İsmayıllı həqiqətən tərəqqi yolundadır

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə İsmayıllı rayonunda keçirilən tədbirdə öncə toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoydular. Sonra Öndərin adını daşıyan Mərkəzin konfrans zalında əlamətdar günün toplantısı keçirildi. Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov rayonda çalışan dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik etdi. O, Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan əsaslı islahatların xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusilə vurğuladı və dövlət qulluğunda çalışmağın şərəfli və məsuliyyətli iş olduğunu bir daha diqqətə çatdırdı.İsmayıllı həqiqətən tərəqqi yolundadırBaşçı son aylarda Prezidentin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına layiq görülən müəssisə rəhbərlərini – 10 saylı Yol İstismarı Sahəsinin rəisi Məhəmməd Musayevi, Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənovu, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimovu yüksək mükafata layiq görüldüklərinə görə təbrik etdi və İsmayıllının həqiqətən də tərəqqi yolunda olduğunu vurğuladı.İsmayıllı həqiqətən tərəqqi yolundadırBir gün əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka kənd ərazi dairəsi üzrə nümayəndəsi Jabina Olqa Timofeyevna Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması xəbəri də alqışlarla qarşılandı.İsmayıllı həqiqətən tərəqqi yolundadırTədbirin gedişində İsmayıllı Rayon Məhkəməsinin hakimi Azad Əliyev, 10 saylı Yol İstismarı Sahəsinin rəisi Məhəmməd Musayev, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov çıxış etmiş, təltif olunanları və Dövlət qulluğunda çalışan həmkarlarını təbrik etmişlər.
Sonda başçı N.Ələkbərov Dövlət qulluğunda çalışanlardan Valeh Hüseynova, Haşım Haşımova, Rəsul Baxışova və İsa Səlimova İsmayıllı RİH-nin Fəxri fərmanlarını təqdim etdi.
”İsmayıllı xəbərləri”

Şərh Yaz