Qarşılıqlı əməkdaşlıq və məsuliyyətli yanaşma

Qarşılıqlı əməkdaşlıq və məsuliyyətli yanaşma
Aprel ayının 24-də Gənclər Mərkəzinin iclas zalında İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun “2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsi dinlənilmişdir.Qarşılıqlı əməkdaşlıq və məsuliyyətli yanaşma
İdarə və təşkilat, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yığıncağı başçı giriş sözü ilə açmış, görülən işləri, qarşıda duran vəzifələri diqqətə çatdırmışdır (Hesabatın xülasəsi qəzetimizin bu sayında verilmişdir).
N.Ələkbərov demişdir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları qəbul olunmuş Dövlət Proqramlarının icrası ilə əlaqədar müəyyən etdiyi mərhələlərdə təhlili yığıncaqlar, rüblər və ilin yekunu üzrə hesabat xarakterli iclaslar keçirir. Cənab Prezident hesabat yığıncaqlarında görülən işləri dərindən təhlil edib qiymətləndirir, qarşıda duran vəzifələrin icrası üçün strateji yollar göstərir. Ölkənin sosial-iqtisadi həyatının ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi konsepsiyaya yaradıcılıqla, beynəlxalq standartlar əsasında yanaşmanın nəticəsi olaraq Azərbaycan regionda lider dövlət kimi qalmaqda davam edir.Qarşılıqlı əməkdaşlıq və məsuliyyətli yanaşma
Cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 16 aprel 2012-ci il tarixdə rübün yekunlarına həsr olunmuş iclasındakı nitqindən, çıxışlardan bir daha bunun şahidi olduq. Ölkə rəhbəri giriş nitqində qeyd etdi ki, 2012-ci il uğurla başlayıb. Birinci rübdə bütün vəzifələr icra edilib. Əsas iqtisadi göstəricilərimiz də çox müsbətdir.
Yığıncaqda hesabat məruzəsi ətrafında rayon İcra Hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini Həsən Həsənov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə Maliyyə İdarəsinin rəisi Vaqif Hüseynov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov çıxış etmişlər.
Məruzə bitdikdən sonra RİH başçısı N.Ələkbərov yekun nitqi söyləmiş, bəzi idarə və müəssisə rəhbərlərinə, bələdiyyə sədrlərinə tutduqları vəzifəni məsuliyyətlə icra etməli olmalarını bir daha xatırlatmışdır. Qarşılıqlı əməkdaşlıq və məsuliyyətli yanaşma
O qeyd etmişdir ki, ilin birinci rübü gələcək böyük işlərin, vacib layihələrin başlanğıcı hesab edilir. Bu başlanğıc mərhələsinin yekununa həsr edilmiş Nazirlər Kabinetinin iclasında yekun nitqi söyləyən Prezident İlham Əliyev ölkə həyatının bütün istiqamətləri ilə bağlı fikirlərini söyləmişdir. Biz bu fikirlərlə ideya baxımından tam silahlanmalı, dövlət rəhbərinin qarşıya qoyduğu vəzifələri dövlət məsuliyyəti ilə yerinə yetirməliyik.
Birinci rüb işin başlanğıcıdır. Bu başlanğıcı uğurlu hesab edirəm. Sizinlə birgə çalışmalıyıq ki, 2012-ci il üçün nəzərdə tutulan bütün layihələri qarşılıqlı əməkdaşlıq və məsuliyyətli yanaşma şəraitində həyata keçirək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz