Məktəbimizin fəxri

“Qoy həmişə güclülər qalib gəlsin” kəlamı ölkə idmanının inkişafında əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur. İdmanın inkişafı üçün çox iş görülmüşdür.
İsmayıllı rayonunda da idmanın coğrafiyası genişlənib, kənd yerlərində də idmana maraq artıb. Bu ilin mart ayının əvvəlində Bakı şəhərinin Abşeron rayonunda keçirilən Azərbaycan “Zirvə” Ağır Atletika İdman Klubunun 1995 – 2004-cü il təvəllüdlü uşaqlar arasında təşkil etdiyi ağır atletika üzrə “Zirvə” çempionatının birinci mərhələsinin zona yarışında adəti üzrə güclülər qalib gəldi. Bu yarışda rayonumuz da təmsil olunmuşdur.
Bu güclülərdən biri həmin yarışın iştirakçısı məktəbimizin şagirdi, 2004-cü il təvəllüdlü Ədalət Qamət oğlu Məmmədli oldu. O həmin yarışda 107,42 xal toplayaraq özündən bir yaş böyük olan uşaqlarla yarışda III yeri tutaraq bürünc medala və Diploma layiq görülmüşdür. O, məktəbimizin və rayonumuzun idman şərəfini layiqincə qorumuşdur.
Balaca Ədaləti böyük idmanın başlanğıcında qazandığı uğur münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni zirvələr fəth etməyi arzulayırıq. İnanırıq ki, Ədalətin bu ilk qələbəsi axırıncı yox, axarıncı olacaq, gələcəkdə qazanacağı medalların əyarı daha sanballı olacaq.
Ağagül Səfərov,
Ə.Babayev adına Quşencə kənd tam orta məktəbin təşkilatçısı

Şərh Yaz