İdman aylığında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonda geniş tədbirlər həyata keçirilir. Hazırlanmış tədbirlər planına əsasən 22 may, 30 iyun tarixlərdə idman aylığı keçirilmişdir. İdman aylığında rayon sakinləri futbol, voleybol, həndbol, şahmat, dama, tennis, nərd və mini futbolda qüvvələrini sınamışlar. İdman aylığı çərçivəsində keçirilən yarışlarda 600 nəfərdən çox kənd sakini iştirak etmişdir. İdman aylığında22-24 may 2012-ci il İsmayıllı rayon Olimpiya-İdman Kompleksində Hacıhətəmli, Quşencə, Qalacıq, Diyallı, Aşıqbayramlı, Təzəkənd kəndləri arasında dairəvi sistemlə voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Gərgin və maraqlı mübarizədən sonra Quşencə kəndi voleybol komandası I, Təzəkənd komandası II yerə layiq görülmüşdür.
24-25 may 2012 ci il İsmayıllı rayon Talıstan kəndində Talıstan, İvanovka, Aşıqbayramlı kəndləri arasında idman aylığı proqramına daxil olan həndbol üzrə zona birinciliyi keçirilmişdir. Talıstan kənd komandası I, İvanovka kənd komandası II yeri qazanmışdır Uçüncülük aşıqbayramlıların payına düşmüşdür.
04-05 iyun 2012-ci il Rayonun Sumağallı, Hacıhətəmli, Qoşakənd, Talıstan, Kürdmaşı, Qubaxəlilli, Lahıc, Aşıqbayramlı, Basqal, Müdri kənd İcra nümayəndəlikləri arasında idman aylığı proqramına daxil olan şahmat üzrə komandaların zona birinciliyi keçirilmişdir. Müdri kənd İcra nümayəndəliyi I yerə layiq görülmüşdür.
06 iyun 2012-ci il Sumağallı, Qurbanəfəndi, Tağlabiyan, Hacıhətəmli kənd icra nümayəndəlikləri arasında idman aylığı proqramına daxil olan dama üzrə zona birinciliyi keçirilmişdir. Qurbanəfəndi kənd İcra nümayəndəliyinin komandası I yerə layiq görülmüşdür.
07 iyun 2012-ci il Rayonun Sumağallı, İstisu, Qalacıq kəndləri arasında nərd üzrə keçirilən zona birinciliyində I yeri Sumağallı kənd sakini Teymur Mirzəyev, II yeri onun həmkəndlisi Xasay Xəlilov, III yeri isə İstisu kənd sakini Ləyaqət Əmirov əldə etmişdir.
08 iyun 2012-ci il Bizlan kəndində Bizlan, Xankənd, Tağlabiyan, kənd icra nümayəndəlikləri arasında idman aylığı proqramına daxil olan nərd üzrə zona birinciliyi keçirilmişdir. Hər üç yeri bizlanlılar qazanmışlar. Belə ki, I yerə Eldəniz Pirverdiyev, II yerə Azər Qədirov, III yerə isə Yengibar Pirverdiyev çıxmışdır.
11 iyun 2012-ci il İsmayıllı rayon Qalagah, Hacıhətəmli kəndləri arasında idman aylığı proqramına daxil olan nərd üzrə rayon birinciliyi keçirilmişdir. Qalagahdan I yeri Etibar Məmmədov, II yeri Şahmərdan Abdulrəhmanov, III yeri isə Bərzani Xudaverdiyev tutmuşdur.
12 iyun 2012-ci il Lahıc qəsəbəsində Lahıc, Müdri, Əhən kənd İcra nümayəndəlikləri arasında nərd üzrə zona birinciliyi keçirilmişdir. Birincilikdə Müdri kənd nümayəndəliyindən Vüqar Mustafayev I, Lahıcdan Hikmət Haqverdiyev II, Əhən kəndindən isə Allahverdi Aslanov III olmuşdur.
13 iyun 2012-ci il Rayonun Talıstan kəndində Talıstan, Cülyan kəndləri arasında nərd üzrə zona birinciliyi keçirilmişdir. Birincilikdə Cülyan kənd sakini Sarvan Həmidov I yerə, həmkəndliləri Mahir Mirzəyev və Pərviz Qədirov II, III yerlərə layiq görülmüşlər.
14 iyun 2012-ci il Aşıqbayramlı kəndində Aşıqbayram, Quşencə, Kürdmaşı kənd icra nümayəndəlikləri arasında nərd üzrə keçirilən zona birinciliyində Bəylər Hacıyev I, Yaqub İbrahimov II, Valeh Ələkbərov III olmuşdur.
18 iyun 2012-ci Z.Əliyeva adına mədəniyyət və istirahət parkında kəndlər arasında zonalar üzrə I, II, III, yerləri tutmuş oyunçular arasında nərd üzrə rayon birinciliyinin final oyunu keçirilmişdir. Birincilikdə Sarvan Həmidov bütün rəqiblərini udaraq I yerə çıxmışdır. Etibar Məmmədov II, Vüqar Mustafayev III olmuşdur.
20 iyun 2012-ci il Qurbanəfəndi, Gəraybəyli, Hacıhətəmli və Aşıqbayramlı kəndləri arasında idman aylığı proqramına daxil olan futbol üzrə zona birinciliyi keçirilmişdir. Birincilikdə Qurbanəfəndi, Hacıhətəmli, komandaları növbəti tura vəsiqə qazanmışlar.
21 iyun 2012-ci il Cülyan, İstisu və Qubaxəlilli, Təzəkənd kənd komandaları arasında futbol üzrə keçirilən zona birinciliyində Təzəkənd və Cülyan komandaları qalib gələrək növbəti tura vəsiqə qazanmışlar.
22 iyun 2012-ci il idman aylığı proqramı çərçivəsində futbol üzrə rayon birinciliyin final oyunu keçirilmişdir. Birincilikdə Hacıhətəmli kənd komandası I yerə, Qurbanəfəndi komandası II yerə, Təzəkənd kənd komandası III yerə layiq görülmüşdür.
25-30 iyun 2012-ci il Rayondakı süni örtüklü mini futbol meydançasında İvanovka, Gəraybəyli, Xanagah, Təzəkənd, Hacıhətəmli, Qoşakənd, Aşıqbayramlı, Tircan, Qubaxəlilli, Cülyan, Qalacıq kəndləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə Cülyan kənd komandası I, Qubaxəlilli kənd komandası II, Hacıhətəmli kənd komandası III yerə sahib olmuşdur.
Səbuhi Əzizov

Şərh Yaz