Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə region nümayəndələrinin təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəstəyi ilə A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin bağında ağacəkmə aksiyası baş tutub.
“Yalnız bir DÜNYA” layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin əməkdaşı, A.Aslanov adına 2 nömrəli tam orta məktəbin kollektivi, Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə 2 region nümayəndəsi və onlara dəstək üçün seçilən 20 fəal məktəbli iştirak edib. Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə region nümayəndələri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tip aksiyaların cari il ərzində davam etdiriləcəyini bildiriblər. Keçirilən aksiyada şagirdlər xeyli meyvə ağacı və gül kolları əkiblər. Aksiya başa çatdıqdan sonra kollektiv xatirə şəkli çəkdirib.
“İsmayıllı xəbnərləri”

