Cinayət cəzasız qalmayacaq

Cinayət cəzasız qalmayacaqFevralın 21-də YAP İsmayıllı rayon təşkilatı Ismayıllı Peşə Tədrisi Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir kecirmişdir. Tədbirdə Xocalı faciəsində şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova acaraq qeyd etmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. O qeyd etmişdir ki, Azərbaycan xalqı 200 ilCinayət cəzasız qalmayacaqCinayət cəzasız qalmayacaqFevralın 21-də YAP İsmayıllı rayon təşkilatı Ismayıllı Peşə Tədrisi Mərkəzində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir kecirmişdir. Tədbirdə Xocalı faciəsində şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova acaraq qeyd etmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. O qeyd etmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
O müdhiş gecədə şəhid olan günahsız körpələr, qocalar və qadınlar, yaralanıb əlil olanlar, girov götürülənlər barədə toplantı iştirakçılarlna məlumat verilmişdir.
Çıxış edənlər ümidvar olduqlarını bildirmişlər ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistanın təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
Daha sonra İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, tarix müəllim Ramiz Baloglanov, uşaq poliklinikasının baş həkimi Vidadi Rəhimov, QMƏVŞA İB-in rayon şöbəsinin sədr müavini Kamil Dadaşov, Mican kənd tam orta məktəbinin müəllimi Şirinbəyim Atayeva və digərləri cıxış edərək, Xocalı soyqırımı cinayətinin cəzasız qalmayacağını qeyd etmişlər. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsil soyqırım hadisəsi kimi, beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Tədbirin sonunda İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdləri Xocalı faciəsinə həsr edilmiş kompozisiya nümayiş etdirilmişlər.
Ramid Qasımov

Şərh Yaz