100-cü sayın mübarək

“İsmayıllı xəbərləri” İsmayıllını sevənlərin, onun tərəqqisinə sevinənlərin, ismayıllıların sevimli qəzetidir, desəm heç də yanılmaram. 100-cü sayı oxuculara təqdim olunan bu qəzet təsis olunduğu gündən bir çoxlarımız üçün tribunaya çevrilmişdir. Onun səhifələri, təhsil və mədəniyyət işçilərinin, ziyalıların üzünə həmişə açıq olmuşdur. Qəzet rəy və təkliflərimizi, arzu və istəklərimizi nəzərə alınmaqla müxtəlif rubrikalar altında verdiyi, aktuallığı və obyektivliyi ilə diqqət çəkən yazılarla saydan-saya daha çox oxucunun nüfuzunu qazanmışdır.100-cü sayın mübarəkYazmağa, qəzetlərlə əməkdaşlığa yetmişinci illərdən başlamışam. Qəzet redaksiyaları, bu redaksiyalarda çalışanlarla dost olmuşam. Hər yerdə sevimli qəzetim kimi təqdim etdiyim “İsmayıllı xəbərləri” qəzetində şeirlərim, publisistik məqalələrim və digər səpkili yazılarım çap olunub. Bu qəzet haqqımda yazılar dərc olunub. Açığını deyim ki, bu qəzetlə nəfəs alır, ondan faydalanır, hər sayını izləyir, uğurlarına sevinirəm.
İnkişafa doğru gedən yolda “İsmayıllı xəbərləri”nin 100-cü addımını alqışlayıram. Bu kiçik, lakin sevindirici yubiley münasibətilə qəzetin baş redaktoru şair Şahməmməd Dağlaroğlunu, qəzetin digər sadiq qələm tutanlarını və qədirbilən oxucuları təbrik edirəm. Arzu edirəm ki, bu qəzetin 1000-ci sayının da sevincini bərabər yaşayaq.
Hacıməmməd Məmmədov

Şərh Yaz