Xatırlayaq, unutmayaq

1958-ci ildə birinci sinfə gedəndə ilk müəllimim İsmayıl Əliyev olub. Riyaziyyatı Saleh Həsənov, fizikanı əvvəlcə Aliyə Bağırova, sonra Rəfi Əliyev, kimyanı Bəhmən Məcidov, rus dilini Məhəmməd Heydərov, tarixi Mirzəbaba Qurbanov, Səmid Əliyev, coğrafiyanı Zərifə Məmmədova, idmanı Mikayıl Adıgözəlov və Hənifə Lazımov, fransız dilini Mazan Nuriyev və Əsnayə Rəfiyeva, Azərbaycan dili və ədəbiyyatı Yusif Yusifov, Mehralı Nəcəfov, Abdulhəkim və Firuzə Rüstəmovlar, biologiyanı Raqub Müseyibov, əmək təlimini Şamil Osmanov, astronomiyanı Cavad Səfərov tədris ediblər.Bu illər ərzində mənə dərs deməsələr də Əminə Əliyeva, Şəkər Əliyeva, Əsli Yusifova, Xədicə Abidova, Surə Həsənova, Əlyar Aslanov, İsrail Həsənov, Hacalı Ramazanov, Xamis Ağayev, Qulu Hüseynov kimi hazırlıqlı, öz peşəsini ürəkdən sevən, müəllim adını uca tutan, müəllim olmaları ilə fəxr edən bu böyük insanlara bütün ömrüm boyu borcluyam. Çoxu dünyasını dəyişib. Onların ruhu qarşısında baş əyirəm! Onlara ulu
Tanrıdan rəhmət diləyirəm. Sağ qalanların əllərindən öpürəm! Allah onların ömrünü uzun eləsin.
Bu yazıda o müəllimlərdən biri haqqında danışmaq istəyirəm. Xatırlayaq, unutmayaq1958-ci ildə birinci sinfə gedəndə ilk müəllimim İsmayıl Əliyev olub. Riyaziyyatı Saleh Həsənov, fizikanı əvvəlcə Aliyə Bağırova, sonra Rəfi Əliyev, kimyanı Bəhmən Məcidov, rus dilini Məhəmməd Heydərov, tarixi Mirzəbaba Qurbanov, Səmid Əliyev, coğrafiyanı Zərifə Məmmədova, idmanı Mikayıl Adıgözəlov və Hənifə Lazımov, fransız dilini Mazan Nuriyev və Əsnayə Rəfiyeva, Azərbaycan dili və ədəbiyyatı Yusif Yusifov, Mehralı Nəcəfov, Abdulhəkim və Firuzə Rüstəmovlar, biologiyanı Raqub Müseyibov, əmək təlimini Şamil Osmanov, astronomiyanı Cavad Səfərov tədris ediblər.Bu illər ərzində mənə dərs deməsələr də Əminə Əliyeva, Şəkər Əliyeva, Əsli Yusifova, Xədicə Abidova, Surə Həsənova, Əlyar Aslanov, İsrail Həsənov, Hacalı Ramazanov, Xamis Ağayev, Qulu Hüseynov kimi hazırlıqlı, öz peşəsini ürəkdən sevən, müəllim adını uca tutan, müəllim olmaları ilə fəxr edən bu böyük insanlara bütün ömrüm boyu borcluyam. Çoxu dünyasını dəyişib. Onların ruhu qarşısında baş əyirəm! Onlara ulu
Tanrıdan rəhmət diləyirəm. Sağ qalanların əllərindən öpürəm! Allah onların ömrünü uzun eləsin.
Bu yazıda o müəllimlərdən biri haqqında danışmaq istəyirəm.
Xatırlayaq, unutmayaq
Yayın sonlarıydı. İsti günlər yerini sərinliyə vermək istəməsə də, qarşıdan gələn payız özünü göstərirdi. Yayın beli qırılmışdı. Yaşlıların dediyi kimi, quyruq donan günlər başlamış, avqustun qora bişirməyi özünə qalmışdı. Xəyalımda avqustu qova-qova M.F.Axundov küçəsinə çıxanda çoxdan bəri məni rahat buraxmayan bir istək içimdə yenidən canlandı.
Mənə dərs demiş müəllimlər haqqında yazmaq… Gedəcəyim ünvan bu küçədə olsa da, hələ ertə olduğundan fikrimi dəyişdim. Saat on bir radələrində əl qapısının üzərinə bərkidilmiş zəngi basdım. İçəridən xəbər olmadığını görüb bunu bir neçə dəfə təkrar etdim. Həyətdən səs gəlirdi, deyəsən, zəng işləmirdi. Odur ki, qapını itələdim, açıldı. Qapıdan evə qədər səliqə ilə salınmış təmiz daş
səki uzanırdı. Səs evin qabağından gəlirdi. Səkinin sağ və solunda əkilmiş qızılgüllərin arasından diqqətlə baxanda Gülarə xalanı gördüm. Özgə vaxt çəliklə zorla gəzən arvadın əlində süpürgə həyəti süpürürdü. Əlindəki çəliklə qalan zibilləri göstərə-göstərə kişi də: – anasını süpürürsən, balası qalır. Təmiz süpür də!-deyə Gülarə xalanı cirnadırdı.
Yavaş-yavaş yaxınlaşıb salamlaşdım, keflərini soruşdum. Gülarə xala yenə adəti üzrə sızıldayıb şikayətləndi:
-Qocalmışam, xəstəyəm, güclə tərpənirəm. Ancaq neynəyim, bu gün uşaqlar-oğlanlarım, nəvələrim gələsidirlər. Deyirəm, həyət-baca təmiz olsun, – deyib bir az aralıda kötüyün üstünə qoyduğu samovara kömür atdı.
Evin kişisi məni gözucu süzüb soruşdu:
– Əvvəla, xoş gəlmisən, həmişə gəldiyin evdir. Amma bu tezdən gəlməkdə nə isə işin var, sözlü adama oxşayırsan.
– Düz deyirsiniz! Sizin haqqınızda bir yazı hazırlamaq istəyirəm, – dedim. Bir az söhbət edək… Gülüb: -mənim haqqımda məndən çox bilirsən, nə istəyirsən yaz da, -dedi.
Hə, beləcə söhbətə cığır açıb yola düşdük…
1963-cü ilin sentyabr ayı idi. Beşinci sinifdə oxuyurdum. Dərslərimiz çoxalmışdı. Hər fənni bir müəllim deyirdi. Üzümüz dörd il bir müəllimə öyrəşdiyindən təzə müəllimlərə öyrəşmək çətin idi. Mən belə düşünürdüm, bəlkə elə deyildi?
Azərbaycan dili və ədəbiyyatı, hesabı, coğrafiyanı, rus dilini, bədən tərbiyəsini, əmək və nəğməni deyən müəllimləri tanıyırdıq. Ancaq bir gün sinfə ortaboylu, xoş simalı gənc bir müəllim girdi. Jurnalı mizin üstünə qoyub diqqətlə uşaqlara baxdı və bizə fransız dilindən dərs deyəcəyini
bildirdi. Sonra əlavə etdi:
– Mən sizə fransızca salam verəcəm, yəni
– Bonjur, le anfan! Siz də,-
– Bonjur, le metr –deyə cavab verin.
Bir-iki dəfə təkrar etdik. Fransızca salam verməyi öyrəndik. Bu mənim gələcəkdə tez-tez görüşüb hal-əhval tutub, hər an xatırlayacağım müəllimlərdən biri Mazan Nuriyev idi.
Mazan Şıxı oğlu Nuriyev 1929-cu ildə Qalınçaq kəndində anadan olmuşdur. Uşaqlıq illərini doğma kəndində keçirən Mazan Qalınçaq kəndində yeddinci sinfi bitirib 1946-cı ildə Göyçay Pedaqoji Texnikumuna daxil olub. 1950-ci ildə texnikumu bitirib təyinatla Topçu kənd səkkizillik məktəbinə sinif müəllimi təyin olunur. Bax, beləcə Mazan müəllimin müəllim ömrü başlayır.
-Sevincimin həddi-hüdudu yox idi. Evimizdə hamı sevinirdi. Anam Kafiyə, bacım Fənarə və bir də mənə atalıq eləmiş əmim Bıdılın üzündən sevinc yağırdı. Ani olaraq yadıma uşaqlıq çağlarım düşdü. Kolxozda mala vurar, kəl otarardım. Məktəbə öküzlə sürütmə odun gətirdiyim vaxtları, məktəbə getdiyim birinci günü, məktəb yoldaşlarımı və bir də ilk müəllimimi xatırladım. Çətin günlər idi o günlər!
Mazan müəllim kövrəlmişdi. Əlindəki ağacı yerə sürtə-sürtə: – bu günümüzə çox şükür! –dedi. İki il Topçu məktəbində işlədikdən sonra doğma məktəbimizə sinif müəllimi təyin edildim. Ancaq hiss edirdim ki, bu təhsillə uzağa gedə bilmərəm.
Ali təhsil almaq həvəsi 1953-cü ildə onu Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna gətirdi. Qəbul imtahanlarını uğurla verib fransız dili fakültəsinə qəbul oldu. Elə ilk gündən ona dərs deyən müəllimlərin və tələbə dostlarının rəğbətini qazanan bu İsmayıllı balasının sorağı tələbə elmi cəmiyyətindən, müxtəlif kafedraların şuralarındakı çıxışlarından gəlməyə başladı. Başı kitablara, oxumağa qarışan gənc Mazan qaynar tələbə həyatının nə vaxt başa çatdığını hiss etmədi.
Diplomu ona təqdim edəndə hiss etdi ki, artıq ali təhsilli müəllimdir. Təyinatını doğma rayona vermişdilər. Özünün dediyi kimi, 1957-ci ildən 2004-cü ilin sentyabr ayına qədər İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə fransız dili müəllimi işləyib.
Bu illər ərzində Mazan müəllim yüzlərlə şagirdə dərs deyib. Pyer və Mariya Kürilərin, Viktor Hüqonun, Aleksandr Dümanın və dünya mədəniyyətinə onlarla dahi bəxş eləmiş fransız xalqının dilini bizə həvəslə öyrədirdi. Mazan müəllim həmişə novator müəllim olub. Məktəblə, pedaqogika ilə bağlı ədəbiyyatı daim oxuyub öyrənər və yenilikləri dərslərində tətbiq edərdi. Məktəbdə nümunəvi xarici dil kabineti yaratmışdı, 1996-cı il aprelində fənn kabinetlərinin Respublika baxışında ikinci yeri tutmuşdu.
Mazan müəllim baş müəllim kimi həm də Rayon Təhsil Şöbəsinin ştatdankənar metodisti olmuş və yerlərdə xarici dil fənlərinin tədrisinə yaxından köməklik göstərmişdir. Ali kateqoriyalı müəllim olmuşdur. Mazan müəllim məktəbin və rayonun ictimai həyatında fəal iştirak etmişdir. Uzun illər məktəb həmkarlar təşkilatının və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin təftiş komissiyasının sədri olmuşdur. Yaxşı işi dəfələrlə məktəb, rayon Təhsil şöbəsi, Təhsil Nazirliyi və Respublika Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılmışdır. İyirmi beş il məktəbin pedaqoji şurasının katibi olub.
Mazan müəllim həm də qayğıkeş və mehriban atadır. Beş oğlu – Vahid, Vidadi, Akif, Fizuli və Arif ali təhsillidirlər. Böyük oğlu Vahid Omskda Ali Milis məktəbini bitirib. Təqaüddədir. Hazırda Kanadada, Fizuli isə Almaniyada yaşayır. Qalan övladları Bakıda yaşayırlar. On beş nəvəsi var. Ömür gün yoldaşı Gülarə xala ilə altmış iki ildir ki, birgə yaşayırlar.
Gülarə xala bütün cavanlara onlar kimi yaşamağı, ömür sürməyi, oğul-qız, nəvə-nəticə yiyəsi olmağı, yəni, qoşa, sağlam və gümrah qocalmağı arzu edir.
2004-cü ilin sentyabr ayında şəhər 1 saylı tam orta məktəbin kollektivi öz sevimli iş yoldaşlarını – çoxumuzun müəllimi olmuş Mazan müəllimi təntənə ilə təqaüdə yola saldı. Xatırlayaq, unutmayaqMəktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov, uzun illər onunla çiyin-çiyinə işləmiş müəllimlər və bu sətirlərin müəllifi öz xoş arzularını bildirdilər, ulu Tanrıdan Mazan müəllimə uzun ömür dilədilər.
Mən özüm institutda oxuyarkən Mazan müəllimin tələbə yoldaşları ilə rastlaşmışam. Göyçaylı Həmid müəllim, Nefçaladan Yavər müəllim, şairə Kəmalə Ağayeva və başqaları Mazan müəllim haqqında ürək dolusu danışardılar.
Hələ 1968-ci ildə Hüquq fakültəsinə fransız dilindən imtahan verərkən cavabımdan razı qalan müəllimə hansı rayondan olduğumu soruşdu. İsmayıllıdanam, deyəndə gülümsündü. Müəllimimin kim olduğunu biləndə daha çox sevindi və Mazan müəllimin şagirdi belə olmalıdır dedi.Sonra adını deyib Mazan müəllimə salamlarını çatdırmağı xahiş etdi.
Bax beləcə! Mazan müəllimi dostları da, şagirdləri də həmişə xatirlayırlar!
Xatırlayaq, yada salaq ki, unudulmayaq!
Xalıq Xalıqov

Şərh Yaz