İsmayyıllı təhsili 2011-ci ildə
Respublika prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizdə əldə edilmiş davamlı iqtisadi yüksəliş təhsilimizin inkişafı üçün əlverişli zəmin yaratmışdır.
2011-ci ildə yerli büdcə vəsaiti hesabına İsmayıllı kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış, istilik sistemi quraşdırılmışdır. Dövlət vəsaiti hesabına Aşıqbayramlı kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılmışdır. Soltankənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Yaponiya dövlətinin vəsaiti hesabına Quşencə kəndində uşaq bağçası üçün yeni bina tikilib istifadəyə verilmişdir. Ruşan, Qalagah, Buynuz kənd tam orta, Göytəpə ümumi orta məktəblərində qazanxana və istilik sistemi quraşdırılmışdır. Çandahar kənd ibtidai məktəbində əsaslı, Xanagah kənd ümumi orta, Qıçatan kənd ibtidai, şəhər 1 saylı tam orta məktəblərində cari təmir işləri aparılmışdır.Respublika prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizdə əldə edilmiş davamlı iqtisadi yüksəliş təhsilimizin inkişafı üçün əlverişli zəmin yaratmışdır.
2011-ci ildə yerli büdcə vəsaiti hesabına İsmayıllı kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış, istilik sistemi quraşdırılmışdır. Dövlət vəsaiti hesabına Aşıqbayramlı kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılmışdır. Soltankənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni bina tikilib istifadəyə verilmişdir. Yaponiya dövlətinin vəsaiti hesabına Quşencə kəndində uşaq bağçası üçün yeni bina tikilib istifadəyə verilmişdir. Ruşan, Qalagah, Buynuz kənd tam orta, Göytəpə ümumi orta məktəblərində qazanxana və istilik sistemi quraşdırılmışdır. Çandahar kənd ibtidai məktəbində əsaslı, Xanagah kənd ümumi orta, Qıçatan kənd ibtidai, şəhər 1 saylı tam orta məktəblərində cari təmir işləri aparılmışdır.
Təhsilimizə göstərilən qayğı nəticəsini verməkdədir. Ümumilikdə son 5 ildə rayonda 10 yeni məktəb binası, 2 məktəb üçün əlavə korpus tikilib istifadəyə verilmişdir. 23 məktəb əsaslı təmir olunmuş, 24 təhsil müəssisəsində istilik sistemi qurulmuşdur. Hazırda rayonun 37 təhsil müəssisəsi müasir tələblərə cavab verən istilik sistemi ilə qızdırılır. 2011-ci ildə rayonun məktəblərinə dəyəri 200 min manatdan artıq olan inventar və avadanlıqlar alınıb verilmişdir. Bütün bunların nəticəsi olaraq 1800 dən artıq təhsil işçisinin əmək şəraiti xeyli yaxşılaşdırılmışdır. İsmayıllı təhsilinin uğurları hər il artmaqdadır. Respublika prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonun istedadlı şagirdləri müxtəlif səviyyəli müsabiqələrdə bir qayda olaraq öndə gedirlər. Fənn olimpiadalarının respublika mərhələsində 6 nəfər şagirdimiz qalib gəlmişdir. Onların arasında birinci və ikinci yerləri tutan şagirdlərin olması bu mötəbər bilik yarışında məktəblilərimizin qələbəsinin əhəmiyyətini daha da artırır. Fənn olimpiadalarında rayonumuzun nəticəsi respublikanın rayonları arasında ən yaxşı nəticə olmuşdur.
Rayon ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək bilik səviyyəsi nümayiş etdirmişlər.
Ali məktəblərə qəbulda rayonun 272 nəfər məzunu tələbə adını qazanmışdır. Onlardan 18 nəfəri 600-dən yuxarı, 45 nəfər isə 500-600 arasında bal toplamışdır.
Rayon abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 6,3 faiz yüksək olmuşdur. Ana dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya fənlərindən rayonun orta göstəriciləri də respublika üzrə orta göstəricilərdən yuxarıdır.
Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə şəhər 1, 2, 5 saylı, Cülyan, Talıstan, Təzəkənd və Mican kənd tam orta məktəbləri respublika üzrə yaxşı məktəblər sırasına daxil edilmişdir.
Məzunlarımızın ali məktəblərə qəbul imtahanlarında qazandıqları uğurlu nəticələr münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Nizami müəllimin təşəbbüsü ilə hər il geniş bayram tədbirlərinin keçirilməsi, qəbul imtahanlarında yüksək bal toplayanların mükafatlandırılması məktəbliləri daha yüksək nəticələr qazanmağa ruhlandırmışdır. Rayonun ümumtəhsil məktəblərində şagirdlər arasında bilik uğrunda gərgin mübarizənin aparılmasında bu tədbirin xüsusi əhəmiyyəti vardır.
Rayonda məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişafına xüsusi diqqət yetirilir. “Cəsurlar” hərbi-idman və turizm, “Şahin” hərbi idman yarışlarının rayon və zona mərhələlərinin qalibləri olan Cülyan və İsmayıllı kənd tam orta məktəblərinin komandaları yarışların finalında yüksək hazırlıq nümayiş etdirmişlər. “Cəsurlar” hərbi-idman və turizm yarışlarında Cülyan kənd tam orta məktəbinin komandası respublikada II, “Şahin” hərbi idman yarışlarında isə İsmayıllı kənd tam orta məktəbinin komandası IV yer tutmuşdur.
Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində hər il rayonumuz uğurlu nəticələr qazanır. 2010-2011-ci dərs ilindəki müsabiqə də rayonumuzun təhsil işçiləri üçün uğurlu olmuşdur. Rayonun Qoşakənd, Sumağallı, Buynuz kənd tam orta məktəbləri “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin, İsmayıllı kənd tam orta məktəbinin hərbi rəhbəri Əsgər Manafov isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşlar. Müəllimlərimiz respublika səviyyəli digər müsabiqələrdə də uğurla iştirak edərək yüksək nəticələr qazanmışlar. İsmayıllı şəhər 1 saylı tam orta məktəbin müəllimi Pərvanə Piriyeva, Cülyan kənd tam orta məktəbin müəllimi Şərafət Bayramov Təhsil Nazirliyinin keçirdiyi “Elektron təhsil” müsabiqəsində qalib gəlmişlər.
2011-ci ildə rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini daha da yüksəltmək üçün müəllimlər tərəfindən müasir təlim metodlarının və qabaqcıl təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə rayonda pedaqoji və metodiki mövzularda seminar və müzakirələr keçirilmiş, rayon müəllimlərinin respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin edilmişdir.
Rasim Orucov,
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri