Yalnız qadınlar üçün

Yalnız qadınlar üçünİsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərən kurslar yalnız qadınları əhatə edir və məşğələlər “Qadın məlumat mərkəzi”ndə aparılır.
İsmayıllı UADM-in nəzdində fəaliyyət göstərən bu mərkəz bir neçə aydır ki, rayon qadınlarının istifadəsinə verilmişdir. İndiyədək burada təşkil olunan kompyuter kurslarının məşğələləri İREX-də aparılırdısa, indi artıq çoxsaylı kompyuterlə və sürətli internetlə təchiz olunmuş məlumat mərkəzində fəaliyyət göstərəcəkdir. Kursa gələnlər burada Windows, Word, Excel proqramlarını öyrənəcək, internetdən istifadə bacarıqlarına yiyələnəcəklər.
Əziz qadınlar, sevimli qızlar, əgər kompyuter bacarığınız yoxdursa, kompyuterdən, internetdən istifadə edə bilmirsinizsə, amma bunu istəyirsizsə, bizim Mərkəzə gəlin. Əgər bu bacarıqlarınız varsa, evinizdə kompyuter, ya da internet yoxdursa yenə bizim Mərkəzə gəlin – həftənin 5 günü “Qadın məlumat mərkəzi”nin qapıları üzünüzə açıqdır.
Ünvanımızı bilənlərin yadına salır, bilməyənlərə bildiririk: İsmayıllı şəhəri, N.Nərimanov küçəsi 36, İnzibati bina, II mərtəbə. Telefon nömrələrimiz: 5 10 46, 5 14 46
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz