“İdman ili – 2012”

Öndərin xatirəsinə həsr olunmuş velosiprd turu
9-13 may tarixlərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velosiped turu keçirilmişdir.
Bu, Beynəlxalq Velosiped İttifaqının (UCI) Qitə Turu himayəsi altında keçirilən 22 U 23 dərəcəsində velosiped idmanı üzrə keçirilən tədbir olmuşdur.
Hər ölkə üzrə altı idmançıdan ibarət dünya komandaları Azərbaycanın idman tarixində ilk dəfə olaraq peşəkar velosiped yürüşündə yarışmışlar. Turun təşkilatçısı Azərbaycan Velosiped İdmanı Federasiyası, “Freunde Eventlogistik” (Almaniya) şirkəti ilə birgə Gənclər və İdman Nazirliyi olmuşdur.Öndərin xatirəsinə həsr olunmuş velosiprd turu
9-13 may tarixlərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velosiped turu keçirilmişdir.
Bu, Beynəlxalq Velosiped İttifaqının (UCI) Qitə Turu himayəsi altında keçirilən 22 U 23 dərəcəsində velosiped idmanı üzrə keçirilən tədbir olmuşdur.
Hər ölkə üzrə altı idmançıdan ibarət dünya komandaları Azərbaycanın idman tarixində ilk dəfə olaraq peşəkar velosiped yürüşündə yarışmışlar. Turun təşkilatçısı Azərbaycan Velosiped İdmanı Federasiyası, “Freunde Eventlogistik” (Almaniya) şirkəti ilə birgə Gənclər və İdman Nazirliyi olmuşdur.
Beş mərhələdən ibarət olan tur Bakı küçələrində start götürmüş və beş gündən sonra ölkə paytaxtında başa çatmışdır. Bakıda müvəqqəti olaraq keçirilən komanda yürüşündən sonra yarış iştirakçılarının əsas qrupu – peloton Böyük Qafqaz dağları istiqamətinə üz tutmuşlar. 2, 3 və 4-cü mərhələlər ölkə bölgələrinin mənzərəli yollarında keçirilmiş, İsmayıllı və Qəbələ şəhərlərində başa çatmışdır. Velosiped turu marşrutunun ən yüksək şimal nöqtəsi sayılan Şəki şəhərinə çatan peloton Bakıya geri qayıtmış, burada mərkəzi küçələrdə final mərhələsi keçirilmişdir.
Velosiped turunun İsmayıllı mərhələsi Ulu öndərin doğum gününə düşdüyündən ismayıllılar finiş xəttinin müəyyən edildiyi ərazidə əsil bayram təntənəsi yaşanan qarşılama mərasimi keçirmişlər. Nizami küçəsinin şimalında yerləşən “Çıraq” otelinin önünə və küçə boyu toplaşan şəhər sakinləri yürüşü böyük coşqu ilə izləmişlər. Turun İsmayıllı mərhələsinin qaliblərinə – birincilik qazanan, ispaniyalı Dieqo Rudioya, dağ mərhələsinin qalibi, kazaxstanlı Bəxtiyar Kajatayevə, azərbaycanlılar sırasından daha uğurlu nəticə göstərən Qurban Tağıyevə Ataholdinq şirkətinin hədiyyələri verilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz