Gecikmiş qisas

Firuzə Çiçək
Gecikmiş qisas
Sergey anbarın qapısını yaxşıca bağlayıb, onların ardınca öz ye¬rini aldı. Hakop üzünü oturanlara tutdu:
-Hərə öz tapşırığını bilir. – o təmiz ermənicə danışırdı. – Fev¬ralın 26-sı Xocalı faciəsinə ucaltdıqları abidənin qarşısında anım mərasimi keçiriləcək. Gələnlər həmişəki kimi çox olacaq. Belə qarışıqlıqdan istifadə etmək daha təhlükə¬sizdir. Movses, Zoya, sizə abidəyə gedən metro qatarları tap¬şırılıb. Bir daha diqqətli olun, onlar qazdan ayıqdırlar, – kinli baxışlarını əyləşənlərin üzərində gəzdirdi – çox ayıqdırlar! İran və¬ziy¬yəti öyrənməyə çox kömək edib bizə. Bu farslarda elə din pərdə¬si var ki, təxribata da, kəşfiyyata da din adı altında gedirlər. – ra¬zılıqla güldü – Qoy müsəlmanlar qırsınlar biri-birilərini. Yer¬də qalanlar da bizim payımız…Firuzə Çiçək
Gecikmiş qisas
Sergey anbarın qapısını yaxşıca bağlayıb, onların ardınca öz ye¬rini aldı. Hakop üzünü oturanlara tutdu:
– Hərə öz tapşırığını bilir. – o təmiz ermənicə danışırdı. – Fev¬ralın 26-sı Xocalı faciəsinə ucaltdıqları abidənin qarşısında anım mərasimi keçiriləcək. Gələnlər həmişəki kimi çox olacaq. Belə qarışıqlıqdan istifadə etmək daha təhlükə¬sizdir. Movses, Zoya, sizə abidəyə gedən metro qatarları tap¬şırılıb. Bir daha diqqətli olun, onlar qazdan ayıqdırlar, – kinli baxışlarını əyləşənlərin üzərində gəzdirdi – çox ayıqdırlar! İran və¬ziy¬yəti öyrənməyə çox kömək edib bizə. Bu farslarda elə din pərdə¬si var ki, təxribata da, kəşfiyyata da din adı altında gedirlər. – ra¬zılıqla güldü – Qoy müsəlmanlar qırsınlar biri-birilərini. Yer¬də qalanlar da bizim payımız…
Siqaret alışdırıb qalın dodaqlarına yaxınlaşdırdı. Dodaq¬ları arasından görünən saralmış və seyrək dişləri, qalın bığla¬rın¬dan sarmaşıb çıxan bulanıq tüstü ona iyrənc görünüş verirdi.
Siqareti sümürüb, külünü dırnağı ilə çırtmaladı:
– İran kəşfiyyatının məlumatina görə, Azərbaycanın MTN¬-i çox güclü işləyir. Bütün orqanlarda təcrübəli, ayıq-sa¬yıq adam¬lar xidmət edirlər. Bu planı bir ildir hazırlamışıq. Adam¬ların hazır¬laşdırılması, sənədləşdirmə, hamısı 5 ilə yaxındır. Ge¬¬riyə boş qa¬yıt¬maq yoxdur! Sərkisyan bizi heç vaxt bağışla¬maz. Bunu dəqiq bilirəm. Odur ki, hərə öz işinə başı ilə cavab¬deh¬dir.
Zoya yerində qurcuxdu:
– Hər şey əla olacaq, bilirəm. Onsuz da kütlənin içində axta¬rış aparmaq olmur. Bu yara heç sağalmayacaq. Eybi yox, buna da bir abidə tikərlər… – istehzayla güldü.
Zoyanın böyük qızı Nataşa Akopla yaşıd idi. 26 yaşı vardı. Özü də rayondan gələn evli bir oğlanı “qırasına” keçirmişdi. Hələ bu azmış kimi, 3 il yanında saxlayıb malını, pulunu göyə so¬vur¬muşdu. Hətta şəhərdəki evini də satdırıb, özünü də quru-boş göndərmişdi rayona. Üç il bir kişini öz qadınından, körpə-sin¬dən məhrum edib, bir ailəni bədbəxt etmişdi.
Heç indi də dinc dayanmırdı. Yaraşığından istifadə edib, xü¬su¬sən də bölgələrdən gələnlərə “hücuma” keçirdi. Ağıllılara bata bil¬məsə də, sadəlövhləri tez yoldan çıxarırdı.
Amma Sergey bu evə gəldiyi andan gözlərini ondan çək¬mir, başına fır-fır fırlanırdı. Elə indi də stulunu çəkib düz yanında əyləşdi. Özündən hündür olan oğlanın üzünə baxıb qaşlarını oynatdı. Sağ qolunu guya zarafatyana onun boynuna keçirdi:
– Yaman yaraşıqlısan ha… Olar səni ayın 26-sına kimi oğurlayım? – bərk¬dən güldü. Güldükcə uzun ağ dişlərinin lap dibi göründü.
Sergeyin qadınların ona girişməsindən əsla xoşu gəlmirdi. Heç bilmirdi niyə. Axı Ermənistanda olarkən, hətta anasının yanında belə atası Hakop qadınlarla açıq-saçıq davranırdı. Elə¬cə də qardaşı Akop. Bir dəfə əmisi qızı ilə evdən axşam çıxıb, səhər qa¬yıtmışdılar… Bu onun vətənində normal bir şey idi. Atası Ha¬kop da vaxtilə anasıyla belə evlənmişdi – üç il birlikdə yaşa¬dıq¬dan sonra. Amma, Sergey eşitmişdi ki, müsəlmanlarda, türklər¬də bakirlik, bakirəlik böyük məna daşıyır. Doğrusu, hərdən bu ona maraqlı gəlirdi. Onlarda görəsən niyə belədir? Amma bir onu bilirdi ki, bu onun xalqının ənənələrindən qat-qat yax¬şı¬dır. Belə fikirlərdən sonra isə özünü günahkar kimi hiss edirdi. Sanki, bu fikirləri ilə vətəninə xəyanət etmişdi…
Elə indi də Nataşanın özünü ona “yapışdırması” onda ikrah hissi yaradırdı.
Hakop Nataşaya irişdi:
– Nataşıçka, Sergeylə sən ora sevgili cütlük kimi gedəcəksiniz. Belə olsa diqqət çəkməyəcəksiniz. – üzünü yanında əyləşmiş, saçları tamam tökülmüş erməniyə tutdu – Movses, metro əməliyya¬tı¬na görə sən cavabdehsən. Abovyanla Yeramyan biri-birilə da¬la¬şıb səs-küy, qarışıqlıq salacaqlar. Mütləq girişdəki bütün polislərin diq¬qətini cəlb etməlisiniz. Bu vaxt Zoya axsayaraq qoca qadın qi¬yafəsində çantasındakı partlayıcını keçirməlidir. Zoya, çalış ən çox sıxlıq olan vaqona daxil ol… Movses, çıxışda Zoyanı gö¬rən kimi pultun düyməsini işə sal. Eyni vaxtda Nataşa da sıx¬lıqda bir bəhanə ilə partlayıcı bərkidilmiş qalın kürkünü han¬sısa bir oğlandan saxlamağı xahiş edəcək. Sergey də Nataşanın uzaq¬laşmağına şərait yaratmaq üçün həmin oğlanla problem yaradacaq və tez də oradan uzaqlaşacaq. Nataşa Sergeyi gö¬rən kimi partlayıcını işə salacaq…
Yadınızda saxlayın, yalnız cəld və diqqət çəkmədən hərə¬kət! Səhv edən özü öləcək, geriyə şansımız yoxdur!
Movses başı ilə Hakopun sözlərini təsdiqlədi. Nataşa da gü¬lüm¬səyib Sergeyə göz vurdu. Zoya isə yenidən coşdu:
– Yox, hələ Zoyanı yaxşı tanımırsınız, mən öz işimi təmiz gö¬rəcəm. Hamı bu “qoca qarının” şücaətinə mat qalacaq!
Hakop əlini onun kürəyinə vurdu:
– Heç qocaya oxşamadın… – bərkdən güldü.

* * *
Ermənilərin Azərbaycanda törətdikləri – təkcə türklərə qarşı de¬¬¬yil, bütün insanlığa qarşı olan bu dəhşətin 19-cu ildönümünə cə¬mi 2 gün qalmışdı…
Siyasi mübarizələrdə Ermənistan Azər¬bay¬¬¬¬¬¬canı üstələyə bilmirdi. Heç bir sahədə! Azərbaycanlılar hətta şahmatda er¬mə¬¬¬niləri mat edir, futbolda məğlub edir, güləşdə həmişəki kimi kü¬rək¬¬¬¬¬lərini yerə vururdular. Əlbəttə, məlum məsələ idi. Ermənilər yal¬¬¬nız silah gücü ilə, siyasi və hərbi dayaq almaqla dinc əhalini qır¬¬-mağı bacarırdılar. Təkbətək döyüşdə isə həmişə rəzilcəsinə mə¬ğ¬¬¬¬lub olurdular. Buna görə də həmişə arxadan zərbə vurmağa çalışırdılar. Azərbaycanda və ümumən türk dünyasında “er¬¬¬¬¬məni” sözü “oğru” sözünün əsl sinoniminə çevrilmişdi. Do𬬬¬¬¬¬¬¬¬¬¬ru¬dan da gülünc oğrular idi…
Azərbaycana bata bilmədiklərini görüb mu¬¬¬¬¬¬¬¬¬¬¬¬¬si¬¬¬¬¬qisini, adlarını, hətta yazıçılarını belə öz adlarına yaz¬maq¬¬¬¬¬¬¬la guya qisas alırdılar… Lakin indi vaxtilə törətdiklərindən hətta 19 il keçsə belə rəzilliklərinə yenə davam edirdilər.
Həmişə Sergeyin atası Hakop fəxrlə Xocalı faciəsinin əsas təş¬¬¬¬kilatçılarından olan Serj Sərkisyandan, Robert Köçəryandan, Zo¬¬¬rıy Balayandan, Seyran Ohanyandan, onların əməliyyat¬la¬rın¬dan danışırdı. İndi də düz 19 il sonra qan içməyi qarşısına məqsəd qoyan Serj Sərkisyan yeni əməliyyat planı qurmuşdu. Düz beş il idi ki, bu plana cid¬¬¬di hazırlıq gedirdi. Rus vətəndaşlığına keçmiş ermə¬nilərin sə¬¬¬¬¬nədləşdirmə işlərini tam qüsursuz hazırlamış¬dılar. Ar¬tıq Xo¬ca¬¬¬¬¬lı faciəsində, işğallarda böyük rol oynayan ermə¬nilər – Ha¬kop, Movses, Yeramyan, Abovyan və Hakopun er¬mə¬¬ni¬ləş¬dir¬di¬yi Sergey çətin təlimlərdən sonra qırğın – terror üçün Ba¬kı¬ya göndərilmişdi. Ermənistan mərkəzi vaxtilə adlarını dəyişib Azər¬bay¬can¬¬¬¬¬da qalan bəzi ermənilərlə hələ də əlaqə saxlayırdı. Bu dəfə Zo¬¬ya adlı erməni qadın bu əməliyyatın Azərbaycandakı işti-rak¬çı¬¬¬¬¬sı idi. Əməliyyatda iştirakı şəxsən özü istəmişdi.
Hakop Zoyanın evində təlimatları versə də, özünün, Yeram¬yan, Abovyan və Zoyanın kiçik qızının iştirak edəcəyi ikinci əməliy¬ya¬tın planını açıqlamadı. Hamının bildiyi yalnız o idi ki, bu Novruz bayra-mın¬da olmalıdır.
Sergey və Movses çıxıb əməliyyat aparacaqları ərazini şübhə y¬aratmadan tamamilə nəzərdən keçirməli idilər.
Sergey yerindən qalxdı:
– Daha sözün yoxdursa mən gedim.
Hakop hökmlü səslə əmr etdi:
– Problem yaratmadan!
Sergey razılıqla başını tərpədib, qapıdan çıxdı.
Hakop Sergeyin arxasınca sivişib çölə çıxmaq istəyən Nataşanı səslədi:
– Sən getmə hələ, sözüm var.
Əlindəki siqareti yerə atıb tapdaladı, otaqdakıları ötəri süzdü:
– Movseslə Abovyan bilir, qalanınız da bilin! Sergey mə¬nim oğlum yox, Azəri türküdür, türk balasıdır…
Zoya heyrətdən qabarıq gözlərini bir az da qabartdı:
– Nəəəə?
Hamısı çox heyrətlənmişdilər. Nataşa lap çaşıb qaldı:
– Hakop, nə danışırsan? Bu necə olur?
Hakopun gözləri bir vaxt Xocalıda olarkən parladığı kimi par¬ladı:
– O vaxt Xocalıda öldürdü anası özünü. Çox gözəl qadın idi. Onu saxlayacaqdım. Əzab verə-verə, zülm verə-verə. Gözəl¬li¬yin¬dən həzz alacaqdım. Amma süründürəcəkdim. Çünki, çox gö¬zəl idi. Onun günahı o idi ki, erməni olaraq doğulmamışdı. Düş¬mənimə vurulmuşdum. Ancaq öldürdü özünü. Mən də gö¬zəl sifətini tapdaladım, dağıtdım, təpiklədim. Sergeyin nənəsini də əsir götürdük. Cavan idi, canısulu idi… Amma hələ də məni gö¬rən¬də “İsmayılımı sən öldürdün!” deyib, qar¬ğış edir. Baxıb gülürük. Xəbəri də yoxdu ki, həmişə yanımda gör¬dü¬yü oğlan elə öz nəvəsidir. – qəhqəhə çəkdi – Hə, Xocalını alanda Sergeyi be¬şik¬də tapmışdım. Ağlayırdı. Amma öldürmək üçün xəncəri çə¬kən¬də ağlamadı. Əsəbdən dəli olurdum. İstəyirdim ağlada-ağ¬la¬da öldürüm, ağlasınlar, yalvarsınlar, bu mənə həzz verirdi. Am¬ma ağlamadı. Gözlərinə baxdım, heç nədən narahat olmadan, ağ¬layıb anasını çağırmadan düz gözlərimə baxırdı. – hirslə yum¬ruğunu stola çırpdı – lənətə gəlsin bütün türkləri. Hamısı qırılmalıdır! Hələ də onu görəndə elə bil içimi kəsib-doğ¬ra¬yır¬lar. Mən onda qorxdum o uşaqdan, hə, görüm lənətə gəlsin! Qorx¬dum! Elə bildim xəncər mənim yox, onun əlindədir, ona görə belə gözünü qırpmadan baxır. Onda bir şeyi başa düşdüm. Türkün sonuna türk çıxa bilər, yalnız türk!
Yenə bir siqaret yandırdı. Sükuta dalıb ona baxan həmyerlilərinə ötəri nəzər saldı:
– İsraillilər çox hiyləgərdilər. Bilirsiniz niyə istədiklərinə tez çatırlar? Türkü türkə, müsəlmanı müsəlmana qırdırırlar çünki. Axırda da yolları təmiz olur. Keçən toplantıda bunu Serj Sər¬kis¬yan yaxşı anlatdı bizə. Dedi ki, əgər Türkiyə-Azərbaycan qarşı¬dur¬ması yarada bilsək, araya düşmənçilik sala bilsək, heç bizə ehti¬yac qalmayacaq… Bunun doğruluğunu hələ o körpənin gözünə baxanda ba¬şa düşmüşdüm. Onu götürəndə Abovyan dedi ki, öldürüm, razı olmadım amma. Bax, bu gün üçün. Abovyan, ayın 26-sı sənə borcumu qaytarıram.
Zoya boynunu qaşıdı:
– Bəs sonra neyləyəcəksən?
Hakop qalın dodaqlarını yaladı:
– Hm, Nataşanı ona görə saxladım, sizin əməliyyatın sonu ba¬yaq dediyim kimi olmayacaq. Sergey oğlanın başını qarış¬dı¬rar¬kən, sən uzaqlaşan kimi Sergeyi gözləmədən bombanı işə sa¬lacaqsan…
Movses etiraz etdi:
– Hakop, dəli olmusan? Bu əməliyyat nədir ki? O ən çətinin də öhdəsindən gələr. İndiyə kimi çox yaxşı təlimatlandırılıb, əvəz¬edil¬məz kəşfiyyatçıdır.
Zoya təsdiqlədi:
– Movses düz deyir.
Bayaqdan susub dayanan Abovyan Hakopa baxdı:
– Bəs Sərkisyan nə deyəcək?
Hakop əsəbləşdi:
– Sərkisyana xəbər verəcəm ki, Sergey oradan uzaqlaşa bil¬mə¬diyi üçün həlak olub. Elə bilirsiniz mənim ürə¬¬yimcədir, hə? Onun qüvvəsinə mən bələdəm. O çox şeyə qa¬¬dirdir. Aslan kimi döyüşür, çox ağıllıdır, iti fikirləşir. Anında qərar verə bilir. Amma onu bu gün məhv etməsəm, sabah mütləq itirəcəm. Buna əmi-nəm. Heç bilirsiniz o mənə hörmət etdikdə, sözümdən çıxmayanda, hələ məni ata çağıranda elə bilirəm söyür məni. Düş¬mənimə evimdə çörək verirəm, su verirəm, yataq verirəm. Düş¬mənim mənə ata deyir. Alçaq türklər! Hamısına, nif¬rət edirəm, hamısına!
Ayağa qalxıb gəzişməyə başladı:
– Əvvəl elə bilirdim tamamilə erməni kimi böyüyəcək əclaf! Am¬ma xeyri yoxdur, qanı türk qanı, südü türk südü, laylası türk laylası olub! Bu Azəri türklərində layla böyük əhəmiyyət daşıyır. Bunu həmişə mənasız sayırdım. Amma bir dəfə əsirlər sax¬lanan tövlənin qapısındakı dəlikdən içəri necə baxdığını gör-düm Sergeyin. 15 yaşı olardı onda. Xəlvət yaxınlaşdım. Gördüm ki, içəridə bir əsir qadın bayatı deyirdi. Sergey elə heyranlıqla, elə həs¬sas¬lıq¬¬la qulaq asırdı ki, hələ onun çağırmağımdan da xəbəri olma¬dı. Sonra, – azacıq fasilə verdi – qadının dilini kəsib Sergeyin əli ilə qadının özünə yedirt¬dim. Sergey özünü o yerə qoymasa da, gördüm narazı qalıb. Onda ba¬şa düşdüm ki, erməni kimi yaşaya bilər, amma erməni heç vaxt olmaz!
Nataşa bayaqdan dinməz dayanmışdı. Onun hələ ilk görüş¬dən Sergeydən çox xoşu gəlmişdi. Başqalarına qarşı olduğu ki¬mi yox, sözün əsl mənasında xoşlamışdı bu mərd baxışlı oğ¬la¬nı. Onunla ciddi münasibət qurub uzaqlara getməyi plan¬laş¬dırmışdı artıq xəyalında. Amma… Amma Hakop onun bütün xə¬¬¬yallarını alt-üst etdi. Bu necə ola bilərdi axı? Hakopu xeyli vaxt vardı ta¬nıyırdı. O, buradakı vəziyyəti öyrənmək üçün rus pasportu ilə də¬fələrlə gəlmişdi. Hələ Akopu da gətirmişdi bir dəfə. Amma onun başqa oğ¬lu¬nun olduğundan da xəbərdar idi Nataşa. Hakopun Zoya ilə xüsusi müna¬si¬bə¬tinin olmasına baxmayaraq, hətta onun özündən 30-35 yaş ki¬çik qızlarını da əldən vermək istəmirdi… Sözün düzü ürəyin¬də bu adamdan qəti xoşu gəlmirdi. İndi də olanları eşidib ta¬mam məyus olmuşdu. Kefsiz halda etiraz etdi:
– Amma bir az da istifadə etmək olar axı. Hələ onun…
Hakop qışqırdı:
– Kəs səsini! Mənə ağıl öyrətmə! Görmürəm guya, o gələn¬dən əriyib muma dönmüsən. Məqsədimiz də çıxıb yadından.
Zoya tez aranı sakitləşdirməyə çalışdı:
– Hakop, əzizim, elə o da bizim işimiz üçün deyirdi. Amma sən necə deyirsən elə də olsun. – yaltaqlıqla güldü.
Hakop qaş-qabaqla Zoyanı süzüb, qıza yaxınlaşdı. Onun zərif çənəsini kobud ovcuna alıb yuxarı dartdı:
– Gözəlim mənim, indiyə kimi az türk oğlu görməmisən ki… Bu da iki gün ixtiyarındadır, sonrası mənlikdir! – əlindəki siqaret kö¬tüyünü yerə tullayıb anbardan çıxdı.
Nataşa onun ardınca nifrətlə qapıya tərəf baxırdı…

* * *
Sergey darvazadan çıxıb bir neçə dəqiqə dayandı. Hava so¬yuq olsa da əsən külək ona xoş gəldi. Burnunda hələ də bayaq¬dan oturduğu anbarın rütubətli və kif qoxan havası qalmışdı. İndi isə külək əsdikcə dərindən bir neçə dəfə nəfəs aldı. Gödək¬çə¬sinin boynunu qaldırıb boğazını bükmələdi. Kobudlaşmış əl¬lə¬rini cibinə salıb tələsmədən səki ilə addımlamağa başladı. Yenə sərt baxışları ilə bu gözəl, yaraşıqlı, qaynar, maraqlı və eyni zamanda düşmən olan şəhərə baxırdı…
Hakop həmişə ona və qardaşına ermənilərin keçmişindən da¬nı¬şırdı. Deyirdi ki, onların “böyük Ermənistan” yaratmaq istəyini hə¬mi¬şə türklər boğublar. Ruslar, farslar onlara qahmar çıx¬sa da, yenə türklər birləşiblər, torpaqları üçün qan da¬vasına çıxıblar. Hakop bir də 1918-ci ildə ermənilərin bütün Azər¬baycanda törətdiklərindən danışırdı. Bu söhbətlərdə Serge¬yi həmişə təəccübləndirən və etiraf etmək istəməsə belə maraq¬lan¬dıran Azərbaycan qadınlarının əllərinə silah alıb, igidlərlə birgə dö¬¬yüş¬məsi idi. Hələ tarix müəllimi Nerses də bir dəfə danışmışdı ki, keçmişdə türk qadınları müharibələrdə başlarına dəbilqə taxar, hörüklərini kəsib kəndir toxuyar, qorxmadan vuruşardı¬la¬r¬. Aslanın erkəyi, dişisi olmaz deyimi də məhz türklərdə yaranmış, qadınları haqqında deyilmişdir, deyirdi…
Öz-özünə qaşları çatıldı, sən bir bu türklərdə cəsarətə bax. Gör ha! Bir anlığa həmin qadınları öz erməni qadınları ilə müqayisə etməyə çalışdı. Yox, yenə öz qadınlarını döyüşən vəziyyətdə təsəvvürünə gətirə bilmədi. Deyirlər Azə¬ri, türk qadınları iradəli olurlar. Buna artıq özü də inan¬mış¬dı.
Yenə uşaqlıq illərində ilişib qalmış xatirələr yadına düşdü… Ha¬kop Xocalı əsirlərinin içərisində bir qız tapmışdı. Çox gözəl qız idi. İri, qəşəng gözləri, dalğalı saçları vardı. Hakopun onda ya¬man xoşuna gəlmişdi bu qız. Evinə gətirsə də istəyinə nail ola bilmə¬miş¬di. O istəyirdi ki, əsirləri ona özləri tabe olsun. Həmişə kimisə incidib, alçaltmaqdan zövq almışdı Hakop. Onsuz da on¬un əsiri idi. Qoy əzab çəksin, yalvarsın, ruhən məğlub olsun. Bundan böyük həzz alırdı.
Qızın əsir düşdüyündən 8 il keçmişdi. Olma¬zın əzablara məruz qalıb, əldən-ələ keçib, rənginin solmasına baxmayaraq, yenə də çox gözəl idi. Elə Hakopun da murdar nəfsini özünə bu çək¬mişdi. Onda Sergeyin 10, Akopun isə 16 yaşı vardı. Akop da əzazillikdə atasına oxşamışdı. Həmişə mərdimazar işlər edir, hələ bununla fəxr də edirdi. Sergey isə istəsə də onun kimi ola bilmirdi. Başa düşürdü ki, atasının Akopu daha üstün tut¬ma¬sının səbəbi yalnız budur…
Akopun qızı necə döydüyü indi də yadındadır. Anası Hakopdan qorx¬¬duğu üçün qıza uşaqların vasitəsilə zərər vermək istəyirdi. Akop çərçivə taxtası ilə onun qolunu, qıçını, bədənini gömgöy etmişdi. Hakop evə gələndə isə arvadının bu işdə əli olduğunu bilsə də, boy¬nuna qoya bilməmişdi. Sonra, qəribədir ki, hə-qiqəti məhz Sergeydən öyrənmək istəmişdi. Amma Sergey atasına xoş gəlmək naminə nə Akopu, nə də anasını satmamışdı. Ağzının qanını silib, “anamın xəbəri yoxdur”, demişdi. Hakopun bir sillə¬sin¬dən qorxan Akop isə açıb hər şeyi danışmışdı. Yadındadır ki, bunu biləndə Hakop ona yaxınlaşıb yaxasından tutaraq yenə həmişəki nif¬rət, kin, təəssüf, peşmanlıq qarışıq baxışıyla baxmışdı ona. Am¬ma Sergey də həmişəki kimi gözlərini qaçırmamışdı.
Yenə o qız gəldi gözünün önünə. Adı Nigar idi, Sergeyin gözəl yad¬daşı vardı. Hətta Hakop qızı 2 gün ac-susuz sax¬lamışdı ki, özü təslim olsun. Amma bu qız. Elə bil daşdan idi. Ni¬gar yalnız hərdən qurumuş dodaqlarını dili ilə isladırdı, vəs¬sa¬lam. Sergey onu yoxlamaq üçün zirzəminin qapısından ba¬xan¬da bir mənzərə ona çox təsir etmişdi. Qız oturmağa belə ta¬qə¬ti qalmadığı halda, Allaha səcdə edir və Onunla danışırdı. O vaxt¬lar Sergeyə təzə öyrədirdilər Azərbaycan dilini, səbəbini sonralar bildi… Hə, onda o qız Allahla danışırdı. Hətta Sergey qa¬pını açıb içəri girəndə belə gözlərini zirzəminin çox kiçik pəncə¬rə¬sinə dikib, dodaqları altda nəsə pıçıldayırdı. Sergey nə qədər diq¬qət kəsilsə də başa düşmürdü onun sözlərini. Qızın zərif və rən¬gi qaçsa da, gözəl dodaqlarında incə bir təbəssüm vardı…
Sonra Akop bir stəkan su gətirib qızın yanına qoymuşdu:
– Al zəhərlən! Axşam atam özü gəlib danışacaq səninlə…
Qız qəfildən onlara tərəf dönüb ucadan qəhqəhə çəkmişdi. Ako¬pun 16 yaşı olsa da, qorxub Sergeyə tərəf çəkilmişdi. “De¬yə¬sən dəli olub” deyib, qaçıb çıxmışdı zirzəmidən. Qız isə yenə gülürdü. Bu gülüş Sergeyi cəsarətsizləşdirmiş, süstləşdirmişdi. Elə bil qız indi böyüyüb dağ boyda olmuş və bu gülüşlə onları əzməyə başlayırdı. Onlar isə qızın qarşısında kiçilib qarışqaya dönmüşdü. Çox sarsılmışdı Sergey, hətta yarıqaranlıq bu zirzəmi də ona vahiməli gəl¬¬mişdi. Tez də çölə çıxıb qapını bağlamışdı.
Axşam isə atası Ha¬kop bu cəsur Azəri qızının ölüsünü tapmışdı. Stəkanın şüşəsilə dama¬rı¬nı kəsmiş, özünə qəsd etmişdi. Sergey istəməsə belə ona ürəkdən acımışdı. Həm də heyran olmuşdu bu cəsarətə…
Bu gün isə küçə ilə irəlilədikcə qaynaşan insan selinə baxır, hirsin¬dən dodağını gəmirirdi. Çünki, Akop kimi, atası kimi, Abov¬yan, Yeramyan, Zoya, Movses kimi nifrət edə bilmirdi bunlara. Heç özü də anlamırdı ki, nəyə görə bu xalqın içində özünü bu qə¬dər sərbəst hiss edir.
Bir az da gedib, qarşıdakı üç kişiyə yaxınlaşdı:
– Salam.
– Əleyküm salam. – onu maraqla süzən kişilər salamını aldılar.
– Bəlkə bilərsiniz, Xocalı abidəsinin yanına hansı avtobusla gedə bilərəm?
Başlarını buladılar. Dolu bir kişi günahkarcasına çiynini çəkdi:
– Vallah dəqiq bilmirəm, amma məncə 30 nömrə o tərəflərə getməlidir.
İçərilərində o birilərinə nisbətən cavan olan çatmaqaş kişi da¬yanacağı göstərdi:
– Qardaş, sürücülərdən soruş, yenə onlar bilməmiş olmazlar.
Başı ilə sağollaşıb dayanacağa tərəf addımladı. Bayaqkı zəif külək indi bir az sərtləşmişdi. Birdən-birə ani üşütmə keçdi bədənindən.
Nəhayət ki, avtobusa qalxdı. Əyləşməyə yer tapmayıb ayaq üstdə dayandı. Nədənsə özünü birtəhər hiss etdi. Avtobusun arxa tə¬rə¬fində oğlanlı-qızlı bir neçə gənc yırğalana-yırğalana gedən av¬to¬busa əhəmiyyət vermədən, sərbəst dayanıb han¬sısa mövzunu müzakirə edirdilər. Şən halda bir-birinə sual¬lar yağdırır, dolaşdırır və şirin-şirin gülürdülər. “Deyəsən tələ¬bə¬lərdir”, düşündü. Yenə sıxıldı. Axı niyə bu düşmənlərin si¬ma¬ları, ləhcələri ona belə yaxın kimi görünür? Elə gözəl danı¬şır¬lar. O da, bir çox ermənilər də Azərbaycan dilini bilirdi. Am¬ma yaxşı bildiyi, sərbəst istifadə etdiyi bu dili heç kəsdən belə şirin¬liklə eşitməmişdi. Bu ləhcədə elə yalnız özləri danışa bilərlər. Hər şey, hər səs tanış idi elə bil. Bəlkə hərdən əsirlərdən eşitdiyi üçün?! Yox, yenə beynində hər şey qarışdı. Haradansa lap, lap dərindən səslər gəldi qulağına, qəfil də dayandı…
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin.
Sürücüyə tərəf baxdı. Sürücü maqnitofonun səsini qaldır¬mış¬dı:
Gülü qönçə dərməzlər,
Neynim aman, aman sarı gəlin…
Ermənistanı xatırladı yenə… Atası Hakop onu da, qardaşını da əsir düşərgəsinə ap¬ar¬ardı tez-tez. Atası düşərgədə ağır işdə işləyib, ayağını güclə çəkən əsir qadın¬ları bu mahnını oynamağa məcbur edirdi. Oynama¬yan¬la¬rı isə hamının qarşısında soyundurub döyə-döyə, paltarsız oy¬na¬mağa məcbur edirdi. Bir dəfə taxta sexində işləyən bir gəlin bunu oynamaq istəməyib, Hakopun üzünə tüpürmüşdü. Bərk qəzəblənən Hakop onu soyundurub əlinə keçən taxta parçasıyla o ki var döymüşdü. Amma yenə də bu qadınların dözümü Sergeyi çox heyrətləndirmişdi, yəni bu qadın heç ağrı du¬y¬u¬r¬mu?
Gözlərini qan örtmüş Hakop isə mənəviyyata sığmayan hərə¬kə¬tə qol atmışdı. Qadının başını o qədər təpikləmişdi ki, beyni ye¬rə dağılmışdı. Bu səhnəni xatırlayanda o zaman keçirdiyi dəhşətli təəssüratı ye¬nə keçirdi və qaş-qabağını tökdü.
O bir dəfə atasına demişdi ki, düşmənlərimizi niyə belə əzabla öldürməliyik?! Olmazmı hamısının alnına bir güllə çaxaq, vəs¬sa¬lam?
Hakop isə yenə coşmuşdu:
– Qorxaqsan, qorxaq! Erməni belə söz deməz!
Sergey hər dəfə dəyişməyə çalışırdı, amma xarakteri kökün¬dən dəyişmək çox çətin idi, çox…
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər, sarı gəlin…
Yanında dayandığı oturacaqda əyləşmiş qadın əlini yellədi:
– Gül kimi mahnımızı da oğurlayıb bu kafir ermənilər! Qar¬da¬şımın oğlu Amerikada oxuyur. Deyir, orada bizim mahnıları er¬mə¬ni xalq mahnısı adıyla verirlər. Hətta, müasir mahnılarımızın da adını dəyişib oğurlayırlar.
Yanındakı qadın kinayə ilə:
– Başqa nə gözləyirdiniz? Onların özlərinə məxsus nələri var ki? Ad¬ları oğurluq, mətbəxləri oğurluq, mədəniyyətləri oğurluq, tor¬paqları oğurluq… Hansı birini sayım?! Allah lənət etsin görüm onlara!!!
Sergey arxadakı yerlərdən birinin boşaldığını görüb əyləşdi.
Başının ağrısı yenə bir az çoxalmağa başlamışdı. Alnını ovuş¬dur¬du.
Mənzil başına çatmağa az qalmış, içəri yaşlı bir qadın girdi. Özü¬nü idarə edə bilməyəcək qədər taqətsiz olmasa da, hər halda hə¬rəkət edən avtobusda ayaq üstə dayanmaq digərlərinə nisbətən ona çətin idi.
Sergeylə bir cərgədə sol tərəfdə əyləşən gənc oğlan cəld aya¬ğa qalxıb, yerini yaşlı qadına verdi və əyləşməsinə kömək etdi. Yaşlı qadın gəncin qolunu yüngülcə sıxdı:
– Çox sağ ol, oğlum.
– Buyurun. – oğlan səmimiyyətlə gülümsündü.
Sergey özündən asılı olmadan bu eynəkli, arıq oğlana rəğbətlə baxdı. Gördüyü səh¬¬nə nə isə ürəyinin dərinliyidə xoş bir şey, xoş nə isə yaratmış¬dı. Çünki, belə səhnələrlə nadir hallarda rastlaşmışdı. Nə Ermə-nis¬tan¬¬da, nə də Rusiyada olarkən belə şeylər görmürdü. Hörmət! Qadına hör¬mət! Bəli, hörmət idi bu. Gör tanımadığı qadına necə qayğı ilə ya¬naş¬¬dı həmin oğlan. Qadın da necə mehriban idi. Necə xoş, nurlu idi siması.
Ser¬gey anasına həmişə hörmət etmişdi, edirdi də. Amma anası nə¬dən¬sə so¬yuq qadın idi. Özü də Sergeyi təəccübləndirən o idi ki, anası sözünə baxmayan, özbaşına Ako¬pu daha çox sevirdi. Doğrusu, bu Sergeyi qısqandırırdı çox vaxt. Paxıllıq deyildi bu. Bir övladın ədalətli “sevgi bölgüsü” istəyi idi…
Atası ilə anası mübahisə edəndə də, Akop sözə bax¬ma¬yan¬da da Sergey anasını həmişə müdafiə edirdi. Anasının rəğbətinə səbəb olmasa da…
Ardı var

Şərh Yaz