And içdilər

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş tədbirlər keçirildi. Şəhər 4 saylı orta məktəbində də bu unudulmaz, qanla yazılan tarixi bir daha xatırladıq. Faciə əsasında qurulmuş ədəbi-bədii kompozisiya 20 il əvvəl baş verən hadisələri yada saldı. Şəhidlərimizin xatirəsi ehtiramla yad edildi.
Vüsal Şabanov, Asəf Şahalızadə, Sübhan Kərimov, Tural Babayev, Əli Sadıqov, Leyla Mövlayeva, Nahidə Məmmədlinin söylədiyi bayatılar tədbir iştirakçılarına xöş anlar yaşatdı. Xocalı qurbanlarını anma mərasimi məktəblilərin Şəhidlər xiyabanını ziyarət etməsi ilə başa çatdı. Ziyarətçi məktəblilər şəhidlərin xatirəsini daim yüksək tutacaqlarına, onların nümuməsində Vətənin layiqli övladları olacaqlarına and içdilər.
Ülvi Nəzirli,
məktəbin şagirdi

Şərh Yaz