İlk görüş

İlk görüşBu günlərdə həmyerlimiz, gənc yazar Firuzə Çiçəyin (Şıxməmmədova Firuzə Soltanmurad qızı) ilk kitabı işıq üzü görüb. “Xəyanət qoxusu” adlanan bu kitabda bir hekayə və povest yer tutmuşdur. “Gecikmiş qisas” adlı hekayədə Xocalı faciəsi zamanı əsir götürülmüş körpənin terrorçu kimi tərbiyələndirilməsi və sonrakı taleyindən bəhs olunur. Bu hekayədə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının da şücaəti qələmə alınmışdır.
Müəllifin “Xəyanət qoxusu” adlanan povestində isə dostluğa xəyanət, sevgi, ədalətsizlik kimi məsələlər öz əksini tapmışdır.
F.Çiçək Mican kənd tam orta məktəbini bitirib. Hazırda tələbədir. Erkən yaşlarından şeirlər, kiçik həcmli hekayələr yazıb. 2006-2009-cu illərdə məktəblilərdən ibarət “Ümid” ədəbi birliyinin üzvü olub. Firuzənin yaradıcılıq nümunələrindən bəziləri, yerli mətbuatda dərc olunub.
“Xəyanət qoxusu” kitabı gənc yazarın oxucularla ilk görüşüdür.
Kitabı oxuyanların bu görüşdən məmnun qalacaqlarına ümidvarıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz