17 yanvar tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin və İsmayıllı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə “2023-cü ilin Heydər Əliyev ili” çərçivəsində və 20 yanvar faciəsinin 33-cü ildönümü münasibətilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “20 yanvar faciəsinin dünya ictimaiyyətinə tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” başlığı altında tədbir keçirilmişdir.

Tədbirdən öncə 20 Yanvar şəhidlərinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov açaraq tədbir iştirakçılarına tədbirin keçirilməsinin əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımızın ailələrinə göstərilmiş dövlət qayğısından məlumat verdi.

Sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi Samir Zülfiyev tərəfindən həmin dövrdə Heydər Əliyevin cəsarətli bəyanat verərək dünya ictimaiyyətini məlumatlandırması barədə məlumat verdi.

Daha sonra İsmayıllı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ramiz Nuriyev faciə zamanı şəhid olmuş və ya müxtəlif bədən xəsarətləri almış mülki vətəndaşlar haqqında məlumat verdi.

Tədbir iclas iştirakçılarının diskusiyası ilə başa çatdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir