Uğur hər zaman sizinlə olsun

Uğur hər zaman sizinlə olsunSon zəng! Məktəb illərinin son akkordları… Doğma sinif divarları arasında axırıncı dəfə eşidilən şən zarafatlar, xatirə dəftərlərinə qeyd olunan vida yazıları, bir-birindən kövrək arzular və bir də gözlərində dərin məna gizlənən yeniyetmələr…Onlar son zəngin çalındığı anı duyğular içində gözləyir, sevimli məktəblə aralarındakı əziz anları bacardıqca uzatmağa çalışırlar.
Növbəti dərs ilindən şəhər 6 saylı məktəb kimi tanınacaq rayonumuzun qabaqcıl məktəbi olan N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbin həyətində bayram əhval ruhiyyəsi hökm sürür. Girəcəkdə qırmızı, ağ örtüklü stolun üzərində qırmızı lent bağlanmış zəng qoyulub.
Mərasimin başlanmasına bir neçə dəqiqə qalmış RİH başçısının müavini Əzizə Vahabova müəllim kollektivdə olur, tədbirin təşkili ilə maraqlanır, əlamətdar günlə bağlı fikirlərini söyləyib, başqa ünvanlara yollanır.Uğur hər zaman sizinlə olsunUğur hər zaman sizinlə olsunSon zəng! Məktəb illərinin son akkordları… Doğma sinif divarları arasında axırıncı dəfə eşidilən şən zarafatlar, xatirə dəftərlərinə qeyd olunan vida yazıları, bir-birindən kövrək arzular və bir də gözlərində dərin məna gizlənən yeniyetmələr…Onlar son zəngin çalındığı anı duyğular içində gözləyir, sevimli məktəblə aralarındakı əziz anları bacardıqca uzatmağa çalışırlar.
Növbəti dərs ilindən şəhər 6 saylı məktəb kimi tanınacaq rayonumuzun qabaqcıl məktəbi olan N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbin həyətində bayram əhval ruhiyyəsi hökm sürür. Girəcəkdə qırmızı, ağ örtüklü stolun üzərində qırmızı lent bağlanmış zəng qoyulub.
Mərasimin başlanmasına bir neçə dəqiqə qalmış RİH başçısının müavini Əzizə Vahabova müəllim kollektivdə olur, tədbirin təşkili ilə maraqlanır, əlamətdar günlə bağlı fikirlərini söyləyib, başqa ünvanlara yollanır.
Tədbir başlayır. Məzunlar musiqi və alqış sədaları altında meydana daxil olurlar. XI-lərin “Son zəng” tədbirinin rəsmi hissəsi başlayır. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Səxavət Əliyev tədbir iştirakçılarını və qonaqları salamlayır orta məktəblərdə təhsil ilinin başa çatması münasibəti ilə təşkil olunan tədbiri açıq elan edir. Məzunlara müstəqil həyata qədəm qoymaları münasibətilə uğurlar arzulayır.
Dövlət himni səslənir.
Məzunlara ibtidai sinifdə dərs demiş müəllimlər – Rəfinə Abdulova, Təranə Əliyeva və Ruhiyyə Bağırovaya söz verildi. Onlar bu gün məzun adını qazanmış şagirdləri təbrik edir, onlara ilk dəfə ana, Vətən sözlərini yazmağı öyrətdiklərindən, vətənə, doğma yurda məhəbbət, sədaqət hissi aşıladıqlarından fərəhlə söz açırlar.
Tədbirin aparıcıları Günel Əliyeva və İsmayıl Faxtiyev il ərzində məktəbin qazandığı uğurları tədbir iştirakçılarının diqqətinə çatdırırlar.
Söz məzunların sinif rəhbərlərinə verilir:
Aybəniz Əsədova ( XI a), Şəhla Ağalıyeva (XI b), Məlahət Həsənova (XI d), Elvin Əliyev (XI c) orta məktəbi bitirib sərbəst həyata vəsiqə alan yetirmələrini bu münasibətlə təbrik etdilər, onlara həyatın enişli-yoxuşlu yollarında uğur və müvəffəqiyyətlər arzuladılar.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Ağaəhməd Əhmədov:
-Əziz uşaqlar, bu gün on bir il ayaq basdığınız, elm-bilik öyrəndiyiniz doğma məktəbdən, sevimli müəllimlərinizdən ayrılırsınız. Müstəqil həyata atılırsınız. Hara getməyinizdən, harada oxuyacağınızdan, işləyəcəyinizdən asılı olmayaraq, müəllimlərinizin verdiyi biliklər yol yoldaşınız olacaq, əlinizdən tutacaqdır. Bu məktəbin gözəl ənənələri, elmə və yüksək pedaqoji biliyə malik kollektivi var. Məktəbdə təlim-tərbiyənin səviyyəsi durmadan artır. Dövlətimizin qayğısı sayəsində siz gözəl təhsil almaq imkanı əldə edirsiniz. Uğurlarınızı saymaqla qurtarmaz. Rayonun ictimai işlərində də sizin məktəb fəallığı ilə seçilir. Məzun olmağınızla sizi RİH-nin başçısı Nizami Ələkbərovun adından, eləcə də öz adımdan təbrik edirəm, hər birinizə uğurlar diləyirəm!
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov:
– Bu fərəhli, həzin, kövrək, bir az da kədərli gündə sizlərlə bir yerdə olmaq, sizinlə görüşmək olduqca xoşdur.
Son zəng! Bu iki söz necə də qəribə səslənir. Onbirincilər ötən illəri, ayları, hətta günləri düşünürlər. Birincilərin xəyalı isə daha irəli uçur. Əziz uşaqlar, bu qədər uğurlarınızı eşidib fərəhlənirəm, sizinlə qürur hissi keçirirəm. Çox saylı tibb işçiləri adından müəllim kollektivini, onbirinciləri təbrik edirəm. Sizə ilk növbədə möhkəm can sağlığı arzulayıram. Sağlamlıq ən böyük xoşbəxtlikdir. Sağlam və xoşbəxt olun!
Valideyn Pərviz Rəsulov:
– Sevincimin həddi-hüdudu yoxdur. Övladım Dilarə XI sinfi qurtarır. Bir xoş xəbəri də sizinlə bu gözəl gündə bölüşmək istərdim. Bildiyiniz kimi, qızım Dilarə ANS televiziya verilişinin “Ağıl dəryası” intellektual bilik yarışmasının qalibi olmuşdur. Buna görə də şirkət öz hesabına Dilarəni Türkiyənin ən nüfuzlu universitetlərinin birinə göndərir. Mən siz müəllimlərin qarşısında baş əyirəm. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Bütün onbirincilərə həyatda da uğurlar qazanmağı arzulayıram.
Dərs hissə müdiri Əşrəf Hüseynov:
– Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elmdir. Gələcəyin alimləri bu günün məktəblərində yetişir. “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev bu sahəyə diqqətin artırılmasının vacibliyini dəfələrlə vurğulamışdır. İstər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, istərsə də “Heydər Əliyev Fondu”nun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilə, təlim-tərbiyə müəssisələrinə günbəgün artan diqqət və qayğısı bu müdrik insanın tövsiyələrinə əməl olunmasının layiqli təzahürüdür. Bizim məktəbdə də bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Mübaliğəsiz deyərdim ki, dərs ilini yüksək nəticələrlə sona çatdırmışıq. Mən də öz növbəmdə pedaqoji kollektivin hər bir üzvünü və məzunlarımızı təbrik edirəm. Hər birinizə müvəffəqiyyətlər diləyirəm.
Məktəbin direktoru Qalib Bəşirov:
– Müasir dövrdə təhsilin bütün sahələrində sürətli inkişaf və dəyişikliklər gedir. Bu gün təhsilin qarşısında duran başlıca vəzifə həmin inkişaf və dəyişikliklərlə ayaqlaşa bilən gənc nəslin formalaşdırılmasıdır. Bu vəzifənin uğurla həyata keçirilməsində pedaqoji kollektivimiz il ərzində əzmlə çalışmışdır. Uğurlarımız çoxdur. Onları sadalayıb vaxt almaq istəməzdim. Bizə qayğı ilə yanaşanlara, uğurlarımıza sevinənlərə, tədbirdə iştirak edən qonaqlarımıza bir daha təşəkkür edirəm.
Son zəng onbirincilər üçün şagird olmağın son günüdür. Arxada qalan dərs ili ərzində müxtəlif tədbir və yarışlarda qazandığınız diplom, tərifnamələr buradadır. Onların çoxluğu bizi sevindirir. Sevinc hissi ilə bildirim ki, onları təqdim etmək üçün bir neçə saat vaxt lazımdır. Əziz məzunlar, siz məktəbi tərk edirsiz deyə, bu gün yalnız sizin qazandığınız diplom və tərifnamələri, Fəxri fərmanları təqdim edirəm…
Məzunlardan Nəzrin Kamallı, Dilarə Rəsulova, Təbriz Əsmanlı, Reyhan Daşdıyeva, Sitarə Abdulovaya şıxışlarında müəllimlərin əməyini yüksək dəyərləndirir, onlara minnətdarlıqlarını bildirirlər.
… Onbirincilər hər biri öz ayrılıq nəğməsini oxuyur. Doğma məktəbə, əziz müəllimlərinə həsr etdikləri sətirlərdə onların qəlbinin hərarəti duyulur. Çiçəklər, şarlar füsunkar mənzərə yaradır.
Birincilər isə onbirincilərin son zəngini daha da unudulmaz etmək üçün bir-birindən maraqlı şeirlər söyləməklə məclisi daha da canlandırırlar.
Çıxışlar, təbriklər bitir, meydan yenidən XI-lərə verilir. Onlar qayğısız uşaqlıq illərinin sonuncu zəng gününə hazırladıqları bir-birindən gözəl musiqiləri təqdim edirlər. Budur, ən həyacanlı an gəlib çatır, XIa sinfinin məzunu, ANS televiziya şirkətinin “Ağıl dəryası” intellektual bilik yarışmasının qalibi Dilarə Rəsulova zəngi çalır. Alqışlar zəngin səsini batırır. Bu televiziya yarışının ikincisi olmuş Sitarə Abdulova da Dilarəyə qoşulur. Zəngi daha bərkdən səsləndirdilər.
Tədbirin sonunda şənliyin əsas təşkilatçıları Səxavət Əliyevə, Qumru Hacıyevaya, Günay Məmmədovaya iştirakçıların minnətdarlığı çatdırılır.
“Son zəng” tədbiri üçün ayrılan vaxt N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbində – yeni tədris ilindən şəhər 6 saylı məktəbdə beləcə şən və həzin notlarla başa çatır.
Belə, buna bənzər tədbirlərin rayonun əksər tam orta məktəblərində yüksək ruh yüksəkliyi ilə keçirilməsinə əminliklə biz də məzunlarla bərabər məktəbin giriş qapısından həyacan içində, addım-addım aralanırıq. Məktəblə vidalaşanlara, yeni dərs ilində məktəbə ilk dəfə şagird kimi qədəm qoyacaq uşaqlara, onların valideynlərinə bir daha uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov

Şərh Yaz