Müəllim tərbiyə məktəbidir

Müəllim tərbiyə məktəbidir“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”.
Heydər Əliyev
Müəllim haqqında çox söz deyilmiş, çox yazılar yazılmışdır. Sözün əsil mənasında fədakar əmək və peşə sahibi olan müəllim əməyindən, onların şərəfli və gərəkli işindən ta yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar.Müəllim tərbiyə məktəbidir “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”.
Heydər Əliyev
Müəllim haqqında çox söz deyilmiş, çox yazılar yazılmışdır. Sözün əsil mənasında fədakar əmək və peşə sahibi olan müəllim əməyindən, onların şərəfli və gərəkli işindən ta yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar. Həyatı məhz müəlliminin ona bəxş etdiyini deyən Makedoniyalı İsgəndər, alimin mürəkkəbini şəhidin qanına bərabər tutan , başqalarına elm öyrətməyi dini vacibatlarından üstün qiymətləndirən ulu peyğəmbərimiz Məhəmməd, ona bir hərif öyrədənin qulu olmağa hazır olduğunu bildirən Həzrəti Əli, müəllimi Günəşə bənzədən N.Gəncəvi, onu ruhani ata hesab edən Nəsirəddin Tusi, müəllimi camaatın çırağı adlandıran F.Köçərli, bəşəriyyətin müəllimsiz keçinə bilmədiyini dəyən S.M.Qənizadə və nəhayət “ Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən ulu öndərimiz Heydər Əliyev.
Özünün bütün həyatını Azərbaycana, onun inkişafına və tərəqqisinə həsr edən H.Əliyev başqa sahələrdə olduğu kimi, xalqımızın təhsilinə, onun yüksəlişinə, bu sahədə şərəflə çalışan insanların şəxsiyyətinə, işinə, əməyinə həmişə yüksək qiymət vermiş, onlara hörmət və ehtiramlarını bildirmişdir. Bu hörmət və ehtiram onun bütün çıxışlarında, fəaliyyətində özünü göstərmişdir. İstər müəllimlər qarşısında çıxışlarında, istər müəllimlər qurultayına göndərdiyi təbrik məktublarında, istəsə də respublikamızın problemləri ilə bağlı digər məruzə və çıxışlarında bu xətt həmişə olmuş və özünü göstərmişdir.
Heydər Əliyevin müəllimə olan münasibəti bir müdriklik, qayğıkeşlik, bu sənətin mahiyyətinə dərindən nüfuz etmək, cəmiyyətin əsil müəllimlərə böyük ehtiyacı olduğunu tövsiyə etmək məharəti özünü göstərir. Bu bir tərəfdən onun ilk ixtisası müəllim olması ilə bağlıdır desək bəlkə də səhv etmərik. Çünki ,müəllimə aid olan bütün kəlamlarda onun özünün bu peşəyə, sənətə şəxsi hörməti, münasibəti açıq-aydın görünür. Ulu öndərin ilk müəllimlərindən olan qocaman pedaqoq Lətif Hüseynzadə ilə görüşməsi, ona xüsusi ehtiram göstərməsi və onu dövlətimizin ən yüksək mükafatı olan “ İstiqlal” ordeni ilə təltif edilməsi bunun bariz nümunəsidir.
Heydər Əliyev müəllimlərə qarşı həmişə tələbkar olmuşdur. Ulu öndər müəllimlərin işini çətin, lakin lazımlı, gərəkli iş olduğunu qeyd edir və onların üzərinə düşən vəzifələrin Vətən üçün, xalq və millət üçün olduğunu göstərir. “Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi ən lazımlısıdır.
Ulu Öndər Azərbaycan müəllimlərinin qarşısında vəzifələr qoyur və onların həyata keçirilməsinin istiqamətlərini də göstərirdi. Bu istiqamətlər xalqımızın gələcəyi ilə səsləşən bu gün də, sabah da, gələcəkdə də aktual olan vəzifələrdir.
Ulu öndərin təhsil, tərbiyə və müəllim haqqında fikirləri bu gün də dəyərli, qiymətli və aktualdır.
Ulu öndərimin şəxsiyyəti müəllimlərə nümunədir, onun həyat və fəaliyyəti, ömür yolu böyük tərbiyə məktəbidir.
Yusif Rzayev,
İsmayıllı Peşə Tədris Mərkəzinin psixoloqu

Şərh Yaz