Zərdablılar birincilik qazandı

Zərdablılar birincilik qazandı9 aprel 2012-ci il tarixində Ümummilli liderin adını daşıyan Mərkəzi Meydanda və N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin idman bazasında “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilmişdir. Yarışa qatılanlar öncə Ulu öndərin abidəsi önünə qərənfillər düzmüşlər.Zərdablılar birincilik qazandıZona birinciliyində Sumqayıt şəhəri, Kürdəmir, Ağdaş, Şamaxı, Göyçay, Ucar, Qobustan, Ağsu, Zərdab, Oğuz və İmişli rayon komandaları, iştirak etmişdir. Tədbirin açılış mərasimi Mərkəzi Meydanda, “Sıra hazırlığı” və digər mərhələlər isə N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbinin idman bazasında keçirilmişdir.
Tədbirin açılışında Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov, RİH-nin məsul işçisi Murad Məhərrəmov, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti İsmayıllı rayon Texniki İdman Klubunun sədri Məmmədxan Muradəliyev, Qırmızı Bayraq ordenli həmyerlimiz polkovnik-leytenant Eynulla Bağırov iştirak etmişlər. Sonuncu həm də yarışın baş hakimi olmuşdur.Zərdablılar birincilik qazandıYarışı İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi E.Nəcəfli açmışdır. O, “Şahin” hərbi-idman oyunlarının əhəmiyyətindən danışmış və komandalara uğurlar arzulamışdır. Sonra çıxış edən Ə.Məmmədov və M.Məhərrəmov “Şahin” hərbi-idman oyunlarının gənclərin fiziki hazırlığında və vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolundan danışmışlar.
Gərgin və maraqlı keçən mübarizədən sonra iştirakçılar Zərdab rayonun komandası 33,5 xal toplayaraq birinci yeri, Ucar rayonun komandası 31,2 xalla ikinci, Sumqayıt şəhərinin komandası isə 31,1 xalla üçüncü yeri tutmuşdur.
Yarışın nəticələri “Qala” şadlıq sarayında keçirilən nahar fasiləsində elan edilmişdir. Qaliblər, ayrı-ayrı mərhələlər üzrə ən yüksək nəticə göstərmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Şərh Yaz