq Kərimov,
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktor müavini

Şərh Yaz