Yubiley tədbiri xoş təəssürat yaratdı

Yubiley tədbiri xoş təəssürat yaratdıBu günlərdə məktəbimizdə sevimli şairimiz, yeni tipli satiranın banisi M.Ə.Sabirin anadan olmasının 150 illik yubileyi təntənəli şəkildə keçirildi. Yubileyi giriş sözü ilə məktəbin direktoru Elxan Bədəlov açdı. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini A.Bədəlov şairlə bağlı ürək sözlərini dedi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi S.Rəhimova “O, bizim müasirimizdir” –mövzusunda çıxış etdi. Müəllimlərdən B.Mirzəyev, M.Nemətova, L.Babayeva da öz fikirlərini bildirdilər. Şairin həyatı haqqında Xa sinif şagirdi Aytac, yaradıcılığı haqqında isə Həcər məlumat verdi. Sonra söz VIIb və Xa sinfinin şagirdlərinə verildi. Sonra söz VIIb və Xa sinfinin şagirdlərinə verildi. Onlar şairin süjetli satiraları əsasında qurulmuş səhnəcik göstərdilər. ”Ata və oğul “, ”Qoca və Cavan”, ”Əhvalpürsanlıq”, ”Bir məclisdə 12 kişinin söhbəti”, “Olmur olmasın!” satiraları əsasında Afər, Elxan, Əhməd, Rəşad və Rahilin çıxışları hamının xoşuna gəldi. Onlar yaşlarının az olmasına baxmayaraq, aktyorluq məharəti göstərdilər.
Ailədə düzgün qurulmamış tərbiyənin ifşasına həsr olunan “Uşaqdır” şerini Xa sinif şagirdi Aydan Ağazadə söylədi. Bu çıxış yubiley iştirakçılarının sonsuz marağına səbəb oldu. Şairin səhnələşdirilmiş “Oxutmuram, əl çəkin!”, ”Çatladı, Xanbacı, qəmdən ürəyim”, “Gavur qızı”, ”Qoyma gəldi!” satiralarını Aydan, Zinyət, Ramtiq, Səadət tədbir iştirakçılarına təqdim etdilər.
Fəhlə-kəndli , kapitalist-mülkədar münasibətlərinə həsr olunmuş satiraları isə Elşad və Afər söylədilər. “Düzü-düz, əyrini-əyri” yazan şairimizin “Nə yazım?!” -şerini VIIb sinif şagirdi Ülkər danışdı. Səhnələşdirilmiş formatda təqdim olunan “Pah atonnan , nə ağır yatdı bu oğlan, ölüb, ə!”-satirasını Ayşən və Fuadın ifasında dinlədik.
Şagirdlərdən Əhməd dırnaqarası “millət rəhbəri”inin qiyafəsində, onun dili ilə “Millət necə tarac olur olsun, nə işim var?! ”satirasını söylədi. ”Bir dəstə gül” şerini Elcan Nemətli danışdı. Şagirdlərdən biri isə Sabir rolunda çıxış etdi . Onların çıxışları məktəblilərin və müəllimlərin alqışları ilə qiymətləndirildi. Sonda məktəbin direktoru E.Bədəlov və tərbiyə işləri üzrə müavin A.Bədəlov yubiley iştirakçılarına və bütün tamaşaçılara öz minnətdarlıqlarını bildirdilər. Yubiley tədbiri şagirdlərdə Sabir irsinə sonsuz maraq və xoş təəssürat yaratdı.
Həcər Babazadə,
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin Xa sinif şagirdi

Şərh Yaz