Xoş təəssürat

Keçən həftə məni və həmkarlarımı qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Yaponiya Səfirliyinin diplomatı kimi Sizin Səfirliklə səmimi əməkdaşlıq və dostluq əlaqələrinizi çox yüksək qiymətləndirirəm.
İsmayıllının tarixi və hazırkı durumu haqqında verdiyiniz ətraflı və dolğun məlumata görə Sizə təşəkkür edirəm. Həmçinin, bizim üçün İvanovka kəndində təşkil etdiyiniz ləzzətli nahar süfrəsinə görə Sizə və bizi qonaq qəbul edən mehriban rus ailəsinə öz səmimi minnətdarlığımızı bildiririk. Nahar süfrəsi zamanı Sizinlə ünsiyyətimizdən çox məmnun olduq və rayonunuzun gələcək inkişafı üçün fəallıqla göstərdiyiniz bütün səyləri çox yüksək qiymətləndiririk və bu sahədə göstərdiyiniz entuziazm bizdə xoş təəssürat oyatdı.
Səmimiyyətinizə və qonaqpərvərliyinizə görə bir daha Sizə öz dərin minnətdarlığımızı bildiririk.
Səmimiyyətlə:
Hideo Hoşi,
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin ikinci katibi

Şərh Yaz