Komandamızın növbəti uğuru

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Təhsil naziri Misir Mərdanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNİCEF-in ölkəmizdəki nümayəndəsi Mark Hervord yarışın keçirildiyi çadır düşərgəsində xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarığı ilə maraqlanıblar. Komandamızın növbəti uğuruYarışda komandalar beş mərhələdə – maneələr zolağı, kombinə edilmiş yanğın estafeti, axtarış-xilasetmə işi, komandaların təqdimatı və gənc ekspertlər üzrə mükafatlar uğrunda mübarizə aparıblar. “Yük avtomobilində və yaşayış evində baş verən yanğının söndürülməsi və insanların xilas edilməsi” şərti adı altında keçirilən təlim-əməliyyatına baxış keçirilib.Komandamızın növbəti uğuru“Qafqaz Resorte” otelində keçirilən komandaların mükafatlandırılması mərasimində çıxış edənlər bu yarışın yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliği məqsədilə keçirilmişdir.
19 şəhər və rayonun təmsil olunduğu final yarışlarında Siyəzən I, Şuşa II, İsmayıllı isə III yeri tutub. Komandalara kubok və hədiyyələr təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Yarışda İsmayıllı rayonunu müəllim Əsgər Manafovun rəhbərliyi ilə N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin komandası təmsil etmişdir. Final yarışının təqdimatında İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovda iştirak etmişdir.
Gülçöhrə Fərəcova,
N. Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz