İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov RİH-nin məsul əməkdaşları və rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbində səyyar qəbul keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı şəhərin məktəbətrafı ərazisində yaşayan sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyib. Onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində cavabdeh şəxslərə müvafiq tapşırıqlarını verib. Bir çox müraciət yerində həll edilib. Sakinlər keçirilən qəbuldan məmnun qaldıqlarını bildirib, göstərilən diqqət və qayğı qarşılığında minnətdarlıq ifadə ediblər

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir