İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərova

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami ƏləkbərovaHörmətli Nizami Həsən oğlu Ələkbərov!
Sizi və İsmayıllı rayonunun bütün sakinlərini “İsmayıllı günü” bayramı münasibətilə təbrik edirəm.
Bu gün İsmayıllı rayonu uğurla inkişaf edir və çiçəklənir, gənclərlə mütəşəkkil iş aparılır.
Biz rayon rəhbərliyinin, Nizami Nəsən oğlu, şəxsən Sizin gənclərin tərbiyə olunmasına və hərtərəfli yetişməsinə ayırdığınız diqqəti görürük. Biz Sizin rayonun Nesvij rayonu ilə qardaşlıq və əməkdaşlıq etməsi ilə fəxr edirik.
Fürsətdən istifadə edib Sizin Belarus Respublikasına olan səmimi münasibətinizə, Belarus-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli Nizami Nəsən oğlu, Sizə və rayonun bütün sakinlərinə yeni uğurların qazanılması, Azərbaycan xalqının tərəqqisi naminə sülh, xoşbəxtlik və əmin-amanlıq, möhkəm can sağlığı arzulayıram.
Dərin hörmətlə:
Nikolay Patskeviç,
Belarus Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri

Şərh Yaz