Sərdahar kənd ümumi orta məktəbinin direktoru Mübarək müəllimə

Hörmətli Mübarək müəllim, doğma kəndimizdə gözəl bir tədbirin keçirilməsi xəbərinə çox sevindim. Sərdahar kənd məktəbinin köhnə məzunlarından biri olaraq kəndimizdə yeni məktəb binasının tikilməsi məni və mənim məzun yoldaşlarımı çox sevindirir. Yaddaşımızda uşaqlığımızı yaşadan köhnə məktəb binası bizə nə qədər əziz olsa da, onun yerində ucalan yeni məktəb də bizi o qədər sevindirir. Cəmiyyətdə tutduğumuz istənilən yerə görə Sərdahar kənd məktəbinə, onun müəllim kollektivinə həmişə minnətdarıq. Bu gözəl gün münasibətilə şəxsən sizi, kəndimizin müəllim kollektivini və məktəbin bütün şagirdlərini təbrik edirəm.
Məktəbin inşasında əməyi olan hər kəsə, xüsusilə rayon rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Böyük hörmətlə:
Nüşabə Aslan,
Sərdahar kənd məktəbinin 1986-cı il məzunu, jurnalist, “Azərbaycan Press”in müxbiri

Şərh Yaz