İlin həmkarlar komitəsi

İlin həmkarlar komitəsiMədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (MİMHİ) Respublika Komitəsi (RK) Rəyasət Heyətinin 17 iyun 2011-ci il tarixli 72 saylı qərarına əsasən Respublika Komitəsinin xidmətində şəhər və rayon komitələri arasında ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi və qanuni mənafelərinin qorunmasını daha yaxşı təşkil edən komitəni müəyyən etmək və eyni zamanda qabaqcıl təcrübəni geniş yaymaqdan ibarətdir. Baxış müsabiqənin əsas vəzifəsi MİMHİ-nin üzv təşkilatları arasındakı birliyi və icra intizamını gücləndirmək, Həmkarlar İttifaqı (Hİ) təşkilatlarının apardığı işləri təhlil etmək və onlara metodiki köməklik göstərməkdən ibarət olmuşdur.
2011-ci ildə görülən işlərin, keçirilən tədbirlərin, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiə olunması istiqamətində aparılan məqsədyönlü işlərin davamı kimi, İsmayıllı rayon Komitəsinin fəaliyyətinə verilən qiymət bütün mədəniyyət işçilərinin fəaliyyətinə göstərilən diqqətin təzahürüdür.
Son illər ölkəmizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər və sosial-iqtisadi inkişaf, gənclərimizin də həyatına öz müsbət təsirini göstərmişdir.
Dövlət gənclər siyasətinin həyata keçirilməsində Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri kimi Hİ-nin də rolu böyükdür. Azərbaycan Həmkarlar İttifaqları hərəkatının tərkib hissəsi olan MİMHİ də bu proseslərdən kənarda qalmayaraq, yetişməkdə olan gənc nəslin, Azərbaycan dövlətçiliyinin, eləcə də həmkarlar ittifaqlarının gələcək inkişafının strateji resursu olduğunu dərk edərək, gənclərlə bağlı problemlərə xüsusi qayğı ilə yanaşmaqdadır. MİMHİ RK-nin dəstəyi və İsmayıllı rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin (MİHK) təşkilatçılığı ilə ötən ilin mart ayinin 1-də Şamaxı, Qəbələ, Oğuz rayon MİHK-nin “Gənclər arasında hüquq pozulmaları, narkomaniya, QİÇS-in və digər zərərli vərdişlərin profilaktikasına dair” seminar-müşavirəsi keçirilmişdir. Seminar-müşavirə MİMHİ-nin RK-nin məsul işçiləri ilə yanaşı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS), uşaq İncəsənət məktəbinin, Gənclər və İdman İdarəsinin mədəniyyət müəssisələrinin, rayon Təhsil Şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir.
MHKİ gənclərin və qadınların təşkilati işlərə irəli çəkilməsi sahəsində də xeyli işlər görülmüşdür. Rayon MKS Həmkarlar təşkilatına Ruhiyyə Mirzəyeva, Basqal Tarix Mədəniyyət Qoruğu Hİ-nin təşkilatçısı vəzifəsinə Leyla Aslanova seçilmişdir. Bundan əlavə MKS, İncəsənət məktəbi Həmkarlar Təşkilatının rəyasət heyətinin əksər üzvləri qadınlardır.
Ötən 2011-ci ildə HK tərəfindən 65 nəfər işçiyə 1300 manat maddi yardım göstərilmişdir. Yeni il tədbirlərinin, Beynəlxalq Qadınlar Gününün, Novruz bayramı şənliklərinin, seminar müşavirə, yubiley tədbirləri, Əlillər günü, Sənətkarlar bayramının keçirilməsinə 2100 manat vəsait sərf olunmuşdur. MİHK-in təşkilatçılığı ilə keçirilən tədbirlərdən çəkilmiş şəkillər əsasında Hİ tərəfindən bir neçə albom hazırlanmış, bir sıra tədbirlərin keçirilməsində fəal iştirak edən işçilərə hədiyyə ilə birgə tədbirlərdən çəkilmiş şəkillər xatirə kimi təqdim olunmuşdur. Mədəniyyət müəssisələrində çalışanlardan Filurə Həsənova, Zərifə Ağayeva, Sahibə Abdullayeva, Dilbər Süleymanova, Məlahət Mirzəyeva, Zivər Şirinova üçün yubiley tədbirləri keçirilmiş onların hər birinə rayon HK tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Rayon Mədəniyyət və Turizm Şöbəsi, Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə köməyi ilə bir sıra müsbət işlər görülmüş, ürəkaçan nəticələr əldə olunmuşdur. Xüsusi istedada malik uşaqların vaxtaşırı baxış müsabiqələrdə, festivallarda iştirakının təmin olunması, onlarda fitri istedadlarını, nəzəri biliklərini artırmaq üçün geniş stimul yaradır.
2011-ci ildə Uşaq İncəsənət məktəbinin müəllim və şagirdləri Beynəlxalq və Respublika baxış müsabiqələrində müvəffəqiyyətlə çıxış etmişlər. Məktəbin şagirdi Sənan Cavadov Çexiya Respublikasının Lidize şəhərində keçirilən “Dünya uşaqların gözü ilə” 39-cu Beynəlxalq rəsm müsabiqəsində III yeri tutmuşdur. Məktəbin digər bir şagirdi Ülkər Piralızadə Dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş respublika rəsm müsabiqəsində 2-ci dərəcəli diploma və 200 manat pul mükafatına layiq görülmüşdür.
Xüsusi istedada malik uşaqların yetişdirilməsində müəllim Əlixan Sultanovun böyük əməyi olması RHK-nin yığıncaqda qeyd olunmuşdur. RHK tərəfindən müəllim və şagirdlərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
RHK Beynəlxalq Əlillər Günü ilə əlaqədar 10 nəfər əlil işçiyə maddi yardım göstərmişdir.
Rayon MHKİ tərəfindən yaşı 65-dən yuxarı olan Kövsər Abbasova, Nübar Hüseynova, Göyçək Eybalıyevanın təqaüdə çıxarılma mərasimi geniş surətdə qeyd edilmiş, onlara RHK-nin xatirə hədiyyələri təqdim olunmuşdur.
Rayon MİHK-i 1999-2011-ci illərdə də Respublika MHKİ-nin Fəxri fərmanlarına, 1998-ci ildə Azərbaycan Həmkarlar Konfederasiyasının Respublika Slahlı Qüvvələrinə mədəni hamilik işinin təşkilinə görə diplomla təltif olunmuşdur. MİMHİ Respublika Komitəsinin Rəyasət heyətinin qərarına əsasən İsmayıllı rayon MHKİ-nin iş təcrübəsi Respublika Komitələri arasında təbliğ olunmuşdur.
MİMHİ RK Rəyasət Heyətinin qərarına əsasən “Ən yaxşı şəhər və rayon Həmkarlar İttifaqı Komitəsi” müsabiqələrinin qalibləri sırasında MİMHİ İsmayıllı rayon Komitəsi 100-dən yuxarı HK arasında II yerə layıq görülməklə Respublika Komitəsinin Diplomu və pul mükafatı ilə təltif olunmuşdur.
Mükafatlar RK-nin VIII Plenumunda təntənəli surətdə rayon MHKİ-nin sədri Lətif Quliyevə təqdim olunmuşdur.

Vaqif Ağayev,
İsmayıllı rayon MKS-nin metodika şöbəsinin müdiri

Şərh Yaz