İqlim dəyişikliyinin sosial parametrləri

Oktyabr ayının 19-da İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin iclas zalında “Azərbaycanda iqlim dəyişikliyinin sosial parametrləri” mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov açmışdır. O, iqlim dəyişikliyi baxımından rayonun diqqət mərkəzində olmasını söyləmiş, gələn qonaqları salamlamış və seminar iştirakçılarına təqdim etmişdir.İqlim dəyişikliyinin sosial parametrləri
Dünya Bankı İqlim Dəyişikliyinin Sosial Təsirləri Layihəsi çərçivəsində baş təlimçi Juan Palerm giriş nitqi söyləmişdir. O, İsmayıllıya xas olan və əhalinin iqlim dəyişikliyinə məruz qalmasına səbəb ola biləcək məqamlardan danışmışdır. Bununla bərabər, natiq iqlim dəyişikliyinin təbii fəlakətə həssas olan insanlara təsirindən, onların bu təsirlərə uğurla adaptasiya oluna bilmələri üçün imkanlardan bəhs etmişdir.İqlim dəyişikliyinin sosial parametrləri
Seminar iştirakçıları qruplara bölündükdən sonra iqlim dəyişikliyinin mövcud və mümkün gələcək təsirlərini müəyyən etmiş, təsirlərin yaratdığı problemlərin aradan qaldırılması üçün müzakirələr aparmışlar.
Seminarın işinə rəhbərlik edən Mayis Güləliyev seminar iştirakçılarının fəallığından razı qalmış, düzgün seçimə görə seminarın təşkilatçılarına, xüsusilə də rayon rəhbərliyinə minnətdarlıq etmişdir.
İqlim dəyişikliyinin sosial parametrləriSeminar iştirakçıları da öz növbələrində təlimin keçirilməsində əməyi olanlara razılıqlarını bildirmişlər.
Baş təlimçi J.Palerm seminarda əldə olunmuş fikir və mülahizələrin dəyərli olmasını vurğulamışdır. O qeyd etmişdir ki, əldə olunan fikirlərin hər biri bu ərazi üçün uyğunlaşdırma proqramının hazırlanması prosesində nəzərə alınacaqdır.İqlim dəyişikliyinin sosial parametrləri
Seminarda iqlim dəyişikliyinin mövcud inkişaf çətinliklərindən, bu səbəbdən baş verə biləcək təbii fəlakətlərin qarşısının alına bilməsi yollarından, zərərçəkənlərə göstərilməsi vacib olan qayğı və diqqətdən söz açılmış, mövzu ətrafında verilən suallar cavablandırılmışdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz