Uğurları artıracağıq

Uğurları artıracağıqÖlkəmizin hər yerində olduğu kimi, 15 sentyabr – “Bilik günü” münasibətilə İsmayıllı şəhər 5 saylı tam orta məktəbində də pedaqoji kollektivin və valideynlərin iştirakı ilə təntənəli yığıncaq keçirildi. Məktəbin direktoru Elçin Məmmədov çıxış edərək məktəbə yenicə qədəm qoyan birinciləri, oraya toplaşmış valideynləri və məktəbin pedaqoji kollektivini təbrik etdi, yeni dərs ilində hamıya uğurlar arzuladı.
Uğurları artıracağıq2011-2012-ci tədris ilində məktəb bir sıra uğurlara imza atmışdır. Məktəbimizin şagirdləri rayon və respublika olimpiadalarında, inşa yazılarında fəal iştirak etmiş, qaliblər sırasında olmuşlar. Məktəbi bitirənlərdən 27 nəfəri respublikanın müxtəlif ali məktəblərinin tələbəsi adını qazanmışdır. Yaxşı haldır ki, tələbə adına yiyələnmiş 27 nəfərdən üçü – Əlibaba Əliyev 662 bal, Kənan Kamallı 633 bal, Eyvaz Abbaslı 613 bal toplayaraq ölkəmizin nüfuzlu ali məktəblərinə qəbul olmuşlar. Tələbə adını qazananlardan beş nəfəri isə 500-600 arası bal toplamışdır. Geridə qalmış tədris ilinin daha bir uğuru məktəbimizə baş ucalığı gətirmişdir. Məktəbin məzunu Badam Bədəlova şəhər 5 saylı tam orta məktəbinin tarixində ilk qızıl medala layiq görülmüş şagirddir.
Bu il məktəbimizin birinci sinfinə 61 nəfər şagird qəbul edilmişdir. İnanırıq ki, bu fidan balalar da illər ötəcək və məktəbimizin tarixinə yeni-yeni uğurlar əlavə edəcəklər.
Tədbirdə iştirak edən İsmayıllı RİH-nin işçisi Murad Məhərrəmov çıxışında ölkəmizdə, o cümlədən rayonumuzda dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Pedaqoji kollektiv bu diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi. Onlar əmin etdilər ki, bundan sonra da əzmlə çalışacaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər.
E.Babayev

Şərh Yaz