Uğurlara sevinirik

Uğurlara sevinirik“İsmayıllı günü” bayramında çıxış
Hörmətli qonaqlar, valideynlər və bayram iştirakçıları!
Yüksələn Azərbaycanımızın xoşbəxt vətəndaşı sevincini yaşayaraq rayonumuzun bu gününə, daha firavan sabahına sevinərək bayram şənliyinə gəlmişik. Gəlmişik ki, bir-birimizi təbrik edək, bir-birimizin uğurlarına sevinək. Fəxrlə qeyd etməliyəm ki, hörmətli Prezidentimizin qayğısı sayəsində bu nailiyyətlərin çox hissəsi təhsil sisteminin payına düşür.
Mən şəhər 2 saylı tam orta məktəbinin məzunuyam. Yaxın illərə qədər qabaqcıllar sırasında məktəbimizin adı çəkilmirdi. İndi isə məktəbimiz “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi kimi tanınır.
Daha böyük sevinc içərisindəyəm. Ona görə ki, valideynlərimin, müəllimlərimin mənim üçün sərf etdikləri əməyi doğrultmuşam. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə 658 balla qəbul olunmuşam.
Bu qədər bal toplamağım Azərbaycan Respublikasında təhsilə olan diqqət və qayğının, rayon rəhbərliyinin yetişən nəslin təhsili üçün yaratdığı şəraitin nəticəsi, təntənəsi və müəllim əməyinin bəhrəsidir. Bunlara görə qeyd etdiyim ünvanlara dərin minnətdarlığımı çatdırıram. Ali məktəblərə qəbul olunan həmyaşıdlarımı təbrik edirəm. XI sinif şagirdi kimi bayram tədbirində iştirak edən gənclərə növbəti ildə tələbə adı sevincini yaşamağı arzulayıram.u8s
“İsmayıllı günü”nüz mübarək olsun!
Zeynəb Mahmudova,
tələbə

Şərh Yaz