Diqqət və qayğı ilə vəhdətdə

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının ayrı-ayrı yaşayış məntəqələrində, eləcə də şəhərin məhəllələrində əhali ilə görüşməsi, artıq bir ənənə halını alıb. Qarşılıqlı hörmət, diqqət və qayğı ilə vəhdətdə olan bu cür səyyar qəbullar yerlərdə çoxsaylı problemlərin mütəşəkkil surətdə həllinə səbəb olur. Qəbullarda vətəndaşlar diqqətlə dinlənildiyindən və onların qaldırdıqları məsələlərin sürətli həlli barədə qəbul olunan qərarlar yerinə yetirildiyindən hər yerdə bu qəbildən olan qəbulların keçirilməsi arzulanır.Diqqət və qayğı ilə vəhdətdəRayonun əksər xidmət təşkilatları nümayəndələrinin iştirakı ilə belə qəbullardan biri 5 aprel 2012-ci il tarixdə rayonun Tarix-Diyarşünaslıq Muzeyinin binasında baş tutdu.
İsmayıllı şəhər sakini İsmayıl Bünyadov qəbula İ.Həsənov küçəsinin abadlaşdırılması məsələsi ilə gəlmişdi.
Şəhər sakini Mənzilə Eyvazova bildirdi ki, həyətyanı sahəsindən arx şəklində axan qrunt suları yazda həyət-bacanı tamamilə basır və ailəsi dözülməz bir mənzərə ilə üz-üzə qalır. O həm də ailə vəziyyətinə görə sosial yardım almaqda ona köməklik göstərilməsini xahiş etdi.
M.F.Axundov küçəsi ev 34-də yaşayan Rəna Aslanova, həmin küçədə, 17 saylı binada yaşayan Elşən Musayev binaların zirzəmisinə dolan qrunt sularından, bu səbəbdən mənzillərində yaranan rütubətdən və narahatçılıqdan söz açdı.
Şəhərin sakini Rahib Məmmədov yaşadığı Kamran Məmmədov küçəsindən qrunt suları arxının keçdiyini xatırlatdı və bu arxın qarşısının zir-zibillə dolduğu halda küçənin keçilməzliyindən söz açdı.
Gülzar Rüstəmova həyat yoldaşı vəfat etdiyini bildirdi və ailəsinə maddi yardım olunmasını xahiş etdi. Maisə Adilova həyat yoldaşının xəstəliyindən söz açdı, 4 azyaşlı uşaqla ehtiyac içində yaşamalarını, sosial yardım almaqda ailəsinə köməklik olunmasını dilə gətirdi.Diqqət və qayğı ilə vəhdətdəElşən Musayev, Əzizə Mustafayeva və Bəylər Ağayev M.F.Axundov küçəsində yaşadıqlarını söylədilər. Birincisi yaşadıqları çoxmənzilli binanın zirzəmisinin su ilə dolmasını, ikincisi isə oglunu evləndirmək istədiyini, lakin mənzil şəraitinin buna imkan vermədiyini açıqladı. Ə.Mustafayeva fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi almasında ona köməklik edilməsini xahiş etdi. B.Ağayev 3 otaqlı mənzildə yaşadığını bildirməklə iki oğlunu evləndirmək üçün torpaq sahəsi almaq fikrində olmasını vurğuladı.
Qarabağ müharibəsi veteranı Əlişir Məcidov yaşadığı 27 mənzilli binanın dam örtüyündə təmir işi aparılmasının vacibliyindən danışdı, qış mövsümündə binada isitmə sisteminin yararsızlığından gileyləndi.
Musa Mahmudov qəbulda fərdi əməklə məşğul olmaq üçün ona kredit verilməsi, Qənirə Mahmudova isə sənədsiz tutduğu torpaq sahəsinin onun adına sənədləşdirilməsi məsələsindən danışdı.
Qəbul dinləmələrdən sonra qaldırılan məsələlər barəsində idarə və təşkilat rəhbərlərinə verilən tapşırıqlarla başa çatdı.

Şərh Yaz