İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd orta məktəbinin kimya-biologiya müəllimi Günay Əmrahovanın Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib olduğu ”İlmələrin işığında” bədii tikmə sənətinin azsaylı xalqlar arasında təbliği layihəsinin fəaliyyəti davam etməkdədir. Bu layihənin icrası sayəsində şagirdlər qədim tikmə sənətinin incəliklərinə yiyələnirlər.

9 yanvar 2024-cü il tarixində Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində layihə çərçivəsində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə şagirdlərin  bəyənilən əl işlərinin izləyicilərə satışı da həyata keçirilib.

Həmçinin layihədə iştirak edən şagirdlərin qədim Lahıc qəsəbəsinə ekskursiyaları da təşkil olunub. Şagirdlər Lahıcda qədim tikililər, misgər və dəmirçi emalatxanaları, eləcə də  tikmə və toxuculuq nümunələri ilə, həmin sənətlər ürə tanınmış ustalarla tanış olub, yaradılan nümunələrin tarixi, sənət əsəri baxımından forma, məna və məzmun tutumları haqqında məlumatlar əldə ediblər.

Bu kimi layihələr, eləcə də ekskursiyalar, yetişən nəslin peşə yönümünə istiqamət verməklə yanaşı, onlarda yurdumuzun zəngim tarixə və mədəniyyətə malik olması təsəvvürünü gücləndirir.

Günay Əmrahova,

Heydər Əliyev adına İvanovka kənd orta məktəbinin kimya-biologiya müəllimi

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir