İctimai dinləmə keçirilmişdir

İctimai dinləmə keçirilmişdirMay ayının 21-də Şəki şəhərində Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi məsələsinin müzakirəsi çərçivəsində ictimai dinləmə keçirilmişdir.
Tədbiri Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış, 12 rayondan dinləməyə dəvət olunmuş nümayəndələri salamlamışdır.
Azərbaycan Respublikası onbudsmanı Elmira Süleymanova dinləmələrin dəyirmi masa şəklində keçirilməsinə üstünlük vermiş, ölkədə qısa müddət ərzində əldə olunmuş nailiyyətlərdən, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü fəaliyyətdən bəhs etmişdir.İctimai dinləmə keçirilmişdirİctimai dinləmə keçirilmişdirMay ayının 21-də Şəki şəhərində Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təbliği və tətbiqi məsələsinin müzakirəsi çərçivəsində ictimai dinləmə keçirilmişdir.
Tədbiri Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış, 12 rayondan dinləməyə dəvət olunmuş nümayəndələri salamlamışdır.
Azərbaycan Respublikası onbudsmanı Elmira Süleymanova dinləmələrin dəyirmi masa şəklində keçirilməsinə üstünlük vermiş, ölkədə qısa müddət ərzində əldə olunmuş nailiyyətlərdən, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü fəaliyyətdən bəhs etmişdir.
Onbudsman Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazasının, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, insan hüquqları sahəsində tədris, elmi-praktik və maarifləndirmə tədbirlərinin icrası, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi məsələlərinə toxunmuş, qeyd olunan sahələr üzrə ölkəmizdə aparılan işlərdən söz açmışdır.
İşgüzar şəraitdə keçən dinləmələrdə Şəki, Zaqatala, Şamaxı, Oğuz, Göyçay, Qobustan, Ağsu rayonlarının nümayəndələri ölkədəki inkişafdan danışmış, üzləşdikləri problemlərdə göstərilən dövlət qayğısından və onbudsman xidmətindən razılıq etmişlər.
Dinləmələrdə İsmayıllını təmsil edən nümayəndə heyətinin rəhbəri, RİH başçısının sosial iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev çıxış etmişdir. O, imtiyazlı və aztəminatlı vətəndaşların mənzil hüquqlarının müdafiəsi məsələsinə dövlət səviyyəsində yenidən baxılmasının vacibliyindən danışmış və Onbudsmana rayon ərazisində 26 kənddə sürüşməyə məruz qalmış 154 evin sakinləri adından onların mənzil hüquqlarının bərpası ilə əlaqədar olunmuş müraciətin cavabsız qalmasını xatırlatmışdır.
Ombudsman E.Süleymanova sonda ictimai dinləmələrdə müzakirə olunan məsələlər barəsində məlumatların yerlərdə geniş əhali kütləsinə çatdırılmasının məqsədəmüvafiqliyini bildirmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz